İlk avtomobil

 
İlk avtomobil

İlk avtomobil

İlk avtomobil

Təyinatına və eksponatların çeşidinə görə muzeylər müxtəlifdir. Bunların içərisində yaranma tarixi baxımından ən gənclərindən biri avtomobil muzeyləridir. Bu günkü söhbətimiz Fransanın Müluz (Mulhouse) şəhərindəki “Milli avtomobil muzeyi” (Musйe National de l Automobile) barədədir.
Muzeyin spesifik əlaməti burada nadir modellərin toplanmasıdır. Muzey eksponatları arasında cəmi 6 ədəd buraxılmış Bugatti modelinə, McLarens komandasına dünya çempionluğu bəxş etmiş F1 bolidinə və ən nəhayət, 1 milyon 300 min avro dəyəri olan Bugatti Veyron avtomobilinə rast gəlmək mümkündür. Bura antik Rolls Roys və Bugattilərin ən böyük kolleksiyasıdır.
Ötən əsrin 70-ci illərində iki fransız sənayeçinin təməlini qoyduğu bu muzey, əhalisi 100 min nəfər olan Müluz şəhərinə (Fransa-Almaniya sərhədində Elzas bölgəsi) hər il yüz minlərlə turist cəlb edir.
Muzeydə 98 modeldən olan 500-dək avtomobil toplanmışdır. Mərkəzdən idarə olunan qulaqcıqlar vasitəsilə tamaşa etdiyiniz avtomobil barədə 16 dildə məlumat almaq olar (elektron bələdçi). 6000 m2 sahəsi olan muzeyi gəzmək üçün 4 saat vaxt lazım gəlir. İdman bolidlərinin sərgiləndiyi zalda isə tamaşaçı özünü canlı Formula 1 yarışındakı kimi hiss edir.
Muzeyin yaradıcıları Hans və Fritz Şlumf qardaşları İtaliyada anadan olsalar da onların anası əslən Müluzdan idi. Atalarını erkən itirən qardaşlar Müluzda böyüyür, sonradan toxuculuq işinə girişirlər. 1964-də köhnə avtomobilləri toplamağa başlayan Fritz gələcək muzeyin əsası qoyur. Ustalar ictimaiyyətdən gizli şəkildə Avropanın dörd bir tərəfindən gətirilmiş antik avtomobilləri restavrasiya edirlər.
1979-cu ildə dövlət bu kolleksiyaya tarixi irs statusu verir, 1981-ci ildə isə kolleksiya Milli Avtomobil Muzeyləri Assosiasiyası tərəfindən alınır. Muzey 1982-ci ildə tamaşaçıların ixtiyarına verilir.
Muzeyin girişində ziyarətçini dünyada ilk avtomobili Panhard Lövassor qarşılayır. Əgər Qotlieb Daymler 1885-ci ildə ixtira etdiyi mühərriki velosipedə yerləşdirimşdisə, mühəndis Lövassor bizim başa düşdüyümüz “klassik avtomobil”in birbaşa yaradıcısıdır. Lövassorun tətbiq etdiyi (həmin dövrün mətbuatı bunu texniki inqilab adlandırdı) mühərrik + sürət qutusu + kardan valı + arxa körpü sıralaması müasir avtomobil sənayesində müvəffəqiyyətlə tətbiq olunur. Lakin Lövassorun tətbiq etdiyi digər bir yenilik - reversiv ötürmə sistemi avtomobillərdə deyil, dəmir yol nəqliyyatında müvəffəqiyyətlə tətbiq olunmağa başlayır (Reversiv ötürmə dedikdə nəqliyyat vasitəsinin hər iki istiqamətə eyni sürətlə hərəkət etməsinə imkan verən transmissiya başa düşülür. Bu sistem lokomotivlərin, metro vaqonları və tramvayların manevr etməsi üçün böyük yer tutan və çox xərc tələb edən dairəvi dəmir yollarının çəkilməsi zərurətini aradan qaldırır. Bu tip ötürmə 50-ci illərdə “Pobeda”da (GAZ 20) tətbiq edilərək drezin kimi istifadə olunub).
Mühəndisər Röno Panhard və Emil Lövassor 1875-ci ildə qaz mühərriklərini layihələndirməyə başlayırlar. Kütləvi istehsal növbəti il başlayır. Daymler mühərriklərinin Fransa distributoru Eduard Sarazən Emil Lövassorla əlaqə qurur. Emil Lövassor 1890-cı ildə Sarazənin dul arvadı ilə evlənir və 1891-də Daymlerin lisenziyası əsasında “Panhard & Lövassor” Cəmiyyəti Lövassor markalı benzin mühərriklərinin istehsalına başlayır. Beləliklə Parisin 13-cü dairəsində dünyada ilk avtomobil zavodunun təməli qoyulur.
Bu əfsanəvi model 1967-də maliyyə böhranı zamanı Peugeot tərəfindən alınandan sonra mülki avtomobillərinin istehsalı dayanır. İndi şirkət yalnız hərbi texnika istehsal edir. Bu markadan olan zirehli texnika Kosovo, İraq və Əfqanıstanda uğurla xidmət edir.
Muzeyin idman avtomobilləri bölümündə isə 1 300 000 dollarlıq Bugatti Veyron dayanır. Bu model üçün səciyyəvi hal: Ban (şassi) nömrəsi dövlət nömrə nişanı ilə eyni olur - əlbəttə, Avropada.


Geri dön

Narka E-ZaDe

  • 26 avqust 2011 11:57
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
hm maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Yusif

  • 7 avqust 2010 09:43
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
yaxsi masindi

STORM MEN

  • 6 avqust 2010 12:56
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Qeyd eliyimki bu masinlar muzeylerde saxlanilir.Ona gorede bu masinlari surmek olmur.

--------------------

FERID

  • 6 avqust 2010 11:30
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
indi menim ela avtomobilim olsaydi seherde butun ypx meni saxlayardi ve deyardilerki mashin kohne oldugu ucun shtrafnoya gedir:)

--------------------

CrazyGirl

  • 6 avqust 2010 05:40
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Thanks...

--------------------
Sən varsansa həyat çox gözəl!

STORM MEN

  • 5 avqust 2010 23:38
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
çox sağolun ki bu paslanmış maşınlara dəyər verirsiz wink

--------------------

Ulya

  • 5 avqust 2010 22:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur.maraqli xeber idi.

STORM MEN

  • 5 avqust 2010 21:34
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
dəyməz princess.Sevindim ki axır ki xəbərimə baxan oldu. wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}