iPhone-la Təchiz Edilmiş 12,1-mp Leica i9 Fotoaparatı

 
iPhone-la Təchiz Edilmiş 12,1-mp Leica i9 Fotoaparatı

Leica şirkəti uzun müddətdir ki, dünyanın ən yaxşı fotoaparat istehsalçısı kimi bazarda tanınmışdır. Apple korporasiyası da öz növbəsində, dünyanın ən yaxşı mobil telefonlarını istehsal edir. Bu gün bəhs edəcəyimiz Leica i9 fotoaparat konsepti isə hər iki istehsalçının ən yaxşı keyfiyyətlərini özündə cəmləyib.
Düzdür, iPhone daxili fotokamera ilə təchiz olunsa da, onu əsl fotoaparat hesab etmək olmaz. Bu səbəbdən, Kaliforniyanın Black Design Associates LLC şirkətinin nümayədələri bu Apple smartfonunu tamfunksiyalı fotokameraya çevirməyə qərar veriblər.

Leica i9 Fotoaparatının Başlıca Özəllikləri
Onların irəli sürdüyü Leica i9 konsepsiyası özündə eyni zamanda Leica fotoaparatı və iPhone smartfonunu birləşdirir. Konseptin əsasını peşəkar obyektivli və 8-qat optik böyütmə qabiliyyətinə malik 12,1-mp kamera təşkil edir. Bu qurğuda müasir fotoaparata xas bütün xüsusiyyətlər olacaq, proqram təminatı, prosessor və ekran istisna olmaqla. Belə ki, proqram təminatı üçün Leica deyil, Apple cavabdeh olacaq.

Black Design Associates LLC dizaynerlərinin planına görə, fotoaparatın arxa panelinə iPhone quraşdırılacaq. Beləliklə də, müasir fotoaparat komplekti tamamlanacaq.

iPhone-nun sensor ekranı Leica i9 fotoaparatının displeyi, prosessoru isə kameranın prosessoru rolunu oynayacaq. Xüsusi proqram əlavələri bu qeyri-adi fotokameranın çoxsaylı funksiyaları üçün cavabdeh olacaq. Özü də istəyə uyğun olaraq, qurğuya yeni-yeni əlavələr də yükləmək mümkün olacaq. Beləliklə də, bu qacet istər peşəkar, istərsə də həvəskar fotoqraflara maksimal şəkildə effektiv və rahat işləməyə imkan verən ideal bir həllə çevriləcək.


Leica i9 Fotokamerasının Dəyəri
Xarici, çıxarıla bilən (iPhone telefonunun) ekran bu fotoaparatın dəyərini digər Leica modelləri ilə müqayisədə daha da münasib edir.

Kütləvi istehsal olunacaq Leica i9 fotokamerasının satış qiyməti 1000 dollar olacaq. iPhone isə artıq Yer Kürəsinin milyonlarla sakinində var.


Geri dön

samir_252

  • 2 may 2011 11:19
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
TESEKURLER COX MARAQLIDIR

_RONALDO_

  • 1 may 2011 00:35
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Men de istiyirem :))

--------------------

nilayka

  • 29 aprel 2011 20:27
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: Cant_Breathe
Men de istiyirem :))


--------------------

lider

  • 29 aprel 2011 17:21
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Təşəkkür

::..ONSLAUGHT::..

  • 29 aprel 2011 16:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Cant_Breathe

  • 29 aprel 2011 14:58
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Men de istiyirem :))

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Hazal_Kaya

  • 29 aprel 2011 14:33
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
tewekkurler

LEGISLATOR

  • 29 aprel 2011 14:15
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
maraqlidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 40
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}