Türkiyə Cümhuriyyəti

 
Türkiyə Cümhuriyyəti

Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdiği nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının bir hissəsi Anadolu Yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Türkiyə 6 müstəqil Türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili Türk dilidir, lakin əhalinin 18% təşkil edən Kürdlər və Zazalar, Kürd dili və Zaza dilini də geniş işlədirlər.
Coğrafiya
Asiyanın cənub-qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Ərazisi (daxili su hövzələri ilə birlikdə) 780 580 km² təşkil edir.
Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir.
Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.
Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır.
Ölkənin cənubuna Aralıq dənizi iqlimi hakimdir.

Tarix
Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Burada Osmanlı dövlətinin qurulmasından əvvəl Bizans İmperiyası mövcud olmuşdur. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan Osmanlı dövləti quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının 3 qitədə torpaqları olmuşdur) biri hesab olunur.
XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəiləməkdə olan İmperiya Birinci Dünya Müharibəsini uğursuzluqla başa vurdu.
Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlının bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.
Siyasət
Xalqın Atatürkə inanaraq onu dəstəkləməsi nəticəsində Türkiyə Respublikası 29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən quruldu.
İqtisadiyyat
Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhsullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.
Əhalisi
Əsas məqalə: Türkiyə əhalisinin etnik tərkibi
Türkiyə Statistika Qrumunun 31 dekabr 2009-cu il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 72,586,256 nəfərdir .Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 73 milyon nəfər əhalisinin 76,03%-ni və ya 55,484 milyon nəfərini Türklər, 15,68%-ni və ya 11,445 milyon nəfərini Kürdlər və Zazalar , 8,3%-ni və ya 6,046 milyon nəfərini isə digər etnik qruplar təşkil edir.
Dil
Türkiyə Respublikasının rəsmi dövlət dili türk dilidir. Türkiyə türkcəsi Azərbaycan türkcəsinə cox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır.
Din
Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. Türkiyə əhalisinin 98%-i müsəlmandır.
Təhsil
Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 90%-dir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid "Tələbə Seçmə Sınağı" vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.
Universitetler
1930-cu illərə qədər cəmi 2 universitetin - İstanbul Texniki Universiteti və İstanbul Universitetinin mövcud olduğu halda, bu günkü Türkiyədə onların sayı 157-dir.
Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir.
1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.
Rəsmi bayramlar
1 yanvar - Yeni il
23 aprel - Milli Müstəqillik günü və Uşaq Bayramı
19 may - Atatürkü anma, Gənclik və İdman Bayramı
30 avqust - Zəfər Bayramı
29 oktyabr - Respublika Bayramı
Dini bayramlar
Ramazan Bayramı (3 gün)
Qurban Bayramı (4 gün)


Geri dön

_RONALDO_

  • 3 may 2011 17:59
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
TESEKURLER COX GOZELDIR

--------------------

nilayka

  • 3 may 2011 09:49
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
twk xeber ucun

--------------------

Inciciceyi

  • 3 may 2011 08:35
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twkkkkkkkkkkkkkkkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 3 may 2011 00:59
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

_RONALDO_

  • 2 may 2011 21:51
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
maraqlidir


--------------------

POLAT

  • 2 may 2011 21:51
  • Məqalə: 8
  • Şərh: 251
  • Bal:
{awards}
tewekkur...

--------------------


♥ Her Saniye !
♥ Her Dakika !
♥ Her Saat !
♥ Her Gün !
♥ Her Ay !
......♥ Her Yıl !

BENİMSİN ! ve Bu Hep BöyLe
KaLacak
Zamana İnat oLsada!
Bu AŞK Bitmez !

/(,") ♥ (¨.)
./♥\.♥./█\.
_||_ ♥ _||_

samir_252

  • 2 may 2011 21:50
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
ilk serh menden

ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 63

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 149
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}