İstanbulda 1800cü illər...O zamanın məşhur qoçularından Ülgüc Kamal və yoldaşları Karacaahmet, Qəbiristanlığının qarşısında bir evin bağçasında çilingər süfrəsi qurmuşlar. İçki masası söhbəti bütün sürətiylə davam edərkən söz dönüb gəzib qəbiristanlıq və ölü mövzusuna gəlibmiş. İçində Allah qorxusu və vicdan olmadığını iddia etdiyi üçün ləqəbi Allahsız Osman olan bir qoçu "Ee ölü nədir ki e?! Sən sağ olanlardan qorx, ölüdən kiməsə zərər gəlməz" deyibmiş. Ülgüc Kamal da söhbəti tündləşdirmək üçün "Hey Osman madam ölüdən qorxmursan gəl bunu sübut et bizə" deyə lağ edibmiş.
Allahsız Osman bunu necə edəcəyini soruşanda Ülgüc Kamal "Aha bu qarşıdakı Karacaahmet qəbiristanlığını görürsən. Madam Allah"a inanmır və ölüdən qorxmursan, bu gecə 12-də qəbiristanlığa girib sənə verəcəyimiz payanı qəbiristanlığa içində bi yerə vur. Səhər biz gedib payanın orada olub olmadığına baxarıq. Əgər orada bi paya varsa, səni təqdir edərik" deyir. Allahsız Osman əslində gecə qəbiristanlığa girmək bir yana yanından keçərkən belə mahnı oxuyan bi adam imiş. Amma igidliyə ləkə sürə bilməyəcəyindən "Yaxşı amma siz də mənimlə gecə gəlib qəbiristanlıq çıxışında gözləyəcəksiniz" deyir. Onsuz da bu danışıqlar axşam saatlarında olurmuş, gecə yarısı durub Karacaahmet Qəbiristanlığına gedirlər.
Osman gecə qaranlığında qəbiristanlığın böyük qapısından içəri girir. Hər kəsin Allahsız Osman olaraq bildiyi o cəsur (!) qoçu qəbiristanlığın içində salavatlar gətirərək bi əlində paya bi əlində çəkic irəliləyir. Bi məzarın yanına gələndə tələm-tələsik əyilib payanı yerə çaxır. Qorxduğu üçün də dərhal ordan uzaqlaşmaq istəyir. Amma bir şey geydiyi setrenin (o zamanlar kişilərin geydiyi uzun ətəyi olan bir növ geyim) ucundan tutur. Allahsız Osman var gücüylə"İmdaaad! Hey, kömək edin. Ölü məni tutuuuur" deyə fəryad edir, amma özündən çox uzaqda olan yoldaşlarına səsini eşitdirə bilmir. Qışqıra çağıra məzarın üzərinə yıxılıb ruhunu təslim edir.
Uzun bir müddətdir qəbiristanlığın çıxışında gözləyən yoldaşları Allahsız Osmanın onlarla oyun oynayıb qəbiristanlığın o biri qapısından çıxdığını düşünüb dağılışırlar. Ertəsi səhər isə Ülgüc Kamal və yoldaşları payanın bıçaqlı olub olmadığına baxmaq üçün Karacaahmet Qəbiristanlığına gəlir. Görürlər ki, Allahsız Osman setresinin ucunu torpağa çaxmış vəziyyətdə bi məzarın üzərində cansız yatır.