Abituriyentlərə Qəbul imtahanları barəsində 10 məsləhət

 
Abituriyentlərə Qəbul imtahanları barəsində 10 məsləhət

Ali məktəbə imtahan vermək çox ciddi və məsuliyyətli bir prosesdir.
Abituriyentlər gərək belə bir imtahan üçün hazırlıqlı olsunlar.
İmtahanlarda bəzi yazılmayan qanunlar vardır ki, bunları bilmək önəmlidir.
Dəyərli abituriyentlər, bu məsləhətlər daha uğurlu nəticə əldə etməyinizə kömək olar, inşallah.

1. Vaxt və dəqiqlik arasındakı balansı qoruyun
Testləri çox sürətli həll edib, lazımsız, xırda səhvlər etməyiniz heç də yaxşı olmaz.
Digər tərəfdən, həddindən artıq diqqətli olub, hər sual üçün də uzun zaman sərf etməyin.
Testi düzgün həll etdiyinizə inanırsınızsa, ona yüngülvari göz gəzdirməyiniz yetərlidir.

2. Sualı çox diqqətlə oxuyun
Abituriyentləri ən çox çaşdıran hallardan biri sualı düzgün və ya sonunadək
oxumamaq olur. Məsələn, sualın sonundakı inkar şəkilçilərini və ya “yoxdur”, “olmaz”,
“deyildir” kimi sözləri nəzərdən qaçırmaqla sualda istənilən şeyin
tam əksini axtarırlar ki, bu da sonda səhv cavab tapmaqla nəticələnir.

3. Bir suala həddən artıq çox vaxt sərf etməyin
Testin belə bir qaydası var ki, eyni fənnin suallarının çətinliyi müxtəlif, amma verəcəyi
bal eyni olur. Buna görə də çətin bir sual üzərində 10 dəqiqə fikirləşməkdənsə,
ondan daha asan olan 3 sualı həll etmək sizə 10 dəqiqədə 3 dəfə çox bal qazandıracaq.

4. Saatla "oynamayın"
İmtahan vaxtı yanınızda mütləq saat olsun, amma siz hər 2 dəqiqədən bir saata
baxmayın. Bu, sizin fikrinizi bir yerə cəmləməyinizə mane olacaq. Vaxtı düzgün
nizamlayın və zamana nəzarət etmək üçün müəyyən fasilələrlə saata baxın.

5. Cavablara diqqət edin, yalnışları tez silin
Test suallarının cavablarına baxanda dəqiq görürük ki, bəzi cavab variantları sualın
cavabı ola bilməz . Belə cavab variantlarının üstündən dərhal xətt çəkin.
Bu, psixoloji olaraq sizə kömək edəcək. Çünki elə olduqda, sualın 5 deyil, məsələn,
2 cavab variantı olacaq ki, bu da sizə seçim etməkdə daha rahat olacaq.

6. Ardıcıl 4 sualın cavabı "A"-dırsa, onları yenidən gözdən keçirin
Bəzən test suallarının cavablarının 2-si və ya 3-ü ardıcıl olaraq eyni variant olur.
Bu, normaldır. Amma əgər 4 və ya 5 ardıcıl sualın cavabının eyni variant olduğunu
görsəniz, o suallara yenidən göz gəzdirin. Onlardan hansınınsa səhv cavab olduğunu
görəcəksiniz. Çünki 4 və daha artıq ardıcıl sualın cavabının eyni variant olması çox nadir hallarda olur.

7. Cavab kartını doldurarkən buna diqqət edin!
Abituriyentlərin cavab kartını doldurduqları zaman üzləşdikləri ən ciddi problemlərdən
biri də budur: abituriyentlər doğru cavabları uyğun xanada işarələyib, ortada bilmədiyi
bir sualı boş qoyurlar. Növbəti sualın cavabını işarələyərkən isə, o cavabı səhvən
əvvəlki boş qoyduğu sualın xanasında işarələyirlər. Vay o haldan ki, bunu tez görməyəsiniz.
Bir də baxarsınız ki, 15-20 sualın hər birini bir xana sürüşdürməklə işarələmisiniz.
Bu da avtomatik olaraq, həmin 15-20 sualın yanlış cavab
olması deməkdir. Bu da imtahan nəticəsinə çox pis təsir edə bilər.

