Eldar və Nigar “Mayın 10-da çox parlaq və uzun müddət xatirələrdə qalacaq şou ilə çıxış edəcəyik”

 
Eldar və Nigar “Mayın 10-da çox parlaq və uzun müddət xatirələrdə qalacaq şou ilə çıxış edəcəyik”

“Biz ölkəmizi “Eurovision-2011” mahnı müsabiqəsində layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik və bütün günümüzü bu müsabiqəyə hazırlığa sərf edirik. Bütün günü hərəkətdəyik və yorulmaq bilmirik. Avropanı gəzirik, müxtəlif ölkələrin jurnalistləri və pərəstişkarlarla ünsiyyət saxlayırıq, məşq edirik, vokal və rəqs dərsləri ilə məşğul oluruq. Hazırlıq qrafikimiz çox gərgindir, demək olar ki, istirahətə imkan yoxdur. Ukraynada, Kiyevdə uğurlu çıxışlarımız oldu və yeni insanlarla, eyni zamanda “Eurovision-2011”-in digər ölkə təmsilçiləri ilə tanış olduq”.
Eldar Qasımov bildirib ki, bu şans hər kəsə nəsib olmur: “Bu böyük şansla yanaşı, çox böyük məsuliyyət hissidir. Eyni zamanda çox gözəl hisslər və bütün bunların mərkəzində olmaq inanılmaz bir xoşbəxtlikdir. Biz məhz buna can atırdıq və indi də məqsədimiz qələbə qazanmaqdır”.
Nigar Camal bu şansın məhz onlara nəsib olduğundan çox xoşbəxtlik duyduğunu qeyd edib: “Lazım olan hər şey edəcəyik ki, ölkəmiz bizimlə fəxr etsin. İstəyirik ki, çox parlaq və yaddaqalan bir şou ilə çıxış edək və bütün Avropa icitmaiyyətinə Azərbaycanın ən yaxşı yerə layiq olduğunu göstərək”.
İki qız anası olan Nigar Camal övladları üçün çox darıxdığını da etiraf edib: “Hazırlıq dövründə daha çox mənəvi yorğunluğumuz olur, nəinki fiziki. Mən uzun müddətdir öz yaxınalrımı və əzizlərimi görmürəm. Onlarla ancaq telefonla əlaqə saxlayıram. Hər gün skype vasitəsi ilə övladlarım, anam və həyat yoldaşımla danışıram. Qızlarımı qucaqlayıb öpəcəyim günü səbirsizliklə gözləyirəm. Onlar məni çox dəstəkləyirlər və bu mənə güc verir”.
Azərbaycan təmsilçilərinin necə bir şou proqramla çıxış edəcəklərinə gəlincə, Eldar Qasımov və Nigar Camal bu sirri açmaq istəməyiblər: “Biz bütün sirrləri açıqlamaq istəməzdik. Sadəcə deyə bilərik ki, mayın 10-da çox parlaq və uzun müddət xatirlərdə qalacaq şou ilə çıxış edəcəyik. Eyni zamanda şoumuzda romantikə də olacaq. Ümid edirik ki, şoumuz bütün Avorpanın ürəyincə olacaq. Mayın 10-da Düsseldorfdakı parlaq çıxışımıza baxmağı unutmayın. Biz səhnəyə 18-ci çıxacağıq”
Azərbaycanın müssabiqədəki çıxışının xoreoqrafı Renni Mirro olacaq, kostyumları isə Lars Uollin hazırlayacaq.Modelyer 2009-cu ildə Azərbaycanın “Eurovision” təmsilçisi Aysel Teymurzadə üçün səhnə geyimi hazırlamışdı.
Bek-vokalçılar Yessika Marberqer, Vera Prada, Liza Stadel və Osa Enqman olacaqlar. Azərbaycanın yarışdakı çıxışına dəstək olacaq komandanın bütün üzvləri İsveç təmsilçiləridir.
Düsseldorf səhnəsinə bu səhnə xoreoqrafiyası ilə çıxmaları gözlənir.



Geri dön

ZAC EFRON

  • 28 iyun 2011 13:34
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
BIZ QALIBIK!

JASMİNE V

  • 5 may 2011 11:19
  • Məqalə: 27
  • Şərh: 195
  • Bal:
{awards}
insallah 1 ci yeri tutarlalr

--------------------
♥ Bir it ilə bir kişi arasında nə fərq vardır? İt yalnız halını çirklədib məhv edər kişi isə tam həyatını məhv edər.(Qadına görə)
♥♥ LOVE ME ♥♥
♥♥ JUSTİN BİEBER ♥♥

nilayka

  • 3 may 2011 18:12
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
xebere gore twk

--------------------

_RONALDO_

  • 3 may 2011 17:35
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
uqurlar dileyirem

--------------------

DEATH

  • 3 may 2011 15:23
  • Məqalə: 1
  • Şərh: 134
  • Bal:
{awards}
Teshekkurler

Inciciceyi

  • 3 may 2011 14:55
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

beren saat

  • 3 may 2011 12:09
  • Məqalə: 30
  • Şərh: 445
  • Bal:
{awards}
wink love

--------------------

aysel16

  • 3 may 2011 11:54
  • Məqalə: 96
  • Şərh: 409
  • Bal:
{awards}
ugurlar

ugurlar

--------------------

R.M_FaNaTka

  • 3 may 2011 11:29
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ugurlar ikisinede

--------------------

eliza

  • 3 may 2011 11:24
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
uqurlar dileyirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}