Biz nə qədər dindarıq?

 
Biz nə qədər dindarıq?


Dinsizin öhdəsindən imansız gələrmi?
Alimlər dinin nə olduğunu, mövcudluğunun səbəb və şərtlərini araşdırmağa çalışırlar. Böyük Britaniyanın "The Economist" jurnalı beynəlxalq alimlər qrupunun apardığı araşdırma, tədqiqat və sınaqların nəticələrinin yer aldığı geniş məqalə dərc edib. Məqalədə bildirilir ki, alimlər dinlər və inancların məğzini anlamağa can atıblar.

ABŞ, Britaniya və Fransa alimlərinin fikrincə, din hər yerdə yayılsa da, universal deyil. Din istənilən cəmiyyətdə mövcud olduğundan, hətta bu cəmiyyətin bütün mənsubları dindar və ya mömin olmasalar belə, din zəifləmir. Başlıca səbəblərdən biri də odur ki, dindarlar dini təbiətdəki fundamental düzənin real əksi, bütün təzahürlərin və hadisələrin yeganə doğru izahı olduğunu deyirlər.

Din nədir, necə yaranıb və niyə inanırıq?

Bəs yaxşı, belədirsə, onda din dünyanın müxtəlif yerlərində niyə fərqli formalar alır? Niyə müxtəlif xalqlar, hətta qəbilələr və tayfalarda fərqli inanclar var?

İslam, xristianlıq və iudaizmdən tutmuş Papua-Yeni Qvineyadakı karqo inancına qədər müxtəlif dinlərlə inancların mənsubları Yaradana, Xaliqə inanırlar.

"Dini izah edərkən" ("Explaning Religion") adlı üçillik, beynəlxalq layihə əsnasında alimlər dinlərin özünü öyrənməklə yanaşı, din və inancların, etiqadların insanın davranışına, mənəvi məsələlərə təsirini aşkarlamağa çalışıblar. Amerikalı, fransız, kanadalı, alman və britaniyalı alimlərin dediklərinə görə, istisnasız olaraq bütün dinlər insan yaşamını, onun mənəviyyatını və inamlarını tənzimləyir.

2010-cu ilin sonunda başa çatmış araşdırmanın nəticələri hesabat şəklinə salınacaq və tam hesabat da bu yaxınlarda dərc ediləcək.

Biz niyə inanırıq?

Tədqiqatçıların tam əksəriyyətinin fikrincə, araşdırmalar zamanı əldə edilmiş faktlar və dəlillər hələ bitkin, yekun fikir yürütməyə imkan vermir. Əslində hər şey ilkin mərhələdə olduğundan, istisnasız olaraq bütün elmlərin başlandığı "faktların akkumulyasiyası" dövrü yaşanır. Fəqət, bəzi maraqlı qanunauyğunluqlar indidən aşkardır.

Belə ki, insanın əməllərinə görə mükafat və ya cəza alması, günah və haram, cinayət və cəha, Tanrının lütf və qəzəbi, ən nəhayət dini ibadətlərlə ayinlərin mahiyyəti bütün dinlərdə çox ciddi, önəmli məsələlərdir.

Almaniyanın Münster Universitetinin tədqiqat qrupu hesab edir ki, dinlərin yaranmasının səbəbi şüurlu insanın (homo sapiens) əməkdaşlıq və qarşılıqlı yardımlar əsasında inkişafını şərtləndirən vəziyyətin, yaşam şərtlərin təzahürünü, formalaşmasını müəyyənləşdirib.

Məhz bu səbəbdən də haram və pis əməllərin Tanrının qəzəbinə gələrək cəzalandırılacağı, xeyir əməllərin isə Yaradanın inayəti ilə mükafatlandırılacağı barədə anlayışlar bütün səmavi dinlərdə var.

Yəni tamahkarlar, qəddarlar və fırıldaqçılar mütləq şəkildə əməllərinə görə cəzalarını alasıdır.

Halal nadir, haram nə?

Xristianlıqda rahiblik, İslamda abidliyə gəldikdə isə bunun da səbəbi var.

Səmavi dinlərdəki bu anlam Tanrıya sitayişin təkamülü ilə bağlıdır.

