Ağıla və Qəlbə işıq saçan sözlər | İnsan

 
Ağıla və Qəlbə işıq saçan sözlər | İnsan


Ağıla və Qəlbə işıq saçan sözlər | İnsan


İnsan

O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi,sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.(İnsan bütün canlıların ən gözəli və ən kamilidir). (QuraniKərim)

ALLAH qatında insandan üstün heç bir varlıq yoxdur. (Həzrəti Muhəmməd s.a.v)

Ey insan! Sən özünü kiçik zərrə sanırsan. Halbuki səndə aləmlər vardır. (Həzrəti Əli əleyhissalam)
Fitrətin əvvəli, sayların sonu,

Sənsən ,Adəm oğlu, unutma onu. (Əbülqasim Firdovsi)

Sıfıra insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. (Onore de Balzak)

İnsan böyük bir varlıqdır və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr qoymur ki, öz içindəkiləri oxusun. (Cəlaləddin Rumi)

İnsan gülüşlə göz yaşları arasında dolaşan bir varlıqdır. (Corc Noel Qordon Bayron)

İnsan yaranışdan gözəldir, sevəndə isə daha gözəlləşir.. (Jan Labrüer)

İnsanı sevmək ona səadət arzu etmək deməkdir. Biz bunu bilirik. Azadlıq olmadan isə səadət yoxdur! (Nikolay Qavriloviç Çernışevski)

Bəşər! Ey canlı bir hikmət, böyük qüdrətin vardır. Böyük əqlin, böyük filmi, böyük qüvvətlərin vardır! (Məhəmməd Hadi)

Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvanlardan da təhlükəlidir. (Aristotel)

İnsan ona derlər ki, qərəzdən ola salim,

Nəfsində dəxi eyləyə icrayi-ədalət.

İnsan olanın xeyir olur adəmlərə qəsdi,
İnsanlığa insanda budur iştə dəlalət..(Məhəmməd Hadi)


Açar açmaz ona əl toxunmadan,
Açarı dirildən insandır, insan! (Bəhmənyar-əl Azərbaycani)

Yer üzündə ən böyük varlıq insandır, insanda isə ən qiymətli şey müdriklidir. (Uilyam Hamilton)

İnsan düşünən, axtaran, yeni üfüqlərə çatmaq sevdası ilə səmanın və zamanın hər parçasından bir mərifət dərsi alan şəxsdir. (“Füyuzat” jurnalından)

İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır. (Mustafa Kamal Atatürk)

İnsan çox şey olmadan keçinə bilər, təkcə insansız keçinə bilməz. (Klod Bernar)

İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də.. (Anton Pavloviç Çexov)

Biz elə məxluqlarıq ki, bəzən mələklər insan olmadıqların görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına şükr edirlər..(Cəlaləddin Rumi)

İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir.. (Demokrit)

İnsan hər şeyə alışa bilən varlıqdır.. (Fyodor Mixayloviç Dostoyevski)

İnsan varlığının sirri yalnız yaşamaqda deyil, nəyin naminə yaşamaqdadır.. (Fyodor Mixayloviç Dosteyevski)

İnsanın həm məhrum, həm də möhtac olduğu şeyə qovuşması onun üçün həyatda ən böyük nəşə anıdır.. (Sultan Məhmət Fatih)

İnsanı tanımaq üçün onu sevmək lazımdır..(Lüdviq Feyerbax)

Qəlbinin güzgü kimi saf və təmiz olmasını istəyirsənsə, qəlbindən on ünsürü - acgözlülüyü, ikiüzlülüyü, paxıllığı, söyüşkənliyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxarıb at. (Ömər Osmanoğlu)

İnsan dünyadan böyükdür, ancaq Yaradan ondan da böyükdür..(Fransua Apollini de Giber)

Hər nə axtarsan, özündə taparsan..(Hacı Bektaş Vəli)

İnsanın məqsədi insanlıqdır..(Bencamin Franklin)

İnsanın ədaları onun portretini əks etdirən güzgüdür.. (İohann Volfqanq Höte)

Özünü olduğu kimi qəbul etmək istəməyən yeganə varlıq İnsandlr.. (Albert Kamyu)

Sabah tam başqa bir insan olacağam deyirsən. Niyə bu gündən başlamırsan?..(Epiktet)

Əsas İnsandır. Texnika insanı əvəz edə bilməz.. (Mahatma Qandi)

