Varlı ilə Kasıb

 
Varlı ilə Kasıb

Vaxtilə çox varlı bir adam vardı. O qədər varlı idi ki, malının və pulunun hesabını bilməzdi. Yenə də son dərəcə xəsis idi.

Günlərin bir günü qapısına bir kasıb gəldi kömək üçün.
- Allah xətrinə qarınımı doyurun,-deyə yalvardı. Mərhəmətsiz varlı:
- Rədd ol qapımdan. İşləyib qazanmaq əvəzinə dilənirsən, utanmırsanmı? Rədd ol dedim...
Kasıb boynunu bükdü.
- Nə qəribədir. Mən kasıb olduğum üçün üzümü buruşdururam, sən varlı olduğun halda gülməyi, gözəl söz söyləməyi unutmusan.
- Rədd ol dedim, rədd ol..
- Qürurlanma, nə kasıblıq, nə zənginlik əbədidir.. Bir gün bütün malını itirib kasıb ola biləcəyini heç düşündünmü?

Mərhəmətsiz varlı tamamilə əsəbiləşdi. Xidmətçisinə qışqırdı:
- Rədd et bunu başımdan! Xidmətçi əzilə-əzilə kasıbı qovdu. Bir neçə il keçdi...

Mərhəmətsiz xəsis varlının işləri pozuldu. Hər şey tərs getməyə başladı. Sanki qızılı tutsa kömür olurdu. Bütün pulu qısa müddət içində ərimiş, əlində ovucunda heç bir şey qalmamışdı.

Və bir gün xidmətçisi qarşısında dayandı:
- Mənə icazə ver,-dedi. Pulumu verə bilmədiyin üçün yanında işləyə bilmərəm. Özümə başqa bir ev axtarıram.

Köhnə varlı qışqıra-qışqıra xidmətçini qovdu. Xidmətçi getdi, mərhəmətli bir varlının yanında iş tapdı. Yeni müdiri çox yaxşı ürəkli idi. Qapısına gələn hər kasıbın qarnını doyurar, paltar verər, cibinə də bir miqdar cibxərcliyi qoyub duasını alar, elə göndərərdi.

Bir gün yenə qapısına bir kasıb gəldi. Adam pərişan halda idi. Günlərcə yemək yemədiyi ilk baxışda məlum olurdu. Qapıdan əlini uzatdı:
- Allahın razılığı üçün bir dilim çörək verin.
Yaxşı ürəkli, mərhəmətli və comərd varlı xidmətçisini çağırdı. Qapıdakı dilənçini göstərib:
- Yemək ver,-deyə əmr etdi, kürəyinə paltar geydir, cibinə cibxərcliyi qoy...

Xidmətçi qapıdakı dilənçiyə yemək apardı. Amma üzünü görəndə heyrət içində qaldı. Varlıya tərəf qaçdı təngnəfəs:
- Bəy,-deyə danışdı, qapıdakı dilənçi kimdir, bilirsinizmi?..
- Kimdir?..
- Mənim köhnə müdürüm! Yanından ayrıldığım xəsis varlı!..

Mərhəmətli varlı gülümsədi.
- Bəs məni tanıdınmı?-deyə soruşdu. Sən onun yanında işləyərkən qapısına gəlmişdim. Məni qovmağını söyləmişdi. İşlə və qazan, dilənməyə utanmırsanmı? demişdi. Allahın hikmətinə bax ki, o kasıblaşdı mən varlı oldum. Kimsə sərvətinə güvənməməlidir, kimsə də kasıblığından utanmamalıdır. Allah hər kəsin Rəbbidir, bol xəzinəsindən istədiyinə verər. Qul özünə verilən sərvəti Allah yolunda xərcləməlidir..


Geri dön

NERMINE_

  • 30 iyul 2011 15:16
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
cox sag ol coxxx maraqlidi

Inciciceyi

  • 5 may 2011 10:21
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkk cox menali ve maraqli hekayedi
Cox tesufler olsunki bu heyatda belelri coxdu

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 4 may 2011 19:52
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: Grace_Angel
Tewekkur edirem... cox maraqli ve hikmetli hekayedir...minnetdaram...ALLAH RAZI OLSUN!!! ALLAH ozu HER kesin Komeyi olsun..INSALLAH...AMIN!!!


--------------------

Grace_Angel

  • 4 may 2011 17:17
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem... cox maraqli ve hikmetli hekayedir...minnetdaram...ALLAH RAZI OLSUN!!! ALLAH ozu HER kesin Komeyi olsun..INSALLAH...AMIN!!!

--------------------

_RONALDO_

  • 4 may 2011 16:57
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
COX QESENG HEKAYE IDI. ALLAH HER SEYI EDE BILER KASIBI VARLI VARLINI KASIB TEKCE BUNU YOX ALLAH HER SEYE QADIRDIR. TWK.

--------------------

elmacik

  • 4 may 2011 15:23
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
COX QESENG HEKAYE IDI. ALLAH HER SEYI EDE BILER KASIBI VARLI VARLINI KASIB TEKCE BUNU YOX ALLAH HER SEYE QADIRDIR. TWK. wassat

--------------------
kizlarin yureyi mezar gibidir bir giren bir daha cikamaz erkeklerin yureyi market gibidirne giren belli ne cikan.........

★Adriana★

  • 4 may 2011 14:44
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 63

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}