Bilal (Hekaye)

 
Bilal (Hekaye)


Bilal (Hekaye)

Adı: Bilal

Atası: Rəbbah

Təvəllüdü: Fil ilindən on il sonra

Bilalın ata-anası qul olub. O, məhrumiyyət baxımından digər qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Həzrət Məhəmməd (s.ə.s) peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. Bilal Məkkəni ziyarət etdiyindən Peyğəmbərin (s.ə.s) dəvəti haqqında eşidir.

Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb Peyğəmbərin (s.ə.s) görüşünə gedir. Quran ayələri və Peyğəmbərin (s.ə.s) əxlaqi keyfiyyətləri Bilalın İslamı qəbul etməsinə səbəb olur. Bilal ağasının gözündən yayınaraq hər gecə gizli şəkildə İslam Peyğəmbərinin (s.ə.s) söhbətlərinə qulaq asmağa gedirdi. O, bilir ki, müsəlman olmağı ona baha başa gələcək, amma həqiqətə olan sevgisi, Peyğəmbərə (s.ə.s) olan bağlılığı Bilalı istənilən işgəncənin qəbuluna hazır etmişdi.

Bilalın ağası Üməyyə İslamın qatı düşmənlərindən idi. O, Bilalın Peyğəmbərin (s.ə.s) dinini qəbul etməsinə heç cür inana bilmir. Bilalın müsəlman olduğunu eşitdikdə çox qəzəblənir və deyir: «Bilala elə divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz».

Adətən digər qulların gözünün odunu almaq üçün itaət etməyənlərə şəhər meydanında hamının gözü qarşısında işgəncə verilirdi. Ənənəvi olaraq, Bilal da hər kəsin gözü qarşısında cəzalandırılmalıydı. Üməyyənin göstərişilə Bilalın əl-ayağını bağlayıb qızmar günəş altında isti qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoyurlar. Bu daş Bilalın bədənini qaynar quma sıxaraq dərisini yandırır, parça-parça qoparır. Bilal isə öz iman qüvvəsi və iradəsilə misilsiz dözüm göstərir, işgəncələrə dözərək pıçıltılı səslə Allahı zikr edir. Üməyyənin gözlədiyinin əksinə olaraq, bir neçə gün ağır işgəncələrə məruz qalan Bilalın müqaviməti və səbri onun İslama meylini nəinki azaltmır əksinə, müsəlmanların müqavimət və möhkəmliliyini artırır. Həzrət Peyğəmbər (s.ə.s) Bilalın işgəncələrindən narahat olaraq onu Üməyyədən almaq istəyir. Əvvəlcə öz qulunu satmaqdan imtina edən Üməyyə sonda Bilalın müqavimətindən cana gəlir. Bilaldan qul kimi istifadə etmək mümkünsüz olmuşdu, onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Odur ki, Üməyyə Bilalı Peyğəmbərə (s.ə.s) satmağa razılıq verir. Beləliklə, həbəşistanlı Bilalın adı qullar siyahısından silinir.

Bilal sağaldıqdan sonra dini təbliğə başlayır, Allah yolunda misilsiz fədakarlıqlar göstərir. Peyğəmbər (s.ə.s) müsəlmanların Mədinəyə hicrətinin ilk günlərində xalqı camaat namazı və zəruri yığıncaqlardan xəbərdar etmək üçün azan verilməsi göstərişini verir. Beləcə, Bilal İslamda ilk müəzzin (azan verən) olmaq iftixarını qazanır. O dövrdə Bilaldan daha gözəl səsi olanlar az deyildi, lakin onu bu səviyyəyə məhz imanı və paklığı ucaltdı.

Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran azançı idi. Peyğəmbər (s.ə.s) buyururdu: «Oruclarınızı Bilalın azanı ilə başlayıb, onun adı ilə də sona çatdırın. O çox dəqiqdir».

Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəlir. Elçilik zamanı o, özünü belə təqdim edi: «Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, ALLAH bizi hidayət etdi. Qul idik, ALLAH bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz,ALLAHa həmd olsun. Əgər verməsəniz - ALLAH böyükdür».

Qız adamları Bilala qəti cavab verməzdən öncə Peyğəmbərin (s.ə.s) yanına gələrək onun rəyini öyrənmək istəyirlər. Peyğəmbər (s.ə.s) buyurur: «Ondan yaxşı kimi istəyirsiniz? Bilal behişt əhlindən olan bir insandır».

Bilalın işi təkcə azan vermək deyildi. O, savaş qəhrəmanı, əsl hərb adamı idi. Bilal demək olar ki, bütün döyüşlərdə iştirak edirdi.

Mədinədə Bilal həm də Peyğəmbərin (s.ə.s) xəzinədarı olur. Peyğəmbərimizin (s.ə.s) ixtiyarında qoyulan malların xümsü, döyüş qənimətləri və digər pullar Bilala tapşırılır. O heç vaxt möhtacları rədd etmir. Hətta xəzinədə pul olmadıqda belə, başqalarından borc alıb fəqirləri yola salır.

Məkkənin fəthi zamanı ALLAH Rəsulu (s.ə.s) Bilala buyurur: «Kəbəyə qalx və azan ver». Müşriklər Bilalın cürətindən heyrətə gəlirlər. Dünənə qədər təhqir olunan qara qul bu gün Peyğəmbər (s.ə.s) tərəfindən nümayəndə seçilərək Kəbənin üstündən boylanır və azan verirdi.

Peyğəmbərin (s.ə.s) vəfatından sonra Bilal azan vermir. Ümmət Bilalın könül oxşayan tövhid avazının intizarında qalır. Bilal ömrünün sonunadək Peyğəmbərin (s.ə.s) azançısı olmaq iftixarını heç nəyə dəyişmir.

İmam Sadiq (ə)
buyurur: «ALLAH Bilala rəhmət eləsin! O, Əhli-beytin (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən (s.ə.s) sonra Bilal kimsə üçün azan vermədi».

Sonralar Bilal Şama (indiki Suriya) köçərək orada yaşamağa başlayır. Hər il Mədinəyə gəlib Həzrət Məhəmmədin (s.ə.s) qəbrini ziyarət edir, Peyğəmbər (s.ə.s) Əhli-beyti (ə) ilə görüşür.

Hicri 19-cu ildə 63 yaşında Bilal taun xəstəliyindən dünyasını dəyişir və Dəməşq yaxınlığında «Babus-səğir» adlı yerdə dəfn olunur.


Bilal (Hekaye)


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:59
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 29 may 2011 00:40
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
TESHEKKURLER...

::..ONSLAUGHT::..

  • 3 may 2011 16:56
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Twkler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 2 may 2011 19:34
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
HMMMMMMMMM YENEDE SAGOL

--------------------

::..ONSLAUGHT::..

  • 2 may 2011 17:01
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
HMMMMMMMMM YENEDE SAGOL

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

★Adriana★

  • 2 may 2011 14:43
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
TESEKKULEERRRRRRRRRRR

--------------------

Inciciceyi

  • 2 may 2011 09:17
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Casper

  • 1 may 2011 18:22
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
tewekkurler,baciwkam,Allah razi olsun.....

--------------------
Only GODcan judge me!!!

samir_252

  • 1 may 2011 18:16
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
twk maraqlidi bacisim Allah razi olsun

nilayka

  • 1 may 2011 17:32
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk maraqlidi bacisim Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 42

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}