Milli geyimlərimiz və ya bir az da qədimdən formalaşan dəb barədə

 
Milli geyimlərimiz və ya bir az da qədimdən formalaşan dəb barədə


Milli geyimlərimiz hansı geyimlərdir? Onlar nə zamandan formalaşmağa başladı?


- Milli geyimlər hər bir xalqın tarixidir. Geyimlərin öyrənilməsi həmin xalqın
tarixini, mədəniyyətini, iqtisadi həyatını, təsərrüfat istiqamətlərini müəyyənləşdirməkdə əhəmiyyətli mənbə hesab olunur. Mütəxəssislər geyim mədəniyyətinin başlanğıcının e.ə 40-25-ci minilliklərə gedib çıxdığını söyləyirlər. Təbii ki, sosial-iqtisadi həyatın dəyişməsi geyimlərin də dəyişməsinə və yeni-yeni növlərinin yaranmasına səbəb olurdu.
Xalqımızın geyim mədəniyyəti tarixinə gəlincə isə, Azərbaycan ərazisində məskunlaşan ilk insanların geyimləri dəri, süni liflər, yarpaq və s. olmaqla, bürüncək, sarıq, örtmə, geymə kimi geyim formalarında özünü göstərirdi. “Neolit inqilabı”nın kəşflərindən olan toxuculuğun meydana gəlməsi insanların geyimlərində toxunma elementlərinin artmasına gətirib çıxartdı. Hələ e.ə. IX əsrdə Assuriya hökmdarı Aşşurnasirpalın Mannadan yun və əlvan yun parçadan tikilmiş paltarlar aldığı məlumdur. Ölkəmizdə geyim ehtiyaclarının dənilməsi üçün qədim zamanlardan qoyun və quzu yunundan, keçi qəzilindən, hətta dəvə yunundan da istifadə edilirdi. Geyim tariximizi araşdıranlar göstərirlər ki, eradan əvvəlki minilliklərdən eramızın əvvəllərinə qədər geyim forması dəyişilməmiş, yalnız toxuculuq alətləri bir qədər təkmilləşdirilmişdir.

Azərbaycanlılar ayrı-ayrı dövrlərdə necə və nə geyinirdilər?

- E.ə I minillikdə Azərbaycan əhalisi yun və kətandan toxunma köynək və şalvar, dəri bürüncəklər və ayaqqabılar geyib, keçə və yun papaqlar taxırmışlar.
Orta əsrlərdə xalq geyimlərimiz intevsiv şəkildə dəyişirdi. Artıq geyimlər təkcə yun və dəridən deyil, həm də kətan və pambıqdan hazırlanırdı. Erkən orta əsrlərdə azərbaycanlıların necə və nə geyindiyini öyrənmək üçün ən yaxşı mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu dastanda kişi və qadın geyimlərindən kömlək (köynək), şalvar, cübbə, çuxa, kaftan (üst geyim növü), qursaq, kürk, yapıncının, baş geyimlərindən xanların tacı, bəylərin baş sarığı, börk, niqab, duvaq, yaşmağın, ayaqqabılardan isə başmaq, ədik (uzunboğaz kişi çəkməsi), sərmuzənin (qadın ayaqqabısı) və digər geyim növlərinin adına rast gəlinir.

Hansı parça növləri var idi?

- Azərbaycanda ipək parça ən geniş yayılan parça idi və onun atlas, pərniyan, qumaş, diba, zərbaf kimi növləri də həm qadınların, həm də kişilərin geyimlərində üstünlük təşkil edirdi. Ölkənin ayrı-ayrı şəhərlərində yüksək keyfiyyətli parçalar hazırlanır, xarici ölkələrə də göndərilirdi. Xalq arasında həm xaricdən gətirilən, həm də yerli istehsal parçaları “məni aldatdı”, “alışdım-yandım”, “gecə-gündüz”, “küçə mənə dar gəlir”, sürüşdüm-düşdüm” və s. adlarla məşhur olmuşdur. Messenant H.Z.Tağıyev 1901-ci ildə Bakıda pambıq parçası istehsal edən fabrik açmaqla milli parçaların inkişafına təkan verir. Xalq arasında bu fabrikin istehsal etdiyi məhsullar “Tağıyev ağı” kimi tanınırdı. İmkanlı şəxslər arasında barnus, naşura, darayı, tafta, tirmə, mov, xara, atlas və s. kimi parçalar uzun müddət istifadə üstünlüklərini qoruyub saxlaya bilmişdilər.

Milli geyimlərimizə dövrün hadisələri necə təsir edirdi?

