Yeddi dost

 
[center]Yeddi dost
[/center]



Yenə səmada nəsə dava gedirdi. Yenə buludlar biri - birilərini yola vermirdilər. Aləm bir anın içində dağıldı. Gözümü yumub səhərin açılmasını səbirsizliklə gözləyirdim. Hərçənd ki, hər dəfə olduğu kimi yenə də buna ümidimiz çox az idi. Amma bu bizi qorxutmurdu. Çünki biz döyüşə gələndə qarşımıza qoyduğumuz məqsəd əslində bizim arzu və istəklərimizin təcəssümü idi.

Əslində hər şey uşaqlıqdan başlamışdı. Gözümü açandan, daha doğrusu ağlım kəsəndən televizorlarda gördüklərim mənim təfəkkürümü formalaşdırmışdı. Həmişə fikirləşərdim: Axı nəyə görə, hansı səbəbdən uşaqlar, qocalar, qadınlar vəhşicəsinə öldürülməlidi və yaxud – Nəyə görə qadınlar kişilərlə birgə səngərdə olmalı, ölənə qədər vuruşmalıdırlar? Elə hey bunun cavabını axtarırdım. Özümdə cəsarət tapıb bu sualı atama verdim. Atam Talıb kişi də ömrünün yarısını bu döyüşlərdə keçirib. Artıq yaşı 50-ni ötüb, təqaüddədir. Hər dəfə vaxt tapan kimi mənə öz döyüş əhvalatlarından danışardı. Ona yönləndirdiyim suallarımın cavabını tədricən yaşım artıqca almağa başladım. Elə bil düşüncələrim körpə uşaqdı. Onu böyüdür, bəsləyirdim. Sonra da qayğısına qalırdım ki, həmişə mənimlə olsun! Ağlımda tək bir şey vardı: böyüyüm və hərbi xidmətə gedim. O hissləri məndə yaşayım...

Nəhayət o vaxt yetişdi. Hərbi komissarlıqdan mənə çağırış vərəqəsi gələndə çox sevindim. Anamın gözlərindəki yaşı heç demirəm. Elə bil oğlu 30 illiyə harasa gedir. Amma onu da qınamıram. Çünki evin tək oğluyam. Hər işdə onun əlindən tutmuşam. Amma bundan sonra o məcburdu ki 18 ay hər bir işi mənsiz görsün. Bu məni də üzürdü. Amma vətən qarşısında olan borcum ən azı anama olan borcum qədərdi. Odur ki, düşüncələrimi, hisslərimi hərbi xidmətimin üzərində kökləmişdim...

Xidmətimin 36-cı günü idi. Hər şey hələki adi gəlirdi mənə. Dörd gündən sonra and içəcəyik, sonra bizim hərbi xidmətimizin yerdə qalan müddəti harda keçirəcəyi yer müəyyənləşəcəkdi. Elə hey arzulayırdım ki, düşdüyüm yerdəki əsgərlər mənim kimi düşünsünlər. Dostlaşım, atam həmişə deyərdi ki, əsgərlik dostu heç vaxt unudulmur. Məndə belə dostlar qazanmaq istəyirdim...

Artıq And içmə mərasimindən 2 gün keçib. Biz bir qrup əsgərlərlə bölünərək ayrı-ayrı hərbi hissələrə yollandıq. Mən düşdüyüm yer əslində ilk görünüşdən xoşuma gəlmədi. Amma sonra, vaxt keçdikcə xoşuma gəldi. Hətta bir qrup əsgərlə dostlaşdıq...

Səkkiz ayı geridə qoymuşam. Vaxt elə gəlib keçir heç hiss etmirdim. Anamın məktubundan başqa hər şey yaxşı idi. Mən sərhəd bölgəsinə düşdüyüm üçün anam narahat idi. Televizor və radiodan həyəcanlı xəbər eşidən kimi mənə zəng açar, məktub yazardı. Amma yeddi ay mənim həyatımda çox vacib mərhələ idi. Hərbi xidmətdə olan bir qrup dostlarımla birlik yaratdıq.

