Peyğəmbər (s.a.s) və Əli (ə) hədislər

 
Peyğəmbər (s.a.s) və Əli (ə) hədislər


Axmaq adamla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir yetirmək istədiyi halda ziyan verər. Yalançı insanla da dostluq etmə. O, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.

Ən böyük təvazökarlıq budur ki, hər bir müsəlmana salam verib məclisin aşağı tərəfində oturasan.

Adəm övladının yalnız “əmr be məruf və nəhy əz münkərdən” və Allahı zikr etməkdən başqa danışdıqlarının hamısı onun zərərinədir.

Əbu Səid Xidri deyir: “Peyğəmbər (s) xütbələrinin birində buyurdu: “Camaat! Mən sizin aranızda iki dəyərli əmanət qoyuram. Əgər onlardan yapışsanız heç vaxt yolunuzdan azmazsınız. Onlardan biri Allahın kitabıdır ki, asimanlardan yerə tərəf çəkilmiş ipə bənzəyir. Digəri isə itrətim yəni, ailəmdir. Bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşanadək əsla bir-birindən ayrı düşməz.”


Günəş buzu suya döndərdiyi kimi, xoş xasiyyət də günahı əridər.

Həzrət Əliyə (ə) buyurub: “Xoşbəxt insanın üç əlaməti var; öz vətənində halal ruzi, alimlərlə yoldaşlıq və beş ədəd gündəlik vacibi namazları camaatla qılmaq. Bədbəxt adamın da üç əlaməti var; haram yemək, alimlərdən uzaq gəzmək və namazı tək qılmaq.”

Sübh çağı hər kimin ata-anası ondan razıdırsa cənnətin iki qapısı onun üzünə açıq olar. Bu, axşam çağı da belədir. Əgər valideynlərdən təkcə biri ondan razı olsa cənnətin də bir qapısı onun üzünə açıq olar. Lakin, hər kimin ata-anası sübh çağı ondan narazı olsa cəhənnəmin də iki qapısı onun üzünə açıq olar. Əgər onlardan biri ondan narazı olsa cəhənnəmin də bir qapısı onun üzünə açıq olar.

Peyğəmbər (s) buyurub: “Behişt qadınlarının ən üstünü dörd nəfərdir; Xüveylidin qızı Xədicə (ə), Məhəmmədin (s) qızı Fatimə (ə), İmranın (ə) qızı Məryəm (ə) və Məzahimin qızı, Fironun arvadı Asiya.

Həzrət Əliyə (ə) buyurub: “Dörd şey insanın belini qırar: camaatın itaət etdiyi günahkar rəhbər, ərinin onu qoruduğu, onun isə ərinə xəyanət etdiyi qadın, heç bir çarə və əlacı tapılmayan fəqirlik və daimi evdə yaşayan pis qonşu.


Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Dörd günahın cəzası bütün günahların cəzasından tez yetişər; yaxşılıq müqabilində pislik etməyin, günahsıza zülm etməyin, vəfalı adama xəyanət etməyin və xoşrəftar qohumlarla əlaqəni kəsməyin.

Hər kim bilmək istəyirsə Allah yanında olan məqamı nə dərəcədədir, qoy baxıb görsün Allahın məqamı onun yanında nə dərəcədədir. Dünya və axirət işinin hər ikisi birdən qarşıya çıxa, axirət işini seçərsə bilsin ki, Allahını sevir. Yox əgər, dünya işini seçərsə bilsin ki, Allaha qarşı etinasızlıq etmişdir.

Elm iki növdür: Biri odur ki, qəlbdə özünə yer alıb. Bu elm fayda verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin tamam olması deməkdir.


İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm də onun vasitəsi ilə düzgün qəzavət edir.


Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. Digər insanlarda isə xeyir yoxdur.


Hər kim ki, insanları haqqa dəvət edir, haqqa gələnlərin əməlləri miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin də savabları öz yerində qalar. Hər kim də ki, insanları haqq yoldan azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah yazılar və eyni zamanda onların öz günahları da yerində qalar.

Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”


Əli (ə) buyurur: “İnsanların amanda qalmasının iki yolu var; biri Peyğəmbərdir (s) ki, əldən çıxıb, digəri isə tövbə və istiğfardır ki, hələ də əldədir.”

Əmirəl-möminin Əli (ə) buyurur: Allah dörd şeyi dörd şeydə gizlədib: 1. Öz rizasını Ona edilən itaətlərdə. Heç bir itaəti yüngül tutmayın. Çünki, ola bilər ki, Allahın razılığı məhz həmin itaətdə olsun. 2. Öz qəzəbini günahlarda. Heç bir günahı kiçik bilməyin. Mümkündür məhz həmin günah Allahın qəzəbinə səbəb olsun. 3. İsticabəti (bəndələrinə cavab verməyi) dualarda. Heç bir duanı faydasız bilməyin. Mümkündür məhz həmin dua müstəcab olsun. 4. Öz dostlarını da bəndələrinin arasında. Heç bir bəndəyə etinasız yanaşmayın, çünki ola bilər ki, məhz həmin bəndə Allahın dostu olsun və sadəcə siz onu tanımamış olasınız.

