İkimiz də gecikdik

 
İkimiz də gecikdik

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən...
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən...

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı...
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki...
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi...

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca...

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol...
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uzaq ol...

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi...

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən...
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən...

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi...

Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir...
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir...

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim...
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim...


Geri dön

S_E_N_S_I_Z

  • 1 sentyabr 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
ƏLA SUPER XOSUMA GELDİ

zekizade.gunay

  • 8 may 2011 22:42
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
Sensiz ele olmuwem ki meni yerden goturen yox.
Cansiz-ruhsuz bedenimi neynim sene yetiren yox...

Gor ne gunlere qalmiwam,sensiz -senle odlanmiwam...
ewq oduna qalanmiwam,bu halimi bitiren yox...

Goz yawlari iz salibdi yanaqima
Yaziq olsun sensizlikde kecirdiyim her gunume-her ayima...
ne olar ki birce gunlik gel yanima....
amma hardan?????......sen ki mene gelmeyirsen,yoxsa seni getiren yox...

Wairlerimiz meni baqiwlasin az-az uydururam yeri gelende.Bu wer menim oz ilhamimin mehsuludu...

nazenin

  • 1 may 2011 14:05
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
ƏLA,ƏLA,ƏLA!!!!!!!!

sevgi yalandir

  • 27 aprel 2011 17:39
  • Məqalə: 533
  • Şərh: 6840
  • Bal:
{awards}

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim...
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim..

--------------------
Çox tez getdin sevgili..Mən gözlərinə baxmağa doymadım..Əlini belə doyunca tutmadım..Xoşbəxtliyi yarım yaşadım..Ümidlərim tez doğuldu və tez öldü..
İndi məni görənlər soruşur `Niyə belə fikirlisən?` ..Heç deyirəm..Yola verirəm..
O`nu bilki sevgili bu qəlb hələdə səni sevir..Sənsə getmisən..

nmnm

  • 27 aprel 2011 17:15
  • Məqalə: 35
  • Şərh: 169
  • Bal:
{awards}
Nə deyə bildimki, tutmaz sevdamız
Nə deyə bildimki tutar bizimki..............................
çox gözəldi twk

Inciciceyi

  • 27 aprel 2011 11:15
  • Məqalə: 0
  • Şərh: 8234
  • Bal:
{awards}
Ela weirdi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 27 aprel 2011 11:04
  • Məqalə: 301
  • Şərh: 6631
  • Bal:
{awards}
vay super seirdi oxumaga deyer tesekkurler xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 28
      Qonaqlar: 131
      Cəmi: 178

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 63
      Cəmi: 281
       
      _XADA_
      Xəbərləri: 61
      Cəmi: 421
       
      Love World
      Xəbərləri: 55
      Cəmi: 156
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 48
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 47
      Cəmi: 383
       
      green_15
      Xəbərləri: 45
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 42
      Cəmi: 249
       
      Nuray2012
      Xəbərləri: 37
      Cəmi: 126
       
      Ay Prensesi
      Xəbərləri: 36
      Cəmi: 536