Bu Gün İlk Spam-ın Göndərildiyi Gündür

 
Bu Gün İlk Spam-ın Göndərildiyi Gündür

İlk spam-məktub 1978-ci ilin 3 mayında DEC şirkəti tərəfindən 400 nəfərə göndərilmişdi.

Beləliklə, 33 il bundan öncə, ilk rəsmi qeydiyyatdan keçmiş arzuolunmaz reklam məktubu kütləvi olaraq göndərildi.

Amma yalnız 1990-ci illərdə, internetin kütləvi yayılmağa başladığı bir dönəmdə dünya spamın əsl ”təbii fəlakət” olduğunu anlamağa başladı. “Elektron tullantı”ya bu adı 1993-cü ildə “Usenet”-in sistem administratoru Coel Fer vermişdi.

DEC Şirkətinin Spam Göndərməkdə Başlıca Məqsədi

1978-ci ilin 3 mayında ilk spam məktubu 400 nəfərə göndərən DEC şirkəti indi artıq mövcud deyil. Qeyd edək ki, bu firma elektron texnika istehsalı üzrə ixtisaslaşmışdı. O zaman spam reklam göndərməklə şirkət bazarda öz mini-kompüterlərini təbliğ etmək istəyirdi. Reklam müasir internetin o zamankı sələfi olan Arpanet şəbəkəsi vasitəsilə göndərilmişdi.

SPAM Donuz Ətindən Hazırlanmış Konserv Markasıdır?

“SPAM” (SPiced hAM) adı ədviyyatlı donuz farşından hazırlanmış ət konservləri markasıdır. İkinci dünya müharibəsindən sonra, Britaniya adalarında kart sistemi mövcud olduğu bir dönəmdə, spam azad satışda olan azsaylı məhsullardan biri idi.

1970-ci ildə Britaniya teleekranlarında nümayiş olunan bir komediyada bütün yeməklərin spamdan hazırlandığı bir kafe çəkilmişdi. Bu məkanda müştəriləri az qala zorla spam yeməklərdən dadmağa məcbur edirdilər. Beləliklə də, o zamandan bu konservlər zəhlətökən reklam rəmzinə çevrildilər.


Geri dön

Inciciceyi

  • 5 may 2011 10:33
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkur edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 4 may 2011 19:44
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk

--------------------

_RONALDO_

  • 4 may 2011 17:05
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekur xeber icin

--------------------

moda_baz

  • 4 may 2011 13:53
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
tewekur xeber icin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}