Fəqət, hər kəsin əməlinə görə qiymətləndiriləcəyi və Tanrının da insanları cənnətlə cəhənnəmə yollarkən məhz əməllər baxımından seçim edəcəyi haqqında anlayışlar gerçəkdənmi insanların instinktiv, təhtəlşüar səviyyəsindəki gözləntilərinə əsaslanan deyimlərdir?

Bu suallara cavab tapmaq üçün Fransanın Marsel Universitetinin professoru Nikolya Bomar insanların mənəvi məzmunlu rəvayət və hekayətlərə reaksiyalarını kompüter vasitəsilə yoxlamaq qərarına gəlib.

Sınağa cəlb edilmiş könüllülərə dilənçinin sədəqə istəməsi, amma yoldan keçən adamın pul verməməsindən bəhs edən hekayə oxumaq təklif edilib.

Di gəl, hekayə bir neçə versiyada olub. Bir versiyada yoldan keçən adam dilənçini təhqir edib, söyüb və döyüb. Digər versiyada isə yoldan keçən adamın cibində pul olmayıb və o, dilənçiyə sədəqə verə bilmədiyi üçün vicdan əzabı çəkib.

Bütün versiyaların sonluğunda yolda keçən adamın başına pis işlər gəlir. O, ya ayaqqabısının bağını tapdalayaraq yıxılır və əl-ayağını sındırır, ya dilənçi ona badalaq vurur, ya da yoldan keçən maşının altına düşür.

Hekayənin müxtəlif variantlarını oxuyandan sonra sınaqğa qatılmış könüllülərə bir sual verilib: "Yoldan keçən adamın düçar olduğu bədlilklər onun dilənçiyə sədəqə verməməsinin nəticəsi sayıla bilərmi?!"

Sınağa qatılmış şəxslərin tam əksəriyyəti bildirib ki, yoldan keçən adamın başına gəlmiş pis hadisələrin səbəbi badalaq, ayaqqabının bağı və ya maşının sürətlə hərəkət etməsi olub.
Bomar hər cavabın verilməsinə sərf edilən vaxtı ölçüb. Məlum olub ki, yoldan keçən adam pis davrananda və sonra da bu hadisə ilə bağlı olmayan insident baş verəndə sınağa qatılmış insanlar cavab verərəkən daha çox fikirləşiblər. Və əksinə: yoldan keçən rəhmli insan olanda, yaxud da dilənçi ona badalaq vuranda cavablara sərf edilən vaxt az olub.

Bomar bildirir ki, cavablardakı vaxt vərqi sınağa qatılmış insanların yoldan keçən insanın hərəkətləri və onun sonrakı taleyi arasındakı əlaqələri düşünmələri ilə bağlıdır. Başqa sözlə desək, onlar hesab ediblər ki, yoldan keçən adamın başına gələnlər Tanrının müdaxiləsinin nəticəsidir.

Təbii ki, belə interpretasiya ciddi araşdırma və təhlil tələb edir.

Fəqət, belə nəticələr səmavi dinlərdə, xüsusilə də İslamda "Yaradan bizi görür" anlayışına tam cavab verir.

Tanrı hər şeyi görür

Bu anlamı Nikolya Bomar London və Sidney universitetlərinin professorları Rayan Makkeylə Pyerrik Burra ilə birlikdə araşdırmağa çalışıb. Alimlər Tanrının (Yaradanın, Allahın) onları sürəkli olaraq, dünyaya gəldikləri andan ölənədək səmadan müşahidə etməsinə insanların inam səviyyəsini müəyyənləşdirmək istəyiblər.

Sınaq keçirilib və alimlər sınağa qatılmış könüllülərə iki əməli dəyərləndirməyi təklif ediblər. Həmin əməllər işə düzəlmə zamanı rezyumedə yanlış məlumatın yazılması və yolda kiminsə itirdiyi pul kisəsindəki pulun mənimsənilməsi olub.

Suallar kağızda çap olunub və vərəqlərdən yarısında göz şəkli, yarısında da çiçək rəsmləri vardı.
Məlum olub ki, respondentlərin yarısı rezyumedə yalan məlumatın yazılmasını küçədə tapılmış pul kisəsindəki pulun mənimsənimləsindən daha pis əməl hesab edib.

