Qurani-Kərim Oxumaq Haqqında 20 Hədis

 
Qurani-Kərim Oxumaq Haqqında 20 Hədis


Qurani-Kərim Oxumaq Haqqında 20 Hədis

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun.
Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”

2-İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr
Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”

4-İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən
başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri
istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”

6-İmam Sadiq (ə) buyurmuşdur:
“Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Quranın mətninə və yazısına baxmaq ibadətdir.”

8-İmam Sadiq (ə) buyurmuşdur:
“Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranı
uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən,
yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”

11-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin bir gənc
Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar
və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Məscidlər Qurana görə bərpa edilmişdir.”

13-İmam Əli (ə) buyurmuşdur: “Quran
haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”

15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir:
“İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini
yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”

16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir:
“(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Öz övladlarınızı üç şeylə tərbiyə edin:
Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”

18-İmam Əli (ə) buyurmuşdur:
“Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”

19-İmam Sadiq (ə) buyurmuşdur:
“Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”

20-İmam Səccad (ə) buyurmuşdur:
“Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların
hamısı ölsə də, mən təklikdən qorxmaram.”

Qurani-Kərim Oxumaq Haqqında 20 Hədis


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:58
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 2 may 2011 19:56
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:48
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

HaMuSHaN

  • 1 may 2011 00:34
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
tewekkurler

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

_RONALDO_

  • 1 may 2011 00:12
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranı

--------------------

Elnen

  • 1 may 2011 00:01
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
Təşəkkürlər

nilayka

  • 30 aprel 2011 20:15
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox gozel ve deyerli xeberdi cox beyendim xeberi cox sag ol bacis

--------------------

Casper

  • 30 aprel 2011 19:05
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.

tewekkurler winked ,baciwka.

--------------------
Only GODcan judge me!!!

tekna_297

  • 30 aprel 2011 18:30
  • Məqalə: 37
  • Şərh: 525
  • Bal:
{awards}
tesekkurler

--------------------
emo
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 43

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}