TƏNHALIQ SİQARET ÇƏKMƏKDƏN DƏ QORXULUDUR

 
TƏNHALIQ SİQARET ÇƏKMƏKDƏN DƏ QORXULUDUR

Şair Orxan Vəli təkliyi bu sözlərlə izah edir : “Günümüz cəmiyyətində gedərək artan bir varlıq olaraq qarşımıza çıxır təklik. Üstəlik təkliyin birdən çox növü var. İctimai ətrafa alışa bilməməkdən, xarici bir ölkə də, xarici bir mədəniyyətin içində yaşamaqdan, yaşlılıqdan, iş sıxlığından və daha bir çox səbəbdən ötəri insanlar təklik çəkir”. Yaxşı bizi bir-birimizə yaxınlaşdıran televiziya, internet, cib telefonu kimi texnoloji inkişaflara qarşı təklik niyə artır? Bu problemin cavabı bəlkə sosioloji olaraq verilə bilər. Nəhəng bir orqanizm olaraq cəmiyyət, davamlı dəyişir. Dəyişmələr də gündəlik həyatın quruluşunu gün keçdikcə çevirir. Amma bu da bir gerçək ki, insan ictimai bir canlı, təklikdən narahat olur.

Təklik deyilincə ağılınıza nə gəlir? Bu suala, dünyanın ən pis şeyi deyə cavab verənlər də var, heç cür tək qala bilmədiyindən şikayət edib, təkliyə təriflər nizamlar da... Şübhəsiz, ideal olanı insanın istədiyi zaman tək qala bilməsi, istədiyində də təkliyindən sıyrılıb digər insanlar arasına qarışa bilməsi. Bununla birlikdə təklik dediyimizdə aydın ola biləcək birdən çox şey var. Ekspertlər əvvəlcə təkliklə, tək başına olmanın bir-birindən ayrılması lazım olduğunu düşünürlər. Onlara görə təklik və tək başına olmaq bir-birindən fərqli, tamamilə ayrı vəziyyətləri təyin etmək üçün istifadə edilən sözlərdir. Tək qalmaq, adamın öz seçimindən asılı olan bir şeydir. Bir çox insan gündəlik həyatın stresindən sıyrılmaq üçün, hobbilərinə, ya da kitab oxumağa zaman ayıra bilmək üçün bir müddət tək başına qalmağı seçər. Bu davranış, adamın özünü yeniləyə bilməsi və fərdi fəaliyyətlərinə zaman ayıra bilməsi üçün lazımlı bir davranış formasıdır. Kəslər tək başına qaldıqları və özlərinə zaman ayıra bildiklərində xoşbəxt və dinc olarlar. Tək olduqlarını düşünən kəslər, tək başına qalmaq istəyənlərin tərsinə bir boşluq və buraxılmışlıq duyğusu yaşayarlar. Bu da kəsləri üzər, daha ağır hallarda psixoloji problemlərə səbəb olar. Adam, sıxlıq bir mühitdə də özünü tək hiss edə bilər. Hətta bəzən eyni ailənin üzvləri tək olduqları üçün hüzn duya bilərlər.

Təkliyin növləri: İşin içində insan olunca, bir təsnif etmək çətindir. Çünki, duyğular haradasa hər insanda fərqli yaşanır; insanlar dəyişik vəziyyətlərə dəyişik reaksiyalar verir. Bununla birlikdə ümumi bir çərçivə çəkildiyində təkliyi müxtəlif növlərə ayırmaq mümkün olur. Belə olunca da təklik çəkdiyini söyləyən kəslərin fərqli növdən duyğular içində olduqlarını, fərqli ictimai şərtlər içində yaşadıqlarını söyləyə bilərik. Adamın ətrafında uyğunlaşma içində olacağı, birlikdə vaxt keçirməkdən xoşlanacağı dostları olması üçün də lazımlı şərtlər var, əlbəttə. Ən sadəsindən, ortaq zövqlərə sahib olma, bənzər ictimailəşmə mərhələlərindən keçmək lazımdır. Bənzər mədəniyyətlər içində yaşayan kəslərdə bu vəziyyət daha asankən, fərqli mədəni şəxsiyyətlər qarşıdurma yaşaya bilir. Ən sıx şikayət edilən təklik növlərindən biridirsə adamın həyatında xüsusi birinin olmayışı. İnsanlar təkliklərini, bir qız-kişi yoldaş köməyi ilə daha tez atırlar. İnsan, ailə qurmaq, həyatının geri qalanını paylaşacağı bir yoldaş tapmaq, aşiq olmaq istəyir. Nə var ki, doğru insanı tapmaq hər vaxt asan deyil. Ağ atlı şahzadəsi ya da yuxuların qadınını gözləyən biri, doğru insanı tapana qədər təklik çəkə bilər. Əlbəttə adamın sevgi ehtiyacını bu qədər karikatürize etmək doğru deyil. Çünki xüsusi bir adam tərəfindən sevilmək qədər, o adamı sevmək də böyük bir ehtiyacdır. Qarşılıqlı sevginin olmadığı vəziyyətlərdə, təklik duyğusu itmir. İllərdir evli olan kəslərdə belə təklik duyğusu, əgər sevgi yoxsa, ortadan qalxmır. Sevmədiyi bir insanla evləndirilən kəslərdə ya da zaman içində bir-birinə sevgisini itirən evli cütlərdə təklik duyğusu inkişaf edə bilir.
Tənhaliq siqaret çəkməkdən də qorxuludur