Bizim dəstə 6 nəfərdən ibarət idi: Mən – Yaqub, Nizami, Zaur, Orxan və Turan. Sonra hərbi hissəyə yeni uşaqlar gəldi. Onlardan biri mənim diqqətimi çox cəlb etdi. Onun boyu çox hündür və xarici görkəmcə idmançı idi, deyəsən. Hər halda zahiri görünüşü bunu deməyə əsas verirdi. Olduqca sakit, məsuliyyətli, təmkinli, bacarıqlı və ağıllı idi. Onun adı Fazil idi. Səhv eləmirəmsə Qarabağlı idi. Bir müddətdən sonra onunla münasibət qurdum, dostlaşdıq. Onu bizim dəstəyə qoşulmağa dəvət etdim. Amma mənə elə gəlir ki, onu qabaqladım. Çünki bunu biraz da gec eləsəydim, özü xahiş edəcəkdi. Gözlərindəki sevinci görəndə mən səhv etmədiyimi bir daha başa düşdüm.

Sərhəddimiz düşmən sərhəddinə çox yaxın idi. O qədər yaxın idi ki, onları səsini eşidirdik. Atışmaları isə demirəm, güllələr göydə göy qurşağına oxşar mənzərə yaradırdılar. Bu bizi qətiyyən qorxutmurdu. Əslində biz onları elə susdururduq ki, səsləri birdəfəlik batırdı:

Yaqub – Orxan sən səs eşidirsən? Diyəsən bu qırılmışların səsi kəsildi.
Orxan – Hə Yaqub, məncə də.
Yaqub – Turan, məncə onlar müvəqqəti dayanıblar, başını aşağı sal, təhlükəlidir.
Fazil – Uşaqlar axı nə vaxta qədər onlar atacaq bizdə susduracağıq, belə olmaz axı, elə buna görədir ki, onlar gülürlər bizə, bax eşidirsiniz səsi?
O tərəfdən möhkəm qah-qaha, arada mahnı səsi gəlir. Onların vəziyyətini dəqiq bilmirdik, amma kim eşitsəydi başa düşərdiki bizi ələ salıblar:
Yaqub – hə, məndə eşidirəm. Alçaqlar nəyə gülürlər axı,
Turan – Uşaqlar əsəblərinizi cilovlayın. Hər halda onların elə məqsədi də odur ki bizi özümüzdən çıxarsınlar. Biz təmkinli və səbirli olmalıyıq.
Zaur – Turan düz deyir. Hamımız ayıq-sayıq olmalıyıq.
Nizami – Uşaqlar səbirli olun. Kimdə siqaret var? Mənə birini versin
Fazil əlini döş civinə ataraq 1 ədəd siqaret verdi. Yerdə qalanında uşaqlara payladı:
Fazil – uşaqlar mən söz verirəm ki, bir daha siqaret çəkməyəcəm. Nizami səndə söz ver. Axı bu bizim bədənimizi, fiziki gücümüzü tükəndirir.
Nizami də siqareti ortadan qıraraq yerə atır. Dəstəmizdə təkcə Turan, Nizami və Fazil siqaret çəkirdilər.

Onlar da elə o gecə bu pis vərdişə son qoydular. Mən bir daha onların siqaret çəkdiklərini görmədim. Bu məni çox sevindirdi.

