30 Aprel terorunun ildönümü

 
30  Aprel terorunun ildönümü

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş vermiş qanlı terrorun qurbanları 2011-ci il aprelin 29-da akademiya binasında şəkil stendləri ilə yad ediləcək. Bunu ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov deyib.

O bildirib ki, aprelin 29-u səhər tezdən, dərslər başlamazdan qabaq akademiyanın faciə baş verən korpusunun foyesində terror qurbanlarının şəkillərdən ibarət stend asılacaq, önünə gül dəstələri qoyulacaq: “Həmin gün akademiyanın dərsə gələn tələbə və müəllim heyəti terror qurbanlarının xatirəsini yad edəcək. Təmtəraqlı tədbir və yaxud hər hansı aksiya keçirməyi nəzərdə tutmuruq. Çünki tələbə və müəllim heyətinin terror qurbanlarının ailələrinin yaşadığı ünvanlara gedib həmin gün onlarla birgə olması da nəzərdə tutulub”.

Qasım Məmmədov bir qrup gəncin sosial şəbəkələrdə aprelin 30-da aksiya keçirməklə bağlı çağırışına da münasibət bildirib: “Bu il aprelin 30-u qeyri-iş günü olduğu üçün həmin tələbələr akademiyada olmayacaqlar. Təbii ki, akademiyamızın bütün dekanları tələbələrə dövlətçiliyin əleyhinə olan heç bir aksiyaya qoşulmamağı tövsiyə ediblər, tələbələr də başa düşürlər ki təxribat xarakterli mitinqlərə qoşulmağın mənası yoxdur”.

“Nida” Vətəndaş Hərəkatı ilə “Azad gənclik” Gənclər Təşkilatı 30 aprel terrorunun qurbanlarının xatirəsini anmaq üçün faciənin ildönümü günü saat 14-də paytaxtın mərkəzində, Cəfər Cabbarlının heykəli ətrafında aksiya keçirməyi planlaşdırır. Aksiya barədə elan “Facebook” sosial şəbəkəsi vasitəsilə verilib.

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının paytaxtın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən korpusuna silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər məhkum olunub - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov. Bu şəxslər terroru Fərda Qədirovla birgə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Mardun Qumaşyanın sifarişi ilə hazırlamaqda təqsirli biliniblər. Avqustun 10-da Ağır Cinayətlər Məhkəməsi Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulova isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edib.

Mardun Qumaşyan hazırda Marneuli rayonunun Şulaver kəndində yaşayır.
Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib


Geri dön

RoMaNTiK SerSeRi

  • 13 fevral 2012 22:15
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COXX GOZEL XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:44
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Avtos Bakinec

  • 3 avqust 2011 10:18
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN )

--------------------
Zolotoy Bakinec

messi123

  • 14 iyun 2011 23:50
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
tesekurler bully

_RONALDO_

  • 2 may 2011 19:54
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ilk serh menden

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:45
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

HaYaT_GuZeL

  • 1 may 2011 10:59
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
Sitat: THE DRAGON`S FORCE
ilk serh menden

Sitat: lovely love
tewekkurler

ne ilk serh menden ne tesekkureler hec bir sey ede bilmirik hec olmasa ALLAH REHMET ELESIN DEYIN

HaMuSHaN

  • 1 may 2011 00:30
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
tewekkurler

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

_RONALDO_

  • 1 may 2011 00:11
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------

nilayka

  • 30 aprel 2011 20:21
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------

ozlem2010

  • 30 aprel 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Casper

  • 30 aprel 2011 18:59
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------
Only GODcan judge me!!!

_RONALDO_

  • 30 aprel 2011 18:57
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}