30 aprel – Azərbaycan Gənclərinin Həmrəylik Günü olsunmu?

 
30 aprel – Azərbaycan Gənclərinin Həmrəylik Günü olsunmu?

30 aprelin gənclər günü kimi qeyd edilməsi ideyasının təşəbbüsçülərindən biri Kəramət
Salayev deyir ki
, 30 aprel günü baş verən qətliam
tələbələrə qarşı Azərbaycan tarixində olmayan bir hadisə idi:

«Bu hadisə məhz 30 apreldə baş verdiyindən bu ideya haqqında ətrafdakılara
düşünməyi təklif etdim. Bu ideyanı artıq 500-ə yaxın dəstəkləyənlər var.
Xaricdə yaşayan gənclərimiz də həmrəydir bu barədə. Bacarmalıyıq ki,
faciələrimizi həmrəylik gününə, vətəndaşların bir müqavimət gününə çevirək».

«14-24»-ün digər qonağı AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı hesab edir ki, Azərbaycan gəncliyi haqqında olan mənfi fikir dağılıb:

«İndiyə qədər belə bir təəssürat var idi ki, bu gənclik heç nəyə qadir deyil.
Amma 30 aprel hadisəsi göstərdi ki, bu belə deyil.

Kəramət Salayev
Azərbaycan gəncliyi uzun illərin sükutundan sonra yenidən bir araya gəldi və öz həmrəyliyini
nümayiş etdirə bildi. Minlərlə tələbə, minlərlə gənc istəyir ki, bu birlik davam etsin».

Kəramət Salayev deyir ki, gəncliyin həmrəyliyinin ömrü özlərindən asılıdır:
«Əgər Azərbaycanın düşünən gəncləri bu mövzuda sistemli hərəkət göstərəcəksə,
biz bu məsələni aktual məsələyə çevirə bilsək, bu həmrəylik o qədər də uzun olacaq.
Nə qədər özümüzü vətəndaş hesab edəcəyiksə, o qədər də biz bu günü qeyd edəcəyik, həmrəy olacağıq».

Neft Akademiyasının divarlarına öldürülən gənclərin xatirəsi üçün yazılan şüarları 2 gün sonra təmizləyiblər.

Gənclərin həmrəyliyi hansı narahatlığı yaradır? Əbülfəz Qurbanlı bu həmrəyliyin qorxuya səbəb
olduğunu deyir: «Siyasi hakimiyyətin bu hadisəni təsadüf adlandırması, polislərin mayın 1-də
hadisə yerinə bizi buraxmamağı, Daxili İşlər Nazirliyi tərəfindən bizim hərəkətimizin
qeyri-əxlaqi və öyrədilmiş hərəkat adlandırılması və sonradan da ADNA-nın divarlarındakı
şüarların silinməsi göstərir ki, hakimiyyət bu faciədən özünü itirdi. İmkan vermirlər ki,
biz bir araya gələk və bu hadisəni qeyd edək. Onlar başa düşürlər ki, bu insanların bir araya
gəlib 30 aprel qurbanlarını yad etməsi ilk növbədə Azərbaycan gəncliyinin birliyi
və həmrəyliyidir. Hakimiyyət cəmiyyətin strukturlaşmasından, gənclərin birliyindən qorxur».

Əbülfəz Qurbanlı
O, kütləvi informasiya vasitələrini də qınadığını deyir: «Televiziyalarda hər gün tamam
başqa təbliğatlar aparılır. Hər gün şou, hər gün əyləncə, hər gün çal-çağır...
Bütün bu ona yönəlib ki, Azərbaycan gəncliyi qeyri-ciddi topluma çevrilsin, öz haqqını tələb edə bilməsin».

Kəramət Salayev deyir ki, hökumətdən gənclərə qarşı başqa münasibətə ümid edirdilər:
«Axı biz bu gün fərəh duymalıydıq ki, Azərbaycan iqtidarı bizə daha xoş münasibət göstərdi. Amma bu belə deyil...»

Kəramət Salayev neft akademiyasında baş verənlərlə bağlı gənclərin təşkilat adından danışmağını
düzgün hesab etmir: «Axı biz yalnız gənclər təşkilatı olaraq buna münasibət göstəririksə,
məqsəd nədir? Biz bir vətəndaş kimi yanaşaq bu məsələyə.
Sivil cəmiyyətlərdə bu belə deyil axı... Bu haqda düşünməliyik. Ümid edirəm ki,
30 aprel dünya Azərbaycan gənclərinin həmrəylik gününə çevriləcək».

Əbülfəz Qurbanlı da gələcəyə nikbin baxır: «Bizim məmnun olduğumuz odur ki,
Azərbaycanda gənclik artıq susmaq mərhələsindən qurtarıb. Burda Azərbaycan gəncliyinin
bütün təbəqələri iştirak edir. Həm tələbələr, həm tələbə olmayanlar. Biz həmişə görmüşük ki,
proseslərdə daha çox kişilər öndə olur, amma indi görürük ki xanımlar daha çox aktivlik edir,
polislə üz-üzə gəlməkdən belə qorxmur. Bu onu göstərir ki,
tələbə hərəkatı bu gün də olmasa, tezliklə olacaq. Bu, labüddür».


Geri dön

VIPTOZ

  • 6 fevral 2012 01:09
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
olmasini isterem Azerbaycanli genci kimi
tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:43
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

kiskanc

  • 4 iyul 2011 13:59
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
miniwinx,
dogrudur

miniwinx

  • 3 iyun 2011 23:32
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
♥♥♥ BeZeN SeViNc, BeZeN KeDeR, SeNiN SeVGiN HeR SheYe DeYeR ♥♥♥ love

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

samir_252

  • 6 may 2011 13:04
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
♥♥♥ BeZeN SeViNc, BeZeN KeDeR, SeNiN SeVGiN HeR SheYe DeYeR ♥♥♥

Tarik

  • 3 may 2011 19:05
  • Məqalə: 4
  • Şərh: 157
  • Bal:
{awards}
30 aprel GƏNCLƏR GÜNÜ kimi qeyd olunmasına mən də razıyam.

_RONALDO_

  • 2 may 2011 19:53
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
pis deyil tsk

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:42
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
спасибо

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

HaMuSHaN

  • 1 may 2011 00:25
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
tewekkurler

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

_RONALDO_

  • 1 may 2011 00:10
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
pis deyil tsk

--------------------

LoVeE

  • 30 aprel 2011 23:17
  • Məqalə: 0
  • Şərh: 187
  • Bal:
{awards}
olunsun men tamaimile leyhineyem

--------------------
Sevgi bir oyundu qadinlar yazar kiwiler oynar

Cici-Kiz

  • 30 aprel 2011 22:44
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
30 aprel – Azərbaycan Gənclərinin Həmrəylik Günü olsunmu?


Allah o gunahsiz telebelere rehmet elesin, bir genc kimi men de destekleyirem ki,30-aprel Genclerin Hemreylik Gunu kimi qebul olunsun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 30 aprel 2011 20:28
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
hmm twk

--------------------

ZEHRA

  • 30 aprel 2011 19:38
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tesekurler cox gozel yazidir

samir_252

  • 30 aprel 2011 19:19
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}