Hərbi hissəmizdə ab-hava getdikcə dəyişirdi. Hərgün bütün heyətlə birgə idman edir, kitab oxuyur, bütün əsgərlərlə xalqımızın başına gətirilən müsibətlər haqqında söhbətlər açırdıq. Fazil tez-tez Xocalı soyqırımı haqqında danışırdı. Onun gözləri həmişə dolurdu bu haqda danışanda. Vəziyyət artıq dözülməz hədda çatmışdı. Cəbhə xəttində atəşkəsi düşmənlər daha tez-tez pozmağa başlamışdılar. Artıq gecə sakit yatmağı demək olar ki unutmuşduq. Olacaqlar bundan sonra oldu. Birgün gecə yenə atəş səsi gəldi. Elə bil gecə yox gündüz idi. Göy alışıb yanırdı:

Yaqub – xahiş edirəm ehtiyatlı olun!
Fazil – Axı biz onlardan güclüyük, silahımız da var. Niyə biz onların layiqli cavabını vermirik?
Nizami – Bununçün bizim imkanımı olacaq. Amma hələ vaxtı deyil.
Turan – Mən o anı səbirsizliklə gözləyəcəm.
Zaur – Hər şey qaydasındadı. Amma deyəsən bu dığalar bu gecə dayanmayacaqlar. Mən artıq bezmişəm, səbrim tükənib.
Fazil – Darıxma Zaur! Hər şeyin öz zamanı var.
Fikirli halda Fazil otağına çəkildi. Elə bil nəsə onu sıxırdı. Bilmirəm bəlkə də yatmaq istəyirdi. İki gündü yatmırdı (sonradan bildim ki o məktub yazırmış). Sonra o yenidən bizim yanımıza qayıtdı. Sakit, saf və təmiz baxışları ilə mənim üzümə baxdı. Onu hələ belə üzgün, amma eyni zamanda sevincli görməmişdim. Sonra o əlini belinə atıb kəməri çıxartdı:
Fazil – Yaqub! Sabah nə olacaq onu bircə Allah bilir. Ala bu məndən sənə hədiyyə olsun.
Yaqub – Heç bunun yeridi. Hələ bir birimizə o qədər hədiyyələr verəcəyik.
Fazil – Mən demirəm ki bizə nəsə olacaq, Allah eləməsin! Sadəcə ürəyimdən gəldi. Xahiş edirəm qəbul elə.

Sonradan biz çəkildik otağımıza. Aramızda növbəçilik yaratdıq. Yorğun olanlara dedik yatsınlar. Onlar duranda da biz yatacaqdıq. Məndə Fazilin kəmərini böyük fəxrnən belimə taxdım. Fazil yenə də nəsə fikirli idi. Paltarını səliqəli şəkildə asdı, yerini yığdı. Sonra hamıynan başladı deyib gülməyə. Təxminən saat on iki idi. Birdən yenidən atəş səsi eşidilməyə başladı. Biz yenidən silahlarımızı əlimizə alıb səngərə girdik. Əməlli-başdı döyüş başladı:

Nizami – Turan, məndə güllə qurtardı, mənə güllə ver.
Turan – Ay ana başım! Başııımmmmmmmm! Ay ana .
Yaqub – tez bint gətirin. Yodda gətirin! Turan qorxma, sadəcə qulağın sıyrılıb. Döz səni içəri aparım. Faziiiiiiiil! Fazillllllllll!
Fazil – Eşidirəm! Mən burdayam
Yaqub – Turan yaralanıb. Mən onu aparıram. 20 dəqiqəyə qayıdacam.
Fazil – Get narahat olma! Mən onların dərsini verəcəm!
Yaqub – Nə? Eşitmədim
Fazil – Heç, deyirəm get. Mən burdayam.
Mən onun dediyi tam eşitmədim. Uşaqlar eşitdi, amma mən eşitmədim. Turanı otağa çatdıran kimi, həkimlər dərhal onu müayinə etdilər. Sarğı qoydular. Qulağı demək olar ki, tam yaralanmışdı. Eşitmirdi. Amma çox şükür ki, həkim dedi ki ciddi heç nə yoxdu, düzələcək hər şey.
Mən dərhal qeri qayıtmağı düşünürdüm. Çünki uşaqlara həqiqətən kömək lazım idi. Amma biraz gecikirdim. Geri qayıtdım.
Yaqub – uşaqlar vəziyyət necəsi?
Nizami – hər şey qaydasındadır. Şükürlər olsun!
Yaqub – hmı yerindədi?
Nizami – diyəsən Fazil yoxdu.
Yaqub – Necə yəni yoxdu, Fazil hardasan?