İnsanı özü qədər heç kəs aldada bilməz.. (Torkid Qravlund)


İnsanlara insan kimi münasibət bəsləməliyik. Pislik edə-edə tər tökə-tökə kölə kimi yaşamağa son qoymalıyıq. (Alfons Lamartin)


İnsanı ümumilikdə tanımaq hər hansı bir fərdi ayrılıqda tanımaqdan çətindir.. (Fransua de Laroşfuko)

İnsanı inkişaf etdirən və tərbiyələndirən onun yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd olaraq yaşadığı cəmiyyətin övladıdır..(Gi de Mopasson)

Platonun insanı ləkələrdən məhrum ikiayaqqlı heyvan kimi səciyyələndirdiyini eşidən Diogen xoruzu ütmüş və akademiyada nümayiş etdirərək demişdir: “Baxın, budur Platonun insanı”.. (Naməlum)

Əfsun və əfsanələrlə kimsə həqiqi insan rütbəsinə yüksələ bilməz.. (İmadəddin Nəsimi)

İnsansansa, insanlığı sev..(Nizami Gəncəvi)

İnsanın gözəlliyi onun davranışındadır.. (Blez Paskal)


İnsanın ən böyük üstünlüyü danışa bilməsidir..(Platon)


İnsan azadlığa məhkumdur..(Jan Pol Sartr)

İnsan olmaq o deməkdir ki, bütün hərəkətlərinə cavabdeh olduğunu hiss edəsən. (Antuan de Sent-Ekzüperi)


İnsan kərpic kimidir-bişdikdə möhkəmlənir.. (Bernard Şou)

Adam olmayan başqalarını adam saymaz.. (Azərbaycan atalar sözü)

Dərin xəndəkləri doldurmaq İnsan könlünü ələ almaqdan asandır.. (Çin atalar sözü)

Hər İnsan bir dünyadır.. (Corc Herbert)

Hər şeyə rəğmən yeganə bir irq vardır - insanlıq.. (Corc Mur)

İnsanla insan arasında fərq vardır: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər.. (Nizami Gəncəvi)

İnsan hər yerdə insandır və yaradılışında əsilzadəlik olmasa, dünyanın tacını qoysa da, libasını geyinsə də, yenə də çılpaq qalar.. (Mişel de Monten)

İnsan olmasaydı, kainat da olmazdı.. (Henri Uodsuort Lonqfello)

İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki!.. (Mahatma Qandi)

Möcüzələr çoxdur, lakin heç biri İnsan qədər fövqaladə deyildir.. (Sofokl)

Sən insana çatmadan ALLAHI necə axtarırsan?.. (Muhəmməd İqbal)

Oxumağı bacarsan, hər İnsanın bir kitab olduğunu görəcəksən.. (Naməlum)

Özü ilə mübarizə apara bilən İnsan ən dəyərli İnsandır.. (Robert Brauninq)

Kamil İnsan özü-özlüyündə ciddi, böyüklərə xidmət edərkən ehtiramı əldən verməyən, xalqa qarşı çox incə olan və onları idarə edərkən də əadlətli davranan şəxsdir.. (Konfutsi)


Müdrik insan, nə qədər çətin olursa-olsun, xidmət etməyi ön plana keçirər. Ondan nə fayda hasil ediləcəyi isə sonra düşünüləcək bir məsələdir..(Konfutsi)



Ağıla və Qəlbə işıq saçan sözlər | İnsan


Geri dön

nilayka

  • 5 may 2011 19:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
winked her birinize twk edirem

--------------------

_RONALDO_

  • 5 may 2011 18:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkur cox beyendi m cox maraqli idi

--------------------

Selin Demiratar

  • 5 may 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
İnsanı ümumilikdə tanımaq hər hansı bir fərdi ayrılıqda tanımaqdan çətindir.. (Fransua de Laroşfuko)

KriMiNaLkA

  • 5 may 2011 12:52
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
{awards}
saoluuuuuuuuuun winked

samir_252

  • 5 may 2011 12:08
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
Tesekkurler,baciska.Heqiqeten de super sozlerdir.Ellerine sagliq

Inciciceyi

  • 5 may 2011 12:07
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwk maraqli fikirledi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

OpTiMiStKa

  • 5 may 2011 12:06
  • Məqalə: 23
  • Şərh: 375
  • Bal:
{awards}
Tesekkurler,baciska.Heqiqeten de super sozlerdir.Ellerine sagliq

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}