Bəhanələr və cavablar

 
Bəhanələr və cavablar

İki rəfiqə var idi. Onlar hər ikisi imanlı, əxlaqlı xanımlar idi . Lakin rəfiqələrdən biri Allahın buyurduğu şəkildə, yəni hicablı, digə isə hicabsız idi.

Həmişə hicab mövzusundan söhbət düşəndə hicabsız qız rəfiqəsinin suallarından müxtəlif bəhanələrlə qaçmaq istəyirdi.

Bir gün yenə bu mövzu açıldı. Hicabsız qız dedi:

-Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.

-“Quranda bu haqda qəti əmr var, məgər bu, səni qane etmir?”

-Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi də düşünməliyəm.

-“Gələcək ölümdür, heç onu düşündünmü?”

-Allah məni başıaçıq olsam belə, yenə sevəcək.

-“Səni sevsə də, sənə “günahkar qulum” deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan”

-Başıörtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.

-“Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.”

-Heç gənc yaşda da insan başını örtərmi? Yaşlananda örtərəm.

-“Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?”

-Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.

-“Əvvəl örtün, sonra bu haqda fikirləşərsən.”

-Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.

-“Allahın hüzurunda sərbəst ola biləcəksənmi?”

-Əsas olan qəlbin təmizliyidir, baş bağlamaq əsas deyil.

-“Qəlbin təmizliyi təkbaşına günahın qarşısını ala bilməz.”

-Evləndikdən sonra mütləq hicab geyəcəyəm.

-“Evlənəcəyindən əminsənmi?”

-Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.

-“Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!”

-Əgər başımı bağlasam, gərək dinimizin əmr etdiyi başqa ibadətləri də yerinə yetirim.

-“Çox gözəl! Onsuz da bir vaxt başlamaq məcburiyyətində qalacaqsan.”

-Başımın açıq olması məni dindən çıxartmır.

-“Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.”

-Hicab geymək üçün hələ hazır deyiləm.


-“Qəribədir! Öldükdən sonramı hazır olacaqsan?”

-Hansı zamanda yaşayırıq, indi heç hicablanmaq zəmanəsidirmi?!

-“ Günahın dünəni-bugünü yoxdur. Quranın göstərişləri bütün dövrlər üçündür”

-Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq.

-“İnşallah! Amma tələs. Unutma ki,ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.”

-Əsas odur ki, bədənin başqa əzaları görünməsin.

-“Deməli, düşünürsən ki, günah sadəcə bədənin başqa əzalarının açılmasına görə qazanılır.”

-Nə qədər yoxladım alınmır. Başımı bağladığım zaman sanki boğuluram.

-“Əlbəttə, bunun üçün güclü iman tələb olunur.”

-Başımı bağlasam, heç zaman ərə gedə bilməyəcəyəm.

-“Açıq-saçıq geyindiyinə görə, səninlə evlənmək istəyən kişidən bəs, nə gözləyirsən?”

-Məktəb və unuversitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəsidir!).

-“Deməli, özünə xidmət etmək istəmirsən”

-Hicab geymək içimdən gəlmir.

-“Ancaq günah işləməyə çox həvəslisən.”

-Başıörtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.

-“Sən örtün və onlara nümunə ol!”


Geri dön

_RONALDO_

  • 2 may 2011 19:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
DUZDUR MARAQLI MELUMATA GORE COX SAGOL BACISIM

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

★Adriana★

  • 2 may 2011 14:50
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLERR SAGOLUN

--------------------

Inciciceyi

  • 2 may 2011 09:36
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ASİ

  • 1 may 2011 17:33
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tewekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

nilayka

  • 1 may 2011 17:05
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

Memmedzade_Mesume

  • 1 may 2011 14:15
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
Tesekkurler

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

HaYaT_GuZeL

  • 1 may 2011 13:45
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
ee maraqsiz idi hicabli refiqe ile razilasmiram (bezi movzularda)

nukhet

  • 1 may 2011 13:03
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
twk ederim

samir_252

  • 1 may 2011 12:41
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
DUZDUR MARAQLI MELUMATA GORE COX SAGOL BACISIM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}