- Baş verən tarixi hadisələrin təsiri hər sahədə, eləcə də geyimlərdə öz əksini tapırdı. Məsələn, XIV-XV əsrləri Azərbaycanın milli geyimləri üçün ciddi dəyişikliklər dövrü adlandırmaq olar. Geyimlər gündəlik və mərasim geyimlərinə bölünmüş və hər bir geyimin özünə uyğun rəngi, tikilişi, bəzəyi və digər elementləri dəqiqləşmişdir. Səfəvilər dövündə isə kişilər üçün köynək, şalvarla yanaşı, çuxa, arxalıq, kürk, qursaq, qəba, cübbə, başmaq və s. həm gündəlik, həm də bayram-mərasim geyim növləri məlum olmuşdur. Bu dövrün qadınlarına məxsus geyimlərindən biri olduqca maraqlıdır. “Tiyar”adlanan bu baş geyimi qadının ərdə olduğunu bildirirdi. Subay olduğunu oğlanların diqqətinə çatdırmaq istəyən qızlar isə muncuqlarla, daş-qaşlarla bəzədilmiş lentvari parçaları saçlarına bağlayırdılar.
Xanlıqlar dövründə - XVIII əsrdə Avropa geyim elementləri milli geyimlərimizə nüfuz edirdi. Səriştəli parça ustaları – şalbaflar, bəzzazlar, culfalar, qələmkarlar, basma-naxışçılar, şərbaflar geyim fondumuzu yeni parça materialları və geyim növləri ilə zənginləşdirirdilər.
XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra geyim tariximizi həmin dövrün mənbələrindən izləyirik. Belə ki, bu əsrdə ipək parça toxuculuğu – şərbaflıq geniş yayıldı.

Bir qədər də bəzək əşyalarının tarixindən danışardıq...

- Kişi və qadın geyim kompleksini tamamlayan bəzək əşyaları da qədim tarixə malikdir. İbtidai insanların daş, sümük, insan və ya heyvan dişi, balıqqulağı və s. kimi sadə bəzək əşyaları əslində gözəllik məqsədi ilə deyil, fövqəladi qüvvələrdən qorunmaq üçün istifadə edilirdi. İctimai inkişafın sonrakı mərhələlərində bu əşyalar bəzək məqsədi ilə taxılmağa başladı.
Arxeoloji qazıntılar nəticəsində Ziviyə adlanan ərazidən tapılan və e.ə. VIII-VII əsrlərə aid edilən qızıl bilərzik, təsvirli qızıl kəmər, qızıl sinəbənd və s. bu dövrdə Azərbaycanda bəzək əşyalarından istifadəni bir daha təsdiqləyir. Geyimlərə xüsusi yaraşıq verən bəzək əşyaları XVIII-XIX əsrlərdə istehsal və satışının yüksək mərhələsinə qədəm qoydu. Naxçıvan, Ordubad, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Şuşa kimi qədim şəhərlər zərgərlik mərkəzləri hesab edilirdi.

Bəzək əşyaları qadınların sosial vəziyyətini nə dərəcədə əks etdirirdi?


- Qeyd etdiyimiz kimi, Azərbaycan qadınını bəzək-zinət əşyalarsız təsəvvür etmək olmazdı. Elə odur ki, qadınlar üçün belə əşyalar çox dəyərli daşlardan – mirvari, yaqut, əqiq, almaz, zümrüd, firuzə, brilyantdan düzəldilirdi və xanımlarımızın gözəlliyinə əlavə gözəllik bəxş edirdi. Təbii ki, belə bahalı əşyalar varlı qadınlara məxsus olurdu. Kasıb qadınlar ucuz daşlardan, adi şüşədən, misdən, tuncdan, meyvə çəyirdəklərindən bəzək-zinət əşyaları hazırlayırdılar, ya da hər hansı mərasim üçün varlı qadınlardan “birovuz” götürürdülər.

Bəs kişilərin geyimində sosial fərq özünü nədə göstərirdi?


-Varlı kişilərin, yəni bəyzadələrin, əsilzadələrin köynəyi, şalvarı, çuxalarının arxalıqları ipəkdən idisə, maddi vəziyyəti zəif olan kişilər isə, əsasən, yun parçalardan tikilən geyimlər geyirdilər. Ümumiyyətlə, hər bir dövrün geyim tərzini varlılar formalaşdırırdılar, çünki kasıblar “nə geyinim?” dediyi halda, varlılar “necə geyinim?” suallarına cavab tapmağa çalışırdılar.

Qulaq bəzəklərinin Azərbaycan qadını üçün xüsusi əhəmiyyəti vardı...

