Mini ətək davası

 
Mini ətək davası

Qısa ətək həm istirahət, həm də şam yeməkləri üçün arzuolunan geyimdir
Bu gün böyük mübahisələr yaradan qısa ətəklər, elə mübahisəli şəkildə də yaranıb. Bununla bağlı 40 ildir ki, ingiltərəli modelyer Meri Kuant və fransız modelyer Andre Kurej arasında böyük qalmaqal yaşanır. Onların arasında mini ətəyi kimin icad etdiyinə dair qızğın mübahisə hələ də səngiməyib.

Belə ki, 1959-cu ilin yanvarında gənc ingilis dizayner Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o, rəfiqəsinin qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və fikirləşib ki, bu cür ətəyi niyə də öz kolleksiyasına daxil etməsin? O vaxtdan podiumlarda yeni bir tendensiya yaranıb. Qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıb.

Yenilik bazara da yeni müvəffəqiyyət gətirib. Kolleksiyanın buraxıldığı ildə “qısaldılmış modeldə” 200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: “Mən vulqarlığa pərəstiş edirəm. Ona görə də milyonlarla qadın mənim ideyamı qəbul edib. Məncə, mini ətəyin yaranması qadınlara ikiqat cazibədarlıq bəxş etdi”.
1960-cı illərdə dəyişən qadın imici - mini ətək qızların bir simvolu oldu. Bu gün qısa ətək həm istirahət, həm də şam yeməkləri üçün arzuolunan geyimdir. Hər bir məşhur modelyerin kolleksiyasında qısa ətəklər özünə yer tutur.
Ümumiyyətlə, ətək qadın geyiminin ənənəvi və ayrılmaz atributudur. Ətək xanımlara zəriflik və seksuallıq verir. Elə bir xanım tapılmaz ki, onun qarderobunda mini ətək olmasın. Dünya modelyerləri bu mövsümdə ətəklərə böyük diqqət ayırıblar. Bu ilin dəbi ötən illərin material və rənglərindən çox fərqlənir. Rahatlıqa deyə bilərik ki, payız və qış mövsümündə keçən əsrin 80-ci illərinin işgüzar tərzi dəb olacaq. Əlbəttə ətəklər hər uzunluqda ola bilər. Amma bu mövsümdə dizdən 5-10 sm yuxarı uzunluqda ətəklər daha aktualdır. Bu mövsüm ətəklərdə daha çox məxmər, dəri, yun, toxunma ipək, naxışlı, parıltılı, küpür və krujeva parçalara üstünlük verilir. Hakim rəng qara olsa da boz, ağ, tünd çəhrayı, bənövşəyi, qırmızı, pastel tonlar, qəhvəyi və bej rənglərdən də istifadə olunur. Əsasən də tünd çalarlı ətəklər üstünlük təşkil edir.
Amma bu ətəkləri qışın şaxtasında geyinmək mümkün deyil. Belə ki, qısa ətək çox vaxt sərbəstlik baxımından narahatçılıq törədir, artıq çəkisi olanlar bu ətəklərdən istifadə etdikdə yaxşı görünmür. Alimlərin fikrinə görə, soyuq havada mini ətək geyinmək nəinki qadını üşüdür, hətta gözəllik üçün böyük təhlükə yaradır. Soyuq havada ayaqlar donur və orqanizm donmuş hissələrə daha çox müdafiə piyi ifraz edir ki, bu da sellülitin yaranmasına səbəb olur.
Mini ətəyin mənfi cəhəti olduğu kimi müsbət cəhətləri də var. Qısa ətək geyinən xanım gözəl və cazibədar görünür, qısa ətək qadınlarda xanımlığı daha yaxşı biruzə verir, qısa ətəklərdə xanımlar yaşından cavan görünür, qısa ətək geyinmək arzusu xanımı həmişə formada qalmağa məcbur edir, kişilərin diqqətində olmaq istəyənlər üçün qısa ətək ən yaxşı seçimdir.


Geri dön

_RONALDO_

  • 25 may 2011 12:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
hmm twk





--------------------

_RONALDO_

  • 2 may 2011 19:51
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
hmm twk


--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:37
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 1 may 2011 11:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
AA COX MARAQLIDI TESEKKURLER

--------------------

Hazal_Kaya

  • 1 may 2011 00:56
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
tewekkurler

_RONALDO_

  • 1 may 2011 00:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
hmm twk



--------------------

Casper

  • 30 aprel 2011 21:18
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
tewekkur maraqli xebere gore smile

--------------------
Only GODcan judge me!!!

HaMuSHaN

  • 30 aprel 2011 21:08
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
gulmeli di twk

yada aglamali

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

lider

  • 30 aprel 2011 21:04
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
bunu cixardanin evi yixilsin

nilayka

  • 30 aprel 2011 20:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
hmm twk

--------------------

ZEHRA

  • 30 aprel 2011 20:11
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
ilk serh menden tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}