Baba Pünhan

 
Baba Pünhan

Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (M.Ə.Rəsulzadə qəsəbəsi – keçmiş Kirov) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525-ci qəzet”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Yeni Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rubrikası başlığı altında çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun 50 illik yubileyi keçirilib. Həmin il “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

1998-ci ildə “21-ci gənclik dərgisi”ndə, 1999-cu ildə “Azərbaycan” jurnalında, 2004-cü ildə “İRS-наследие” jurnalında bir neçə şeri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də öyer alıb.

2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki Xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı işıq üzü görüb.

2000-ci ildə “Azərbaycan” jurnalı tərəfindən “Hikmət Ziya” adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə-çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki…” kitabı oxuculara təqdim olunub.

2004-cü ildə “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o “koma” vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib.Qəbri Kürdəxanı qəsəbəsindədir.


O bilər mən bilərəm

Bivəfadırsa əgər yar, o bilər – mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər – mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər – mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər – mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər – mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər – mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər – mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər – mən bilərəm

Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

Tərpəndi, ya tərpənmədi

Titrəyib yer tərpənəndə bilmirəm insanların,
Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,
Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?

Allahın torpaqların ac kəndliyə pulnan satan,
Quldarın ormanları tərpəndi, ya tərpənmədi?

Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,
Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?

Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,
Şah damarda qanları tərpəndi, ya tərpənmədi?

Özgənin ünvanına öz nəslini yerləşdirən,
Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?

Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,
Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?

Can güdən oğlanların dəhşətdə ikən özləri,
Özgələrçün canları tərpəndi, ya tərpənmədi?

Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?

Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.

Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!


Geri dön

::..ONSLAUGHT::..

  • 3 may 2011 16:58
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Twkler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 2 may 2011 19:39
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Birinci ve axirinci weirleri cox xowuma geldi,twkler

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

★Adriana★

  • 2 may 2011 14:46
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKULEERRRRRRRRRRR

--------------------

Inciciceyi

  • 2 may 2011 09:25
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkk maraqli weirlerdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 1 may 2011 17:16
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: Cici-Kiz
Allah rehmet elesin, Baba Pünhana. Mərkəzi klinanin adini esdende hirslenirem. Neyse!

twk super seirlerdi

--------------------

Cici-Kiz

  • 1 may 2011 14:58
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən əməliyyat aparılıb

Allah rehmet elesin, Baba Pünhana. Mərkəzi klinanin adini esdende hirslenirem. Neyse!

Yxsi serleri var sairin, tesekkurler!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Hazal_Kaya

  • 1 may 2011 14:27
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
tewekkurler

Memmedzade_Mesume

  • 1 may 2011 14:06
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
tskler maraqli idi

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

samir_252

  • 1 may 2011 14:05
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
cox sagol cox xowuma geldi )

lider

  • 1 may 2011 14:02
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}