Suyun “7 möcüzəsi”

 
Suyun “7 möcüzəsi”

Orqanizmimizin 70 faizini su təşkil edir və bütün sistemlərimiz normal
fəaliyyət göstərmək üçün suya ehtiyac hiss edir.
Su təkcə fizioloji sağlamlığımız üçün yox, psixoloji sağlamlığımız üçün də faydalıdır.
Ən azı ona görə ki, heç bir içki suyun malik olduğu xüsusiyyətlərə malik deyil.

1. Arıqlamaq üçün su için

Arıqlamaq istəyirsiniz? Elə isə çoxlu su için. Çünki su həm maddələr mübadiləsini sürətləndirir, həm də toxluq hissi verir. Artıq bundan sonra arıqlamaq o qədər də çətin deyil. Digər tərəfədən, yeməkdən əvvəl içəcəyiniz 1 stəkan su sizin həddindən artıq yeməyinizin qarşısını alar. Meyvə şirəsi və ya qazlı su əvəzinə içəcəyiniz su isə sizi əlavə 200 kaloridən xilas edər. Həmçinin, nə qədər çox su içsəniz, maddələr mübadiləsi daha çox işləyər. Xüsusilə, soyuq su içdikdə orqanizminiz suyu “qızdırmaq” üçün əlavə kalori sərf edər.

2. Həm enerji mənbəyi, həm də...

Özünüzü yorğun hiss edirsiniz? Elə isə 1 stəkan su özünüzə gəlmək üçün kifayət edər. Digər tərəfdən, yorğunluğunuza səbəb orqanizminizdəki su itkisi ola bilər. İçdiyiniz suyun köməyi ilə qanınız hüceyrələrə daha çox oksigen çatdırar. Əgər kifayət qədər su içsəniz, ürəyiniz də həddindən artıq enerji sərf etməz. Digər tərəfdən, Amerikanın Loma Linda Universitetində 20.000 nəfər üzərində aparılan tədqiqatlar da gündə 5 stəkandan çox su içən adamlarda ürək xəstəliklərinin (infarkt da daxil olmaqla) gündə 2 stəkandan az su içən adamlarla müqayisədə daha az olduğunu göstərir.

3. Stresinizi su ilə azaldın

Beyin toxumalarımızın 85 faizini su təşkil edir. Əgər orqanizmimizdə kifayət qədər
su yoxdursa, həm fizioloji, həm də psixoloji baxımdan özümüzü stres altında hiss edirik.

4. Əzələləri möhkəmləndirən “möcüzə”

Su içmək əzələlərimizdə vaxtaşırı meydana gələn qıcolmaların qarşısını almaqda da çox mühüm rola malikdir. Orqanizmimizdəki əzələlərin sağlamlığını qorumaq üçün də ən yaxşı yol çoxlu su içməkdir. Digər tərəfdən, idmançılar üçün məşqlərdən həm əvvəl, həm də sonra su içmək təkcə qıcolma ehtimalını aradan qaldırmır, həmçinin tez yorulmağın qarşısını alır.

5. Dərimiz üçün ən yaxşı qoruyucu vasitə

Orqanizm susuz qaldıqda dəridəki qırışlar daha aydın nəzərə çarpır. İçdiyiniz su dərinizə nəmləndirici kremlərlə eyni “keyfiyyətə” malik təsir göstərir. Çox su içmək qan dövranını sürətləndirir, dəridəki hüceyrələrin yenilənməsini təmin edir və daha gənc görünmənizə kömək edir.

6. Həzm problemlərini həll etmək üçün...

Lifli qidalarla yanaşı, su da həzm sisteminin fəaliyyətinin nizamlanmasında mühüm rol oynayır. Digər tərəfdən, nə qədər lifli qidadan istifadə edirsinizsə-edin, əgər kifayət qədər su içməsəniz, liflər orqanizm tərəfindən kifayət qədər həzm olunmayacaq. Digər tərəfdən, su orqanizmdəki artıq maddələri “parçalayaraq” ifraz olunmasını asanlaşdırır. Su içmədikdə bağırsaqlarımızın səthi susuz qalır. Belə olduqda, həzm sistemimiz düzgün fəaliyyət göstərmir və nəticədə ağrılar baş verir.

7. Böyrək daşlarından su ilə xilas olun

Böyrəyində daş olanlar bunun nə qədər çətin bir şey olduğunu yaxşı bilirlər. Hər hərəkət edəndə ağrıya səbəb olan böyrək daşını çoxlu su içməklə orqanizminizdən “kənarlaşdıra” bilərsiniz. İçdiyiniz su böyrək daşına səbəb olan duz və mineralları “parçalayaraq” bu problemdən xilas olmağınıza səbəb olar. Beləliklə, böyrək daşından xilas olmaq istəyirsinizsə, çoxlu su için.

FİKİRLƏRİNİZ...


Geri dön

RoMaNTiK SerSeRi

  • 18 fevral 2012 18:46
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

TZ

  • 3 yanvar 2012 22:45
  • Məqalə: 0
  • Şərh: 99
  • Bal:
{awards}
1 DAMLA SUDA- 1000 EDED SES,1000 INSANIN FIKRI OLUR,-1 DAMLA SUDA!!!! eyer dunyada ele1 aparat icad olunsaydi,suyun sayesinde dunyanin 1cox sirrini oyrenmek olarmis!!!!!!

_favorit_arkadas

  • 24 dekabr 2011 20:08
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

::..ONSLAUGHT::..

  • 3 may 2011 16:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Twkler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 3 may 2011 09:08
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqli xeberlere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

music_angel

  • 2 may 2011 21:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
uyda bulari hec bilmirdim e.cox maraqlidi thank youu

--------------------

beyaz melek

  • 2 may 2011 19:55
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
orqanizmin yarisini su teskil edir.Butun huceyreler sudan teskil olunub.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

samir_252

  • 2 may 2011 19:51
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
1. Arıqlamaq üçün su için
2. Həm enerji mənbəyi, həm də...
3. Stresinizi su ilə azaldın
4. Əzələləri möhkəmləndirən “möcüzə”
5. Dərimiz üçün ən yaxşı qoruyucu vasitə
6. Həzm problemlərini həll etmək üçün...
7. Böyrək daşlarından su ilə xilas olun

dogurdan da su boyuk mocuzedir)

beyaz melek

  • 2 may 2011 19:51
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
beli su heyatdir.Allahin gozel neymetlerinden biridir

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

YazYamuru

  • 2 may 2011 19:43
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏƏƏƏƏƏ SAĞOOLUN MƏLUMAT ÜÇÜN wink

--------------------



nilayka

  • 2 may 2011 19:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli idi twkler

--------------------

_RONALDO_

  • 2 may 2011 19:17
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
FIKIRLERINIZI GOZLEYIREM

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}