Psixoloqların fikrincə tənhalıq insanın saglamlığı üçün ən azı siqaret çəkmək və piylənmə qədər zərərlidir. Başqa insanlarla ünsiyyətin olmaması insanları nəinki bədbəxt edir, eyni zamanda onların həm fiziki, həm də psixi sağlamlığına təsir edir. Bunu Çikaqo universitetindən prof.Cohn Kaçiopponun son nəticələri təsdiqləyir. Alimlərin sözlərinə görə təcridolunmaq hissi qan təzyiqini qaldırır, stress və ümumi yorğunluğu artırır, həmçinin yuxunun pozulmasına səbəb olur, həmçinin Alsqeymer xəstəliyinin əmələ gəlmə şansını artırır. Həmçinin bu insanlarda iradə və müqavimət hissi zəifləyir ki, bu da onların fəaliyyətində özünü göstərir. "Tənha insanlar bir qayda olaraq sağlam olmurlar. Onlar çox az fiziki aktivliklə məşğul olurlar və özlərinə komfort hissi təmin etmək üçün çoxlu miqdarda şirin və yağlı qidalar qəbul edirlər "- deyə professor əlavə etmişdir.

ALİMLƏRİN APARDIĞI ARAŞDIRMALAR SÜBUT ETDİ Kİ, TƏKLİK VƏ TƏNHALIQ İNSANA SOYUQ GƏTİRİR


Təklik hissinin adamın üşüməsinə səbəb olduğu bildirildi. Kanadanın Toronto Universitetində psixoloqların apardığı iki araşdırma nəticəsində məlum olub ki, özlərini atılmış hiss edən kəslərin otağı, tənhalıq hissi duymayan istənilən insanla müqayisədə daha soyuqdur. Alimlər bu sınağı şagirdlər üzərində aparıblar, buna da səbəb kimi onların belə sınaqlarda təcrübəsiz olmaları göstərilib. Sözügedən araşdırmalar çərçivəsində 65 şagird iki qrupa ayrılıb. İlk qrupa ictimai baxımdan tənhalığa öyrəşənləri və ya özlərini tək hiss edənləri, digər qrupa isə ictimai mühitə tez uyğunlaşanları seçiblər. Daha sonra hər iki qrupdakı şagirdlərə, təcrübə müddətində yaşadıqları otağın temperaturu soruşulub. Otağının temperaturunu 12 ilə 40 dərəcə arasında olduğunu bildirən cavablar arasında, ən aşağı temperaturun özlərini tənha hiss edənlərin olduğu bəlli olub. İkinci araşdırma çərçivəsində 52 şagirddən, kompüterdə bir top oyunu oynamaları istənilib. Oyunda şagirdlərdən bəzilərinə çoxsaylı top atılarkən, bəziləri bilərəkdən oyundan xaric edildi. Daha sonra iştirakçılardan, isti qəhvə, kraker, soyuq içki, bir alma, ya da isti şorbadan hansını ən çox istədikləri soruşuldu. Oyunu buraxan iştirakçıların isti şorba, ya da qəhvəyə digərlərinə nisbətdə daha çox üstünlük verdiyi meydana çıxıb. Araşdırmaçılar, bu kəslərin isti içki və yeməklərə yönəlməsini, tənhalaşma səbəbindən doğan üşümə hissinin nəticəsi olduğunu bildiriblər.

"Psychological Science" jurnalında dərc olunan araşdırmanın müəllifi Doktor Çen-Bo Zonq: "İctimai tənhalaşmanın təcrübədə tam mənasıyla soyuqluğa gətirdiyini kəşf etdik" dedi.


Geri dön

nilayka

  • 1 may 2011 18:17
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
Movzuya gore twk edirem ...Amma siqaret cekmediyim ucun bu movzu haqqinda etrafli ayza bilmeyecem:))

--------------------

Sergio Ramos

  • 28 dekabr 2010 02:39
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
şükür ki, tək deyiləm

--------------------

Azeri_Gozeli

  • 8 oktyabr 2010 21:02
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
elbetde tenhaliq dehetdieey recourse cox sag ol

--------------------

Yusif

  • 7 avqust 2010 10:24
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Psixoloqların fikrincə tənhalıq insanın saglamlığı üçün ən azı siqaret çəkmək və piylənmə qədər zərərlidir. Başqa insanlarla ünsiyyətin olmaması insanları nəinki bədbəxt edir, eyni zamanda onların həm fiziki, həm də psixi sağlamlığına təsir edir. Bunu Çikaqo universitetindən prof.Cohn Kaçiopponun son nəticələri təsdiqləyir. Alimlərin sözlərinə görə təcridolunmaq hissi qan təzyiqini qaldırır, stress və ümumi yorğunluğu artırır, həmçinin yuxunun pozulmasına səbəb olur, həmçinin Alsqeymer xəstəliyinin əmələ gəlmə şansını artırır. Həmçinin bu insanlarda iradə və müqavimət hissi zəifləyir ki, bu da onların fəaliyyətində özünü göstərir. "Tənha insanlar bir qayda olaraq sağlam olmurlar. Onlar çox az fiziki aktivliklə məşğul olurlar və özlərinə komfort hissi təmin etmək üçün çoxlu miqdarda şirin və yağlı qidalar qəbul edirlər "- deyə professor əlavə etmişdir.

Ulya

  • 6 avqust 2010 21:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol gozel movzuya gore

_LeGenDa_

  • 3 avqust 2010 22:01
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
cooooox sagol maraqli xebere gore redakte edende oxudum

--------------------

GuLLi

  • 3 avqust 2010 18:58
  • Məqalə: 19
  • Şərh: 496
  • Bal:
{awards}
ne siqaret cekirem nedeki tenhayam cunki men very very happy yem lol

--------------------

Живи, как можешь, раз нельзя как хочется.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}