Di gəl, bu da heç nəyi sübut etmir. Üstəlik, insanlar əməllərini hamının yanında edəndən sonra daha çox vicdan əzabı çəkirlər və mömin dindarlardan savayı, Allahı yada salan azdır. Nə də olsa, alimlər sınağın nəticələrini hətta ən qatı ateistlər və "Allah yoxdur!" deyənlərin belə, onları səmadan izləyən Ali Qüvvənin varlığına inanmalarına dəlalət edən məqamlar hesab edirlər.

Daha sonra beynəlxalq "World Values Survey" şirkətinin dünyanın 87 ölkəsində keçirdiyi sosioloji sorğunun nəticələri təhlil edilib. Sosioloqlar sorğuya qatılmış insanlara küçəyə zibil atmaqdan tutmuş, ailə xəyanətinə qədər ən müxtəlif pis əməllərə dinin necə qiymət verdiyini soruşublar.

Sonucda məlum olub ki, İslam və xristianlıq mənsubları arasında belə əməlləri günah sayanların sayı inanclar sistemində günah-halal sisteminin olmadığı dinlərin (buddizm və s.) ardıcılları ilə müqayisədə daha çoxdur.

Yaddaşımızdakı pislikləri necə təmizləyək?

Alimlər dinin birləşdirici funksiyasını, insanları qarşılıqlı əməkdaşlıq, yardım və işbirliyinə sövq edən ayinlərlə adətləri də araşdırıblar. Britaniyanın Oksford Universitetinin professoru Harvi Uaythaus belə ayinlərlə adətləri iki yerə bölərək insan beyninin uzunmüddətli yadaşının iki növü ilə müyqayisə edib.

İnsan beynindəki semantik yaddan fərdi təcrübə olmadan şüurlu şəkildə qavranan informasiyanı saxlayır. Digər, epizodik yaddaş isə insanın fərdi təcrübəsindəki hadisələrlə bağlı xatirələri qoruyur.

Alimlər hesab edirlər ki, dini doktrinaların tam əksəriyyətində emosional ayinlər çoxdur və həmin ayinlər insan beynindəki semantik yaddaşa xitab edir. İslamdakı cümə namazlarının bilavasitə semantik yaddaşı oyatmaq, təhtəlşüurdakı pis xatiratları unutdurmaq və insanı halal yola, xeyirli işlərə dəvət etməkdir.

İkinci məqam isə obrazlı, "imajinist" ünsürdür ki, bu da insan beynindəki epizodik yaddaşda qorunub saxlanılan təsirli, emosional xatiratlarla bağlıdır. Bu xatirələr sevincli və ya qəmli ola bilər. "Zədə"lər eyforiyanın və sevincin ən yüksək anları ilə müqayisədə daha parlaq şəkildə yadda qaldığından, İslam dinində ilk məqama daha çox üstünlük verilir.

Bunu yoxlamaq üçün Uaythaus həmkarları ilə birlikdə "Human Relations Area Files" etnoqrafik toplusunun materialları əsasında 74 xalqdakı 645 ayini araşdırıblar. Daha doğrusu, onlar hər ayinin tezliyini və onun emosional həddini ölçüblər.

Bəlli olub ki, ayin və ibadətlər möminlərin çox olduğu məkanlarda daha ciddi emosional təsirə malikdir.

"Explaining Religion" araşdırması hələ başa çatmayıb. Tədqiqatlara bundan sonra antropoloqlar, arxeoloqlar, təkamül spixologiyası və tarix sahələrində mütəxəssislər də qatılacaqlar. Ümumiyyətlə isə, alimlər bəşər tarixinin 5 min illik kəsimini tədqiq edəcəklər.

Hələlik yekun nəticə belədir: insan pisliyə qurban getməmək, insanlığını qorumaq və sabaha azacıq da olsa, inamını hifz etmək istəyirsə - inanmalıdır.

İnana isə Yaradan da inanır.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 15 may 2011 11:10
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Halal nadir, haram nə?

Halal nadir, haram nə?

