Millət necə tarac olur olsun, nə işim var?!

 
Millət necə tarac olur olsun, nə işim var?!

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyəvü cahan ac olur olsun, nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Salma yadıma söhbəti- tarixi – cəhani,
Əyyami- sələfdən demə söz bir də, filani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək , ömurdü fani;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Övladi- vıtın qoy hələ avarə dolansın,
Çirkabi- səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi- şənim ucalansın;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Hər millət edir səfheyi – dünyadə tərəqqi,
Eylər hərə bir mənzili- məvadə tərəqqi,
Yorğan – döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərok aləmi- röyadə tərəqqi;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Geri dön

sevgi yalandir

  • 30 aprel 2011 14:46
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
tewekkurler,xebere gore

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Hazal_Kaya

  • 29 aprel 2011 16:07
  • Məqalə: 17
  • Şərh: 722
  • Bal:
{awards}
tewekkurler

..:LuNaTiK:..

  • 29 aprel 2011 00:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
M.Ə.Sabirin sevdiyim şeirləribdəndir.Tşk

samir_252

  • 28 aprel 2011 18:05
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
M.E.Sabirin cox maraqli satirik weirlerinden biridir.Tewekkurler,maraqla oxudum

Inciciceyi

  • 27 aprel 2011 11:10
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Maraqli weirdi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Orxan Nagiyev

  • 27 aprel 2011 10:28
  • Məqalə: 200
  • Şərh: 342
  • Bal:
{awards}
♥Princess♥

TƏŞƏKKÜR!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 64
Cəmi: 89

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}