Belə Bitməz Amma Get!

 
Belə Bitməz Amma Get!



Gedəcəyini söyləyəcək qədər ürəkli olduğun üçün, bir dəfə daha sevilməyə dəyər idin əslində. Susdu dilim, səs etmədim.

Halbuki daha geniş zamanlar xəyal etmişdim. Bir yuxunun ortasında oyanmağa meylliydim. Madam getməyin lazım, nə deyə bilərəm?

Sənsizliyə alışmaq çətin deyil, onsuz da həmişə sənsizdim. Sən gəlincə əskik olanın nə olduğunu anlamışdım. Ürəyimin ortasında dayanan o böyük boşluğu örtmüşdü varlığın. Bir az daha qalsan, dəli kimi sevəcəkdim.

"Bir az zaman ver mənə" dedin. Al bütün zamanlar sənin olsun. Mənim təqvimlə döyüşüm ömürüm boyunca çəkəcək onsuz da, yarısını da sənə verərəm, çoxmu?

İlk gün razılaşmışdım əslində, sən çıxmaz bir küçə idin. Labirintin belə işığı vardır sonunda, sənin künclərin özünə dönürdü. İnad etdim!
Heç əhəmiyyətli deyil bu gedişin, bilirəm gələcəksən. Bir qış gecəsi, yəni dönüncə bu yazın günəşi, qar yağarkən üsul üsul, özünü tək hiss edəcəksən. Evə sığmayacaq ürəyin, küçələrdə pişik kimi gəzərkən, üstün başın islanmış, üşüyəcəksən. Bir eşqi olmasa belə, dost əlini axtaracaqsan və harada olduğumu biləcəksən.

O vaxta qədər havalanacaq ürəyim. Özümü tanıyıram. Dırnaqlarımı keçirib ovucuma qanadırcasına, gözləyəcəyəm. Tam unudub öyrəşərkən, telefonum çalacaq. Yuxumu böləcəksən. "Sənə ehtiyacım var" deyəcəksən və həmin səsinə töküləcək gözyaşların.

Nə qədər uzaqda olsan ol, qaçıb gələcəyəm. Hansı duamın qəbul olduğunu bilməsəm də, səmaya bir təşəkkür göndərəcəyəm.

İndi getmək istəyirsən ya, get! Bütün zamanları səndə itirərəm. Bir müddət bəlkə axtarsın deyə gözləyərəm. Ümidimi itirdiyimdə dönərsən. Getməyin lazımdırsa get! Sən mənə, mən sənə yazılmışiqsa əgər, bilirəm ki bu hekayəni belə bitirə bilməzsən!


Geri dön

charli

  • 2 may 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
suppa...........

samir_252

  • 1 may 2011 22:24
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
İndi getmək istəyirsən ya, get! Bütün zamanları səndə itirərəm. Bir müddət bəlkə axtarsın deyə gözləyərəm. Ümidimi itirdiyimdə dönərsən.

_RONALDO_

  • 1 may 2011 00:35
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
İndi getmək istəyirsən ya, get! Bütün zamanları səndə itirərəm. Bir müddət bəlkə axtarsın deyə gözləyərəm. Ümidimi itirdiyimdə dönərsən.

--------------------

nilayka

  • 29 aprel 2011 20:26
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

lider

  • 29 aprel 2011 17:23
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Təşəkkür. neyse

Təşəkkür. neyse

::..ONSLAUGHT::..

  • 29 aprel 2011 16:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ASİ

  • 29 aprel 2011 15:04
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tewekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

Hazal_Kaya

  • 29 aprel 2011 14:37
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
tewekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}