Benzinin başına hansı oyunlar açılır?

 
Benzinin başına hansı oyunlar açılır?

Bütün tədbirlərə rəğmən keyfiyyətsiz yanacağa bu gün də bir çox yanacaqdoldurma məntəqələrində(YDM ) rast gəlmək olur. Keyfiyyətsiz benzin bir qayda olaraq istehsal edilmir, sonradan düzəldilir. Başqa sözlə, zavodda bütün normalara uyğun hazırlanan benzin işbazların əlinə keçdikdən sonra onun tərkibi dəyişdirilir, aşağı oktanlı benzin daha yüksək oktanlı benzin adı ilə sürücülərə “sırınır”.

Benzinin keyfiyyətini artırmaq üçün neft emalı zavodlarında ona müəyyən aşqarlar əlavə edilir. Təbii ki, tərkibə nəyinsə əlavə edilməsi sırf istehsalçıya aid hüquqdur. Lakin YDM rəhbərliyi də bəzən öz “ixtira”larını edir. Bu ixtiralar isə istehlakçılara və ekologiyaya yalnız zərər verir. Ən geniş yayılmış fırıldaqlar isə bunlardır:

Keçmiş sovet məkanında benzinə ən çox qatılan maddə naftalindir. Nənələrimizin tarakan əleyhinə işlətdiyi bu dərman canlı həşəratla yanaşı, metalı da məhv edir. Naftalin yanacaq sistemində kristallaşaraq həll olmayan maddə əmələ gətirir, işlənmiş qazların zəhərliliyini artırır. Başqa sözlə, naftalin detonasiyanın qarşısını alsa da, mühərrikə ağır zərbə vurur.

YDM-də istifadə edilən bir digər maddə də texniki spirtdir. Benzin mühərriklərinin detalları spirtlə işləməyə hesablanmadığı üçün yüksək temperaturda spirtin təsirinə məruz qalan detallar tezliklə korroziyaya uğrayır.

Zavod şəraitində benzinin tərkibinə aseton da əlavə edilir (müəyyən normada). YDM-də isə aşağı oktanlı benzinə və ya dizel yanacağına aseton əlavə edərək onun oktan ədədi artırılır. 100 litr A-93 markalı benzinə 2 litr aseton əlavə etsək oktan ədədini 95-ə çatdırmaq olar. Bu zaman mühərrikdə detonasiya olmur, sürücüyə elə gəlir ki, yanacaq keyfiyyətlidir. Lakin aseton qatılan yanacağın oktan ədədi tezliklə aşağı düşür. Əgər avtomobil yanacaq doldurulanın səhəri gün çətin işə düşürsə, və ya işlənmiş qazlar aseton iyi verirsə, deməli məsələ aydındır. Aseton benzindən daha ucuzdur və ondan istifadə edərək yanacağın maya dəyərini aşağı salmaq mümkündür.

Manqan tərkibli qatqılar karbüratora ciddi zərər verməsə də, injektor sisteminin obrazlı desək evini yıxır.

Benzinə əlavə edilən qatqılardan biri də ferrosendir (dəmir tərkibli maddə). Alışdırma şamının elektrodlarındakı qırmızı oksid təbəqəsi benzinin tərkibində ferrosen olduğuna dəlalət edir. Ferrosen mühərrikin resursunu azaltmaqdan qeyri heç nəyə yaramır.
Zavoddan kənarda benzinə qatılan bütün maddələrin təsiri qısamüddətli olur və yanacaq çənində baş verən kimyəvi parçalanma nəticəsində ayrı-ayrı maddələr əmələ gəlir. Bu da təəssüf ki, mühərrikin işinə və ekologiyaya yalnız mənfi təsir edir. Buna görə də avtomobili uzun müddət saxladıqda yanacaq çənində minimal benzin saxlamaq lazımdır.

Digər bir məsələ isə sırf istehlakçıların vəziyyəti ilə bağlıdır. Geyim, elektrotexnika və digər mallardan fərqli olaraq heç kim aldığı keyfiyyətsiz yanacağı geri qaytarmır və belə bir prosedur ümumiyyətlə mümkün deyil. Ən yaxşısı isə hər sürücüdə YDM-lərin “qara siyahı”sının olmasıdır. Keyfiyyətsiz benzindən qaçmaq üçün zərurət olmadığı hallarda tanınmayan YDM-lərdən yanacaq almamaq şərtdir.


Geri dön

nilayka

  • 5 may 2011 19:45
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
xebere gore twkler

--------------------

_RONALDO_

  • 5 may 2011 18:38
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
catda adminin cat boyuklerinin nezerine nikim baglanib 5112 balib da yo olub xaiw edirem bu hada maraqlnasiniz

--------------------

Tarik

  • 5 may 2011 15:27
  • Məqalə: 4
  • Şərh: 157
  • Bal:
{awards}
maraqlıdır..

ASİ

  • 5 may 2011 15:13
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

DEATH

  • 5 may 2011 14:39
  • Məqalə: 1
  • Şərh: 134
  • Bal:
{awards}
Tewekkurler

R.M_FaNaTka

  • 5 may 2011 14:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
MENLIK DETIL TESEKKUR

--------------------

jalicka

  • 5 may 2011 14:38
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
melumata gore tesekkur

panki

  • 5 may 2011 14:14
  • Məqalə: 3
  • Şərh: 87
  • Bal:
{awards}
catda adminin cat boyuklerinin nezerine nikim baglanib 5112 balib da yo olub xaiw edirem bu hada maraqlnasiniz

--------------------
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır
_Kaş ki heç böyüməsəydim...yixilib dizim qanasaydi qəlbimin yerine .._.

calal_klas11@mail.ru
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}