Kiçik hekayələr

 
Kiçik hekayələr

ANA
“Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...
Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.
– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın Anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.
Nəhayət, bir gün ona zəng vurdum, şam yeməyinə dəvət etdim. Həyəcanla soruşdu:
– Oğlum, halın necədir, səhhətin yerindəmi? – çünki gec edilən zənglərə adət etməmişdi, narahat idi.
– Hər şey yaxşıdır, ay ana – dedim, – səninlə baş-başa qalmaq istəyirəm.
– Elə ikimizmi? – anam soruşdu. Bir qədər sükutdan sonra əlavə etdi: – Mən də bunu çox istəyirəm.
Cümə axşamı işdən sonra yanına getdim. Bir az həyəcanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kəndarında dayanmışdı, məni gözləyirdi. Əyninə qəşəng paltar geyinmişdi. Vəfatından qabaq atamın ona aldığı son paltarı idi, deyəsən. Anam gülümsədi:
– Hamıya dedim ki, bu gün oğlumla gəzməyə çıxacağam. Sevindilər. Qayıtdıqdan sonra onlara danışacağım xəbərlərin intizarındadırlar.
Adi, ancaq dəbdəbəli və sakit yeməkxanaların birinə getdik. Anam qoluma girmişdi. Sanki ölkənin birinci xanımı idi.
Əyləşdik. Menyudakı yeməklərin adlarını oxumağa başladım. Anamın gözləri yaxşı görmürdü. Odur ki, yalnız iri yazılmış hərfləri oxuya bilirdi. Soluq dodaqları ilə gülümsəyərək üzümə baxırdı. Dilləndi:
– Vaxtı ilə sən balaca olanda mən sənə bunlarıoxuyurdum.
– Sənə olan borcumun azacıq hissəsini, belə şeylərlə ödəmək vaxtıdır, ay ana – dedim, – sən rahat ol.
Şam edə-edə xeyli danışdıq. Söhbətimizdə qeyri-adi bir şey yox idi: ötüb-keçənlərdən, yeniliklərdən danışırdıq. Başımız söhbətə o qədər qarışmışdı ki, vaxtın necə keçdiyini hiss etməmişdik. Artıq gecə yarıdan keçmişdi. Yeməkxanadan çıxdıq. Evinə çatdıqda anam dilləndi:
– Növbəti dəfə birlikdə şam etməyə nə deyirsən? Ancaq bu dəfə mənim hesabıma olacaq.
Əlini öpdüm və ayrıldım...
Bir neçə gün sonra anam ürək tutmasından vəfat etdi. Vəfatı elə qəfildən oldu ki, heç nə edə bilmədim.
Bir neçə gün keçdi. Anamla şam etdiyim yeməkxanadan bir məktub aldım. Anamın yazısını tanıdım: “Qabaqcadan hesabı ödəmişəm. Bir daha səninlə şam edə bilməyəcəyimi hiss etmişdim. Nə isə... Başlıcası, iki nəfərlik hesabı ödəmişəm – sən və həyat yoldaşın üçün. Çünki sən həmin gecənin mənim üçün nə qədər əhəmiyyətli olduğunu, kaş biləydin! Bunu heç vaxt başa düşməyəcəksən... Səni çox sevirəm, əziz balam!”
Bu dəqiqələrdə “sevgi” və “səni sevirəm” kəlmələrinin mənasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın mənasını da dərk etmişdim...”.
Valideyn, xüsusilə də Ana – həyatımızın ən əhəmiyyətli cövhəri olmalıdır... Odur ki, layiq olduqları şeyləri onlara bəxş edin, layiq olduqları vaxtı onlara ayırın! Bəli, bu, Allahın və onların sizin üzərinizdəki təxirəsalınmaz haqlarıdır!
Sonda ümid edirəm ki, bu hekayə valideynlərinin qədrini bilməyənləri ayıldacaq, bizi də bu işdə vasitəçi edəcəkdir!

CINAYET VE CEZA
Sərxoş vəziyyətdə maşın sürdüyü üçün polis onu saxlamış, hətda cəza böyük olduğu üçün iş məhkəməyə düşmüşdü. Odur ki, cəzadan yaxa qurtarmaq üçün təcrübəli bir vəkil tutdu. Vəkil bütün məharətindən istifadə edərək onu cəzadan xilas etdi. Ancaq deyəsən, bu hadisədən dərs almamışdı. Elə həmin gün “qələbəni” qeyd etmək üçün bir bara getdi. Sərxoş olana qədər içdi. Sonra sərxoş vəziyyətdə sükan arxasına keçdi. Yolda dəhşətli bir qəza baş verdi. O, yoldan keçən bir adamı vuraraq 20 metr sürüdü. Bütün müdaxilələrə baxmayaraq yaralını xilas etmək mümkün olmadı. Nəhayət, iki gün sonra həbsxanada vurduğu adamın kim olduğunu öyrəndi: Bu, onu cəzadan xilas edən vəkil idi...

