Hamiləlik va depressiya

 
Hamiləlik va depressiya

İstənilən məkanda hamilə qadınlar diqqəti özlərinə cəlb edirlər. Hamı onların qayğısını çəkir, diqqət göstərir və səbirsizliklə dünyaya gələcək körpənin yolunu gözləyir. Amma... Bir tərəfdən kənardan insanların onlara qaşı hədsiz diqqəti, digər tərəfdən isə həyat yoldaşı ilə sərbəst cinsi həyat yaşaya bilməməyin əsəbi, ərinin ona xəyanət edə biləcəyi qorxusu, körpəni sağlam şəkildə dünyaya gətirməyi düşünməkdən yaranan stress... Bütün bunlar hamilə qadınların psixologiyasında depressiya ilə nəticələnir. Depressiya vəziyyətini adi hala çevirib normal durum kimi qəbul etmək olmaz. Çünki hamilə qadının kefinin pis olması bətnindəki körpəyə də təsir edir və bəzən dünyaya gələn körpənin psixologiyasında problemlərin əmələ gəlməsi ilə nəticələnir. Ana olmağa hazırlaşan qadınlardan hər şeydən əvvəl möhkəm iradə tələb olunur. Ətrafında nə baş verirsə versin, kim nə deyirsə desin, gələcəyin anası bunları ciddi qəbul etməməyi bacarmalıdır. Hamilə qadın bütün baş verənlərə fikir versə də, verməsə də, onsuzda heç nə dəyişməyəcək. Bunun üçün isə ən ideal yol “nə olursa olsun körpəm dünyaya sağlam gəlməlidir” fikrini dönə-dönə xatırlamaqdır. Çünki, hamilə qadınların gülümsəyən çöhrəsi gələcək körpəni də sevindirir.

Ümumiyyətlə, hamiləlik dövründə əsəb hüceyrələri o qədər həssas olur ki, qadın ən xırda məsələlərə də əsəbi reaksiya verir və səbəbsiz yerə depressiyaya düşür. Depressiya vəziyyətində isə insan hər şeydən əvvəl əzabverici gərginlik və qəm-qüssə içində olur. Özünü qiymətləndirmə hissi azalır və hamilə qadının davranışında zəiflik müşahidə olunur. Qadın tez-tez yorulur və heç nəyə maraq göstərmir.

Hamilə qadınlarda depressiyanın yaranmasının səbəbləri müxtəlif olur. Hamiləlik zamanı doğuşla bağlı təşviş qadını depressiyaya salır. Ona elə gəlir ki, gələcək körpəsinə lazimi diqqət göstərə bilməyəcək. Xüsusən də körpəni itirmək qorxusu hamilə qadınlarda çox kəskin depressiya yaradır. Ailəsində gərginlik yaşayan, təzyiqlərə məruz qalan hamilə qadınlar belə vəziyyətə daha tez düşürlər. Bəzən doğuşdan sonra qadınlar cinsi əlaqədə olarkən deprssiyaya düşürlər. Çünki əgər doğuşa qədər qadın ehtiras orqazmı hiss edirdisə, doğuşdan sonra bu hisslər elə də yaşanmır, bir az da ağrıları buna imkan vermir. İnsanlar arasında belə bir fikir var ki, qadınlarda doğuşdan sonra ehtiras daha da çoxalır, amma təəsüflər olsun ki, bu fikir təmamilə yanlışdır.

Doğuşdan sonra qadınla cinsi əlaqədə olan kişinin keçirdiyi hisslər də dəyişir. Doğuşdan öncə qadının uşaqlıq yolu dar olduğundan münasibətlər zamanı fərqli zövq və ehtiras yarada bilər, doğuşdan sonra isə tamam başqa. Odur ki, kişilər doğuşdan sonra uşaqlıq yolunun genişlənməsini anlayışla qarşılamalıdırlar. Uşaqlıq yolunu əvvəlki vəziyyətə qaytarmaq üçün isə qadınlar gimnastika və xüsisi idman hərəkətləri ilə məşğul olmalıdırlar.
Qeysər kəsiyi vasitəsilə doğuş zamanı uşaqlıq yolunda anatomik dəyişikliklər baş vermir. Uşaqlıq, uşaqlıq yolunun divarları doğmamış qadınlarda olduğu kimi qalır. Amma yenə də əməliyyatdan sonra 4-6 həftə gözləmək lazım olur. Bir şeyi də nəzərə çatdıraq ki, qeysər kəsiyinin tikişi uşaqlıq yolu partlayan zaman qoyulan tikişdən daha tez sağalır.


Sonda yenə ona qayıdaq ki, hamilə qadınlar həm intim həyatın həzz və rahatlığından məhrum olduqlarına görə, həm də həyat yoldaşının ona xəyanət edəcəyinin qorxusunu yaşadıqları üçün depressiyaya düşürlər. Psixoloqların qadınlara tövsiyəsi budur ki, depressiyadan çıxmağın ən yaxşı yolu iradə nümayiş etdirməkdir, əsasən, bu yolla mənfi əhval-ruhiyyə və ruhsal sıxıntılara son qoymaq olar. Ən çox inandığınız insana ürəyinizi açın. Psixoloqa müraciət etməkdən çəkinməyin. Müntəzəm olaraq təmiz hava qəbul edin.

Cəmiyyətdən təcrid olunma da depressiyaya açıq qapıdır. Dörd divar, eyni əşyalar, bütün günü evdə tək olmaq tənha qalan hamilə qadını bezdirir. Ünsiyyətdə olmaq istəyini boğmayın. Belə vəziyyətdə yaxınların köməyinə arxalanmaq pis olmaz. Psixoloji terapeya insanları ruhən müalicə edir. Soyuqdəyməni dərmanla müalicə etmək olar, amma depressiya üçün konkret tibbi resept yoxdur. Ona görə də sizə rahat olanı tapmağa səy göstərin. Həyatdan zövq almağa çalışın. Fərqi yoxdur necə, amma çalışın, bətninizdəki körpənin könlü şad olsun. Axı körpə sizin yaşadıqlarınızın daşıyıcısıdır.
Deyirlər, körpə hamının arasında anasını tanıyır, onun nəfəsini axtarır. Psixoloqlar sübut ediblər ki, 7 günlük körpə ananı ürəyinin döyüntüsü ilə tanıyır. Məhz elə buna görə də ana depressiyadan uzaq gəzib, gələcək körpəsinə xoş anlar bəxş etməyə çalışmalıdır


Geri dön

_RONALDO_

  • 4 may 2011 17:19
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Tşk xəbər üçün

--------------------

Inciciceyi

  • 4 may 2011 09:09
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 3 may 2011 22:02
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
buyrun ancaq THIS IS BOMB yazmasin yazsa pis olacaq

--------------------

nilayka

  • 3 may 2011 21:29
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk

--------------------

_RONALDO_

  • 3 may 2011 20:32
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SERH MENDEN samir_252, TWK QAQAM

--------------------

samir_252

  • 3 may 2011 20:27
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
buyrun ancaq THIS IS BOMB yazmasin yazsa pis olacaq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}