Həzrət Əlidən (ə) soruşdular: “Elm nədir?” Buyurdu: “Elm budur ki, Allaha ibadəti ehtiyacın olan qədər edəsən, günahı cəhənnəm atəşinə dözəcəyin qədər edəsən, çalışmağını ömrün boyu davam etdirəsən və axirət xoşbəxliyi qədər də əməl sahibi olasan.”


Əmirəl-möminin Əli (ə) buyurur: Tövratı, İncili, Zəburu və Qur`anı oxudum və hər birindən bir cümlə seçdim: Tövratdan “hər kim sükut etsə nicat tapar”, İncildən “Qənaət edən tox olar”, Zəburdan “Meyillərini tərk edən bəlalardan amanda olar”, Qur`andan isə “Hər kəs Allaha təvəkkül etsə Allah ona bəs edər” cümlələrini.

Hədisdə var ki, dörd xristian rahibi Həzrət Əlini (ə) yoxlamaqdan ötrü onun yanına gəldilər. Öz aralarında qərara aldılar ki, bir sualı hər biri ayrı-ayrılıqda ondan soruşsunlar, əgər hamımıza bir cavab versə deməli elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu:
−Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək?
Buyurdu:
−Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.
Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu:
− Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi tərəfindən qorunmağa möhtacdır.
Sonra üçüncüsü daxil olub həmin sualı soruşdu. Həzrət (ə) cavab verdi:
−Elm öyrənmək. Çünki, elm cəm edənin təvazökarlığını, mal isə təkəbbürünü artır.
Daha sonra isə dördüncüsü daxil olub, yenə də həmin sualı verdi. Həzrət (ə) onun cavabında belə buyurdu:
−Elm cəm etmək yaxşıdır. Çünki, elm cəm edənin dostu, mal cəm edəninsə düşməni çoxalar.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:51
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

guliev1231

  • 25 may 2011 20:16
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
alahşkomek.olsun.size

samir_252

  • 1 may 2011 14:37
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.
Təşəkkürlər dəyərli və gözəl xəbərə görə. Allah razı olsun!

_RONALDO_

  • 28 aprel 2011 21:39
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.
Təşəkkürlər dəyərli və gözəl xəbərə görə. Allah razı olsun!

--------------------

Inciciceyi

  • 28 aprel 2011 09:38
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Elnen

  • 28 aprel 2011 00:43
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}

Əlhəmdu Lİllah

ALLAH razı olsun

FLOWER

  • 27 aprel 2011 23:38
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
tshkurler cox sa] olun

tshkurler cox sa] olun

lider

  • 27 aprel 2011 22:42
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah RAZI OLSUN

sevgi yalandir

  • 27 aprel 2011 17:45
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Nelya

  • 27 aprel 2011 16:33
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
Allah razi olsun!

★Adriana★

  • 27 aprel 2011 16:29
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler ugurlar hamiya request

--------------------

MuslimGirl

  • 27 aprel 2011 16:10
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.
Təşəkkürlər dəyərli və gözəl xəbərə görə. Allah razı olsun!

tekna_297

  • 27 aprel 2011 15:39
  • Məqalə: 37
  • Şərh: 527
  • Bal:
{awards}
tesekkurler

--------------------
emo

R.M_FaNaTka

  • 27 aprel 2011 15:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
allah razi olsun maraqli xebere gore tsk

--------------------

Nur_Ay

  • 27 aprel 2011 14:58
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
tshk bacishkam Allah razi olsun senden...

--------------------

MY LOVE ZZ

  • 27 aprel 2011 14:50
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Cox maraqla oxudum tewekkurler

sevgi_meleyim.

  • 27 aprel 2011 14:25
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah razi olsun xebere gore. yazan elleriniz derd gormesin InseAllah.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Aglayan_Urek

  • 27 aprel 2011 14:21
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
oxudum bele gozel deyerli xebere gore coxsagol



Həzrət Əlidən (ə) soruşdular: “Elm nədir?” Buyurdu: “Elm budur ki, Allaha ibadəti ehtiyacın olan qədər edəsən, günahı cəhənnəm atəşinə dözəcəyin qədər edəsən, çalışmağını ömrün boyu davam etdirəsən və axirət xoşbəxliyi qədər də əməl sahibi olasan.”

--------------------
İnsan yalnız öz qüvvəsinə inandığı zaman nəyə isə nail olur. (L.Feyerbax)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}