BIR KENDIRIN HESABI
Varlı bir insan ölümdən və qəbirdə tək qalmaqdan çox qorxurmuş. “Basdırıldığım gecə mənimlə birlikdə qəbirdə qalan insana var-dövlətimin yarısını bağışlayıram” , - deyə vəsiyyət edir.
Öldüyü gün onun vəsiyyətini aləmə car çəkirlər. Bir hambal: “Dünyada varım-yoxum bir kəndirim var, bir gecəni qəbirdə keçirim, sonra dünyanın ən varlı insanlarından biri olaram”, - deyib, bir gecəni qəbirdə keçirməyə razılaşır. Hambalı ölü ilə birlikdə qəbrə qoyurlar.
Sorğu-sual mələkləri gəlib görürlər ki, qəbirdə bir ölü, bir də diri var. “Ölü onsuz da əlimizdədir, yaxşısı diridən başlamaqdır”, - deyib, hambalı hesaba çəkirlər. “Bu kəndir kimindir? Onu haradan almısan? Neçəyə almısan? Niyə almısan? İndiyə qədər onunla nə daşımısan?”... Sabaha qədər bu suallar bitmir.
Hambal səhərisi günü qəbirdən çıxır. Ona: “Var-dövlətin yarısı sənindir”, - dedikdə: “Xeyr, istəmirəm. Səhərə qədər bir kəndirin hesabını verib qurtara bilmədim, bu boyda sərvətin hesabını necə verəcəyəm?”, - cavabını verir.
Həyatda istifadə etdiyimiz nemətlərin hesabını vermək asan olmayacaq.

ICIMIZDEKI "BIZ"
Qapıdan içəri girən kimi çantasını bir kənara atdı və özünü yatağa atıb ağlamağa başladı. O, məktəbin basketbol komandasına düşmək üçün əlindən gələni etmiş, ancaq heç cür buna nail ola bilməmişdi. Anası səssizcə otağa girdi və mehriban ifadə ilə nə olduğunu soruşdu. “Komandaya düşə bilmədim. Mənə hələ balacasan dedilər” , - deyə balaca basketbolçu cavab verdi. Anası oğlunun yanına oturdu. Qolunu oğlunun boynuna salıb: “Oğlum, əsas məsələ sənin balaca olmağın deyil. Əsas məsələ içindəki basketbolçunun böyük olmağıdır” , - dedi. Anası bu sözləri deyibotaqdan çıxdı. Bir azdan balaca basketbolçu yatağından qalxdı. İndi o üzünü həmişəkindən daha güclü hiss edirdi. Doğrudur, bəlkə də yaşı balaca idi, ancaq içindəki basketbolçu böyük idi. Ertəsi gün yenidən məşqlərə başladı. Hər gün, hər həftə, hər ay... Və həmişə anasının sözləri qulaqlarında əks-səda verdi. Günlər keçdikcə həm içindəki basketbolçu, həm də ki, əzmi böyüdü...
Növbəti il komandaya yenidən seçkilər keçirildi. Bu dəfə artıq balaca basketbolçunun içindəki “böyük basketbolçu” özünü kifayət qədər göstərirdi. Komandanın məşqçisi ondan çox razı qaldı və onu komandaya götürdü. O, sonrakı illərdə də komandadakı yerini yerini qorudu. Çox keçməmiş hər tərəfdən təkliflər gəlməyə başladı. Əvvəlcə həvəskar komandalarda oynadı. Sonra uğurlarını get-gedə artırdı. Bütün dünya bir vaxtlar məktəb komandasına belə düşə bilməyən Maykl Cordanı dünyanın ən güclü bir basketbolçusu kimi tanıdı.


Geri dön

ASİ

  • 5 may 2011 15:20
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
Tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

HULYA_22

  • 5 may 2011 11:06
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
tewekkurler


sevgi_meleyim.

  • 5 may 2011 10:53
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Tsk 1-ci ve 3-nu oxumusdum,ama diger ikisini indi oxudum. En cox xosuma gelen ise Cinayet ve Ceza oldu. Allah razi olsun InseAllah sizden.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Inciciceyi

  • 5 may 2011 08:47
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twkkkkkkkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 5 may 2011 02:40
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HHHHMMMMM SAGOL............. belay

--------------------



_RONALDO_

  • 5 may 2011 00:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk xeber ucun

--------------------

lider

  • 5 may 2011 00:12
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TWKKUR

SUADA_M

  • 4 may 2011 23:35
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER XEBER GORE...

--------------------

nilayka

  • 4 may 2011 23:24
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}