Hamı Fazili çağırırdı, hamı narahat idi, cünki son vaxtlar o çox fikirli idi. Mən artıq bir şeydən sübhələnirdim, amma dilimə gətirməyə belə qorxurdum, hər şeyin yaxşı olduğunu düşünürdüm. Atəş səsi kəsildi gecə yarısı. Biz səhərə kimi gözümüzü yummadıq. Tezdən mən Fazilin şəxsi əşyalarına nəzər keçirməyə məcbur oldum. Köynəyinə baxanda məktub gördüm. Çox səliqəli şəkildə yazmışdı. Məktubu oxudum, orda yazılanlar məni şoka saldı. Biraz da başım hərləndi. Gözlərim doldu. Bilmədim neyləyim. Elə bil yer ayağımın altından qaçdı. Bu dözülməz idi. Məktub mənim adıma yazılmışdı. “Əzizim Yaqub. Sizin kimi dostlarım olduğuna görə mən fəxr edirəm. Amma bu dığaların da dərsini vermək lazımdı. Mən hər şeyi ölçüb-biçmişəm. Geriyə yol yoxdu. Səndən bir ricam var: Atamı, anamı görəndə denən məndən nigaran qalmasınlar, fəxr etsinlər mənimlə. Mənim dalımca heç kimi qoyma gəlsin. Sizin hələ gələcəkdə görəcəyiniz işlər çoxdu. Haqqınızı halal edin! Allah amanında...”

Bir anlıq özümü itirdim. Çölə çıxdım, nigaran dostlarıma üzümü tutdum:

Yaqub – dostlar, Fazil artıq cənnətdədir
Zaur – necə yəni? Sən nə danışırsan?
Nizami – Yaqub nə olub axı Fazilə?
Yaqub – məktubu oxuyun, özünüz də başa düşəcəksiniz
Nizami – Ay Allah! Fazil niyə belə etdin? Niyə tələsdin axı?
Yaqub – Dostlar biz Bakıya xəbər verməliyik. Bu qəhrəmanlığı hər kəs bilməlidi.
Nizami – Yox Yaqub! Bəs onun atası, anası, onları ürəyi partlayar. Bunu yavaş – yavaş demək lazımdı.
Yaqub – Mən onun cəsədinin orda olmasına dözə bilmərəm. Gəlin bizdə gedək
Nizami – Gəlin əvvəlcə xəbər verək hər kəsə...

Oğlum, bax qəhrəmanlıq budu. Bu hadisədən 4 il keçsə də, ziyarətçilərin sayı daha da artır. O məqsədinə çatdı. Bir şeyə təəssüflənirəm ki, mən ayağımdan yaralandım. Bu mənə imkan vermədiki onlarla birgə axıra qədər gedim. Bəzən düşünürük ki, insan həyatının dəyəri qalmayıb. Görürsən, bu belə deyil. Qəhrəmanları olan torpaq basılmaz, oğlum!


Geri dön

R.M_FaNaTka

  • 30 aprel 2011 17:19
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
oxumadim tesekkurler

--------------------

Inciciceyi

  • 26 aprel 2011 09:24
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkkkkkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 25 aprel 2011 22:24
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 25 aprel 2011 21:42
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TWKKR

nilayka

  • 25 aprel 2011 19:02
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk hekaye ucun

--------------------

::..ONSLAUGHT::..

  • 25 aprel 2011 18:13
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Aglayan_Urek

  • 25 aprel 2011 16:21
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
oxudum cox maraqli hekayedi
Dost tapanda eləsini tapın ki “yaxşıyam” dediyinizdə bunu gözlərinizə baxaraq yalan yoxsa doğru olduğunu anlasın!!!

--------------------
İnsan yalnız öz qüvvəsinə inandığı zaman nəyə isə nail olur. (L.Feyerbax)

samir_252

  • 25 aprel 2011 11:33
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
twk edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 31
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}