--------------------

Tarik

  • 6 may 2011 11:33
  • Məqalə: 4
  • Şərh: 157
  • Bal:
{awards}
Cici-Kiz,

Sizinlə təmamilə razıyam

YazYamuru

  • 5 may 2011 03:38
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
cox sag ol Allah razi olsun~~~~~~

--------------------



Inciciceyi

  • 4 may 2011 09:48
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Cici-Kiz

  • 3 may 2011 19:48
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Tarik

Dini bir kitab oxumuşdum. Orada yazılıb ki, ekzotik meyvələr (kivi, apelsin, bana və s.) yemək haramdır. Çəngəl, qaşıq, bıçaqdan istifadə etmək olmaz və dində haram buyrulub. Ana, vətən, təbiət və bu kimi sıradan olan mahnılardan başqa heç bir mahnıya qulaq asmaq olmaz. Haramdır. İnsan sevgiyə aid - romantik mahnılara qulaq asanda hisslərə qapılır və ALLAHdan uzaqlaşır. Budur din?


Sizin yazdiqlarinizda qismen de olsa heqiqet var. Duzdu cox ozunu dindar sayan insanlar var ki, dinin buyurduqlarini ozlerine serf eden sekilde tehrif ederek bir cox insanlarin, dine gelmek isteyenlerin və yaxud dine subhe ile yanasanlarin fikirlerini qarişdirirlar. Amma eslinde din Allahin movcudlugundan, bizi yaradanin O oldugundan, duzlukden, heqiqetden, safliqdan, halalliqdan basqa bir sey deyildir. Din insanlari mənən paklaşdiran amildir. Əsas olan odur ki, daxilen insan ozunu terbiyye ede haramdan, yalandan, hiyleden, paxilliqdan uzaq ola bax o zaman Allaha yaxin bir insan olar. Din insanda esl insani keyfiyyetler aşilamaq ucundur. Allah bizi gunahlardan qorusun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

UZEYIRIN GULIASI

  • 3 may 2011 19:43
  • Məqalə: 2
  • Şərh: 320
  • Bal:
{awards}
СПАСИБКИ. ИНТЕРЕСНО...

--------------------
UZEYIRIN GULIASI.

lider

  • 3 may 2011 18:58
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

nilayka

  • 3 may 2011 18:21
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol Allah razi olsun

--------------------

_RONALDO_

  • 3 may 2011 17:29
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Halal nadir, haram nə?
ALLAH razi olsun tesekurler

--------------------

::..ONSLAUGHT::..

  • 3 may 2011 16:01
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Tarik

  • 3 may 2011 15:48
  • Məqalə: 4
  • Şərh: 157
  • Bal:
{awards}
Biz müsəlmanıq... Bu kəliməni əlimizdə bayraq edib bütün dünyaya car cəkirik - biz müsəlmanıq. Əslində biz müsəlman deyilik. Bizim adımız müsəlmandır Özümüz isə hansı dinə qulluq edirik, onu bilmirik. İnsanların əksəriyyəti dinin əsas mahiyyətini dərk etmir. Dinə aid kitab oxuyur və orada özünə lazım bilməyən hər hansı sözləri, cümlələri öz istəyinə uyğunlaşdırıb cəmiyyətə yayır. Və yaxud Qurani Kərim. Nazil olduğu vaxtdan bu günə qədər bəlkə də yüz dəfələrlə dəyişdirilib. Kimə nə cür sərf edirsə, o cür də tərcümə edir. Budur din? Budur islam? Bütün bu neqativ hallar nə vaxta qədər davam edəcək? Nə vaxta qədər insalar aldadılacaq?

Dini bir kitab oxumuşdum. Orada yazılıb ki, ekzotik meyvələr (kivi, apelsin, bana və s.) yemək haramdır. Çəngəl, qaşıq, bıçaqdan istifadə etmək olmaz və dində haram buyrulub. Ana, vətən, təbiət və bu kimi sıradan olan mahnılardan başqa heç bir mahnıya qulaq asmaq olmaz. Haramdır. İnsan sevgiyə aid - romantik mahnılara qulaq asanda hisslərə qapılır və ALLAHdan uzaqlaşır. Budur din?

DEATH

  • 3 may 2011 15:15
  • Məqalə: 1
  • Şərh: 134
  • Bal:
{awards}
Teshekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 56
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}