8. Sualları qruplaşdırın
Sual kitabçasında həll etdiyiniz testləri müəyyən bir simvolla işarələyin.
Belə olduqda növbəti dəfə həmin səhifəyə baxarkən artıq hansı sualın həll edildiyini,
hansının isə hələ qaldığını rahat görəcəksiniz. İşarə olaraq, məsələn həll etdiyiniz testin
nömrəsini dairəyə alın; nömrənin qabağına ulduz (və ya sizin üçün rahat olan,
öyrəşdiyiniz digər bir simvol) əlavə edin. Şübhəli qaldığınız sulları da başqa bir simvolla
işarələyin. Belə olduqda onları qruplaşdırırsınız və bu, sizə rahatlıq yaradır.

9. İlk ehtimal çox zaman doğru olur
Təcrübə göstərir ki, əgər abituriyent sualın dəqiq cavabını bilmirsə və iki cavab
variant arasında qalıbsa, ilk olaraq hansını daha
doğru hesab edirsə, əksər hallarda elə o cavab doğru çıxır.

10. Çətin sual sizi depressiyaya salımasın
Hər bir abituriyentin həll edə bilmədiyi testlər vardır. Ona görə də bir və ya iki sualı
həll edə bilmirsinizsə, dərhal həyəcanlanmayın, növbəti suallara keçin.
İkincisi, unutmayın ki, ən çətin test də, ən asan test də eyni bal verir.
Ona görə də çətin bir testə çox vaxt sərf etməyin, asanları həll edin.

Sonda, hər bir abituriyentə uğurlar arzulayırıq.


Geri dön

NELLY19

  • 2 avqust 2011 19:09
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
maraqli xeber ucun tewekkurler

K_U_R_S_A_N_T

  • 6 iyul 2011 15:21
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
BIR SOZLE: ELA bully

Zulfiyye-91

  • 6 may 2011 11:59
  • Məqalə: 8
  • Şərh: 327
  • Bal:
{awards}
super meslehet

--------------------
Sevginin məqsədi onun üçün “mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır..

melek001

  • 3 may 2011 18:18
  • Məqalə: 3
  • Şərh: 86
  • Bal:
{awards}
bu da duzdu amma qismete de baglidi

--------------------
MEN BILIREM KI MEN HECNE BILMIREM

_RONALDO_

  • 2 may 2011 19:46
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
menlik deyiil

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:29
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 1 may 2011 16:52
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
twk maraqli meslehetlerdi

--------------------

rzakamil

  • 1 may 2011 16:18
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
DIQQƏT!!!

Xahiş edirik, müəllif hüquqlarına hörmət edəsiniz. Bu xəbər "Deyerler.org" saytına məxsusdur. Deyerler.org-dan istifadə etdikdə mənbəyə istinad etmək zəruridir. Bu məsələyə diqqətlə yanaşmanızı xahiş edirik. Allah amanında.


Xəbərin əsli:

http://deyerler.org/87947-abiturientlere-10-imtaha
n-mesleheti.html

Memmedzade_Mesume

  • 1 may 2011 14:22
  • Məqalə: 34
  • Şərh: 554
  • Bal:
{awards}
tskler xebere gore

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

tekna_297

  • 1 may 2011 12:06
  • Məqalə: 37
  • Şərh: 525
  • Bal:
{awards}
cox tesekkur edirem bilmek isteyenlere deyerem

--------------------
emo

samir_252

  • 1 may 2011 11:45
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
ilk serh menden?

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}