Əhli-Beytə(Ə) məhəbbət

 
Əhli-Beytə(Ə) məhəbbət

Resuli-ekrem (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeyle terbiye edin:
Peyğemberinize mehebbetle, onun Ehli-beytine sevgi-istekle ve Qur`an oxumaqla.
Cameus-seğir /1/14.

İmam Sadiq əleyhissalam buyurur: Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa,
əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa,
saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.
Biharul-ənvar /74/354.

İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Bəndənin Allah dərgahına yaxınlaşmasına
səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara)
itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür.
Kafi /1/187.

İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var.
Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur).
Biharul-ənvar /27/91.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: (Həqiqi) mö`mini sizə tanıtdırımmı?
Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər.
Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun
dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın
haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə
zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun.
Kafi /2/235.

İmam Sadiq əleyhissalam buyurur: Mö`min şəxs üçün layiq deyildir ki,
Allaha günah edilən bir məclisdə otursun, halbuki məclisi (gedişini, söz-söhbəti) dəyişməyə
qadir deyil. (…yə`ni nəhy əz münkər etməyə qadir olmadığı halda o məclisdə oturmasın.)
Kafi /2/374.

İmam Sadiq əleyhissalam buyurur: Hər kəsin dili düz, doğru danışan olsa, əməli paklaşar.
Hər kəsin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar,
hər kəs öz əhli-əyalına yaxşılıqlarını artırsa, Allah onun ömrünü uzadar.
Xisal/1/88

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir kişi Rəsuli-əkrəm (s.ə.v.v.)-in yanına
gəlib dedi: Mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqlar məni sevsin,
Allah mal-dövlətimi artırsın, bədənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin.
Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır.
Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol.
Məxluqların səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlardan
gözünü çək. Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver,
sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver, uzun ömür verməsini
istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla, səni mənimlə bir yerdə
məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et.
Səfinətul-bihar /1/599.

İmam Riza əleyhissalamın qulamı Haris ibni Dilhas deyir: İmam Riza əleyhissalam buyurdu:
Nə qədər ki, bir kəsdə üç xislət yoxdur o, həqiqi mö`min deyil: Pərvərdigarından,
Peyğəmbərdən və onun vəlisindən (İmamdan) bir sünnətə malik olmaq.
Pərvərdigarın sünnəti Onun sirrini gizlətməkdir (Qur`an ayəsi: O (Allah) qeyb
aləmini biləndir. Öz qeyb xəbərlərini razı olduğu kəslərdən –peyğəmbərlərdən
qeyrisi üçün aşkar etməz ). Peyğəmbərin sünnəti isə camaatla yaxşı rəftar etməkdir.
Çünki Allah-taala Öz peyğəmbərinə camaatla yaxşı rəftar etməsini əmr edərək buyurur:
Əfv etməyi bacar, yaxşılığa əmr et, cahillərdən üz çevir.
Onun vəlisinin sünnəti isə yoxsulluqda və xoşagəlməz hadisələrdə səbr etməkdir.
Çünki Allah-taala buyurur: ...Pis və xoşagəlməz hadisələrdə səbr edənlər....
Uyunü əxbarir-Riza (ə) /1/256.

İmam Cavad əleyhissalam buyurur: Mö`minin üç xislətə ehtiyacı var:
Allah tərəfindən olan tovfiq və müvəffəqiyyətə, öz daxilindən olan
nəsihətçiyə və ona nəsihət edən bir kəsin nəsihətini qəbul etməyə.
Müntəhəl-amal /2/554.

Əli ibni Hüseyn əleyhissalamdan soruşdular: Ey Rəsuləllahın övladı, səhərin necə açıldı?
Buyurdu: Səhərim elə bir halda açıldı ki, məndən səkkiz şey istənilirdi:
1. Allah məndən vacibatı yerinə yetirməyimi,
2. Peyğəmbər (s.ə.v.v.) öz sünnəsinə əməl etməyimi,
3. Əhli-əyalım ruzini,
4. Nəfsim nəfsani istəklərə cavab verməyimi,
5. Şeytan günah etməyimi,
6. (Əməlləri yazan) iki mələk düzgün əməli,
7. Ölüm mələyi ruhumu,
8. Qəbir isə cəsədimi istəyirdi. Mən də bu xislətlər arasında idim.
Biharul-ənvar /76/15.

İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən mö`min o kəsdir ki, bütün şeylər ondan qorxur.
Səbəbi də budur ki, o mö`min Allahın dinində izzətli, başı ucadır
və heç nədən qorxmur. Bu da hər bir mö`minin əlamətidir.
Biharul-ənvar /64/305.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:51
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Inciciceyi

  • 27 aprel 2011 11:16
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Alllah razi olsun twkkkkkkkk no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Angels_1985

  • 27 aprel 2011 11:14
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
Teshekkurler..........

İmam Sadiq əleyhissalam buyurur: Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa,
əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa,
saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.
Biharul-ənvar /74/354.

Xahiş edirəm yuxarida yazdigimin izahini veresiniz. burada ziyarət ölülərimizin ziyarətindən gedir, yoxsa yaşayan şiə qardaşlarımızın evlərini ziyarət etməkdən ?
cunki bu barədə çoox söhbətlər eşitmişəmki, qəbri ziyarət etmək günahdır.....
bunu bilmək istəyirdim günahdır ya əksinə vacib buyrulmuşdur........

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}