- Zaman–zaman Azərbaycanda qulaq bəzəkləri “altun küpə”, “tana”, “güşvarə”, “sırğa” və b. adlarla məlum olmuşdur. Sırğaların da bir neçə növü var idi: “darağı”, “səbəti”, “gilası”,”lolu”,”kufə”,”minarə”, “heydəri”, “aypara”, “yarpaq”, “gül”, “qozalı” və s. Sırğa növləri qulağın aşağı hissəsinə - qulaq pipiyinə bağlanırdı. Bunu üçün, bir qayda olaraq, kiçik yaşlarından qızların qulaq pipiyini küllə ovub keyidir, sonra saplı iynənin arxa tərəfi ilə onu deşir, oradan keçirilən sapa 1-2 ədəd muncuq taxırdılar. Deşilmiş yer bitişməsin deyə, sapı tez-tez yağlayır və tərpədirdilər. Uzun müddət gəlişini gözlədikləri oğlan uşağının bir qulağına sırğa taxmaq da zamanında dəb olmuşdur.

Bəzək əşyalarından kişilər istifadə edirdilərmi?

-Yenə nəzər salaq “Kitabi-Dədə Qorqud” dastanına. Dastanda qadınlarla yanaşı kişilərin də bəzək əşyalarından istifadə etdikləri göstərilir. Dastanın kişilərinin üzük, qızıl tana, yəni sırğa taxmaqları o dövrün kişilərinin də əksəriyyətinin belə bəzək əşyalarından istifadə etdiyinə bir sübutdur. Alban hökmdarı Cavanşirin təsviri ehtimal edilən atlının başında tac, belində kəmər, qolunda qolbaq, qulağında isə sırğa var idi. “Nəsimi” filmində də kişilərin sırğalardan istfadəsini hər kəs xatırlayır. Amma bir şeyi qeyd etmək lazımdır ki, XIX-XX əsrin əvvəllərində vəziyyət dəyişdi. Belə ki, bu dövrdə kişi geyimləri əsasən bəzəksiz hazırlanırdı. “Bəzənmək qadına yaraşar” kimi əsassız mülahizə kişiləri bəzək məmulatlarından istifadə etməməyə sövq edirdi.

Azərbaycan xanımının daha bir rəmzi örpəklərdir...

-Örpəklər qədim zamanlardan xanımlarımızın yaraşığı olub, deyə bilərik. XIX əsr, XX əsrin əvvəllərində örpəklərdən istifadə geniş yayılmışdır. “Bənarə”, “Yusif-Züleyxa”, “Qaragilə”, “Bağdadı”, “Heratı”, “Zəkiyyə” və s. adlı xeyli örpək növləri olmuşdur. Belə örpəklər hazırda muzeylərdə, bəzi rayon yerlərində hələ də qorunub saxlanılır. Yüksək təbəqəyə mənsub qadınlar ipək örpəklər örtürdülərsə, sadə ailənin qadınları kəlağayı, ucuz parçadan hazırlanan baş örtükləri ilə kifayətlənirdilər.

Milli geyimlərimizin qorunub saxlanması üçün nə edirik?

-Türkiyə, Orta Asiya xalqlarında milli geyimlər qorunub saxlanıldığı halda bizdə əksi oldu. Çünki bizdə belə bir qəribə adət var idi: ölən adamın geyimlərini yandırıb, dərin bir yerdə basdırırdılar. Bu adət geyimlərimizin məhv edilməsində mühüm rol oynadı. Amma son dövrlər milli geyimlərimizə qayıdış hiss olunmaqdadır. Onlardan nişan, xınayaxdı kimi mərasimlərdə istifadə edilir, muzeylərdə qorunur, bəzi ansambıllar bu geyimdə ifa edirlər. Ümid edirik ki, milli geyimlərimiz həmişə qorunacaq və təbliğ ediləcək!


Geri dön

_RONALDO_

  • 5 may 2011 20:03
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkur amma axira qeder oxumadim

--------------------

Inciciceyi

  • 5 may 2011 09:22
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twkler no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 4 may 2011 22:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWK COX TARIXI VE DEYERLI XEBERODOR

--------------------

nilayka

  • 4 may 2011 20:08
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk xeber ucun

--------------------

lider

  • 4 may 2011 19:49
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER. BUNLARI QORUYUB SAXLAMALIYIQ

E_M_O

  • 4 may 2011 19:09
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWK EDIREM

_RONALDO_

  • 4 may 2011 16:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWK COX TARIXI VE DEYERLI XEBERODOR

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}