Özünü tanı

 
Özünü tanı

“İnsan, özünü tanı”.

Yunan mütəfəkkiri Sokratın düşündürücü ifadəsinin bu məqaləyə başlıq kimi seçilməsinin səbəbi adi iş günlərinin birində avtobusa daxil olduğum zaman istəmədən qulaq asdığım sürücünün öz tanışı ilə dialoqu olmuşdur.
- Nə üçün rayona getmirsən? Axı söz vermişdin ki, gətirəcəksən...
- Yaşlı anam var, onu gözləyirəm.
- Başa düşmədim!
- Həyatdan köçməsini, ölümünü gözləyirəm...
O an qəlbimdən hicran dolu bir ah qopdu. Var gücümlə qışqırmaq, haqsızlığa bağırmaq keçdi könlümdən. Amma acı bir “ah”la kifayətləndim. Kifayətləndim, amma hər şeyi unutmuş, hissləri, düşüncələri, əməlləri korlanmış bu bəşər övladının alçaqlığını, murdarlığını düşünürdüm artıq. Valideynlərim, valideynlər canlanırdı gözlərimin önündə. O gözlər ki, insanın, insanlığın sükütunun şahidi olmuşdu.
Bəşərin çöküşünü dərinliyi ilə hiss edən aciz qəlbimin ancaq bir “ah”a gücü çatdı.
İnsan süqut etmişdi... Bizim həyata gəlməyimizə vəsilə olan, bizi böyüdən, yetişdirən, tərbiyə edən, ağrımızla, ağrıyan, sevincimizlə, sevinən, göz yaşlarımızla ağlayan, gülüşlərimizlə gülən. bizə həyatı, yaşamayı sevdirən, ömrünün ən gözəl çağlarını yolumuza fəda edən, bizi bizdən çox düşünən, bizdən çox sevən “Ana”ya, anamıza, analarımıza heçmi dəyər verə bilmədik? Heçmi qayğısına qalmadıq? Heçmi xatırlamadıq ötən illəri?
Bizə gəzməyi, bizə sevməyi, bizə sevgini öyrədəni, bizə yaşamağı, yaşatmağı öyrədəni, bizə səbri, iradəni, gözəllikləri aşılayanı... nə üçün bu qədər tez unutduq!

Yuxumuz üçün, yuxusuz qalanı, toxluğumuz üçün, aclığı seçəni, yeməyib, bizi yedirəni, içməyib, bizi içirəni, nazımızla oynayanı, hər an qayğımıza qalanı, min bir əziyyətlə, min bir çətinliklə bizə baxanı, ömrünü səadətimiz üçün, xoşbəxtliyimiz üçün fəda edəni nə üçün heç xatırlamadıq?
Ən çətin günlərimizdə əlimizdən tutan, ən kəşməkeşli yollarda bizə yol olan, bələdçi olan, yolumuza işıq tutan ana nurunu nə üçün görməməzlikdən gəldik.
Həyatımız üçün həyatını qurban verəcək gücdə olan, rəhmətini, mərhəmətini, sevgisini bizdən əsirgəməyən o şəfqət qəhrəmanlarını nə üçün bizə, sevgimizə ən çox ehtiyacı olan dövrlərdə şəfqətsiz qoyduq.
Acımızı, ağrımızı bizdən öncə hiss edən, acımıza, ağrımıza ortaq deyil, sahib çıxan, bizə sadiqliyin zirvəsini, sevginin əzəmətini yaşadan sevgi örnəklərini nə üçün sevgisizliyə düçar etdik?

Bizim üçün dünyasını, həyatını, gəncliyini, xoşbəxtliyini belə qurban verən, nəticədə isə mərhəmətə, sevgiyə ehtiyac duyduğu anlarda tənhalığa, qayğısızlığa tərk edilmiş şəfqət qəhrəmanları, uşaqlığımızın ilk anlarından isti nəfəsi, xoş nəvazişi ilə bizi qucaqlayan, nəticədə isə qocalar evinin daş divarları arasına buraxılmış, qədərinə boyun əymiş şəfqət qəhrəmanları!
Bizim varlığımızla sevinən, amma kimlərəsə “varlığı” ilə yük olan şəfqət qəhrəmanları.
Sənə səslənirəm ey insanlıq pərdəsi altında mahiyyətini itirmiş, sevgidən uzaq, mərhəmətdən yoxsul bəşər övladı! Sənə səslənirəm, ey ağlını maddiyyata, var-dövlət sevdasına alət etmiş, qəlbini və ruhunu zədələmiş bəşər övladı! Sənə səslənirəm, ey dünyaya məftun, dünyalığa qərq olmuş, nəfsinə aciz düşmüş bəşər övladı! Sənə səslənirəm, ey dəyərlərini itirmiş, mənəviyyatını sükuta uğratmış, alçaqlığa süqut etmiş bəşər övladı!
Sənə səslənirəm, bütün səslənmişlərin dili ilə...
Özünü tanı!


Geri dön

Mefistofel

  • 10 sentyabr 2011 23:33
  • Məqalə: 8
  • Şərh: 380
  • Bal:
bunu oxumuşam maraqlıdır.. xoşuma gəlib sağ ol

★Adriana★

  • 6 may 2011 13:29
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tewekkurler

--------------------

Inciciceyi

  • 6 may 2011 10:37
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Maraqlidi

twk no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

vusinka14

  • 5 may 2011 22:42
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
twk winked

Cici-Kiz

  • 5 may 2011 22:02
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Analar beseriyyetin en gozel varliqlaridir. Amma cox heyifler olsun ki, bu muqeddes nemetin deyerini anlamayanlar da var. Allah belelerini islah etsin! Allah butun valideynleri sag salamat elesin, Ozunden basqa hec kese mohtac elemesin. Bixlere ise valideynlerimize laiqli ovlad olmagi nesib etsin! AMIN!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 5 may 2011 20:45
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk maraqliydi

--------------------

melek001

  • 5 may 2011 20:05
  • Məqalə: 3
  • Şərh: 86
  • Bal:
{awards}
tesekkürler

--------------------
MEN BILIREM KI MEN HECNE BILMIREM

Bu Menem

  • 5 may 2011 19:23
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

_RONALDO_

  • 5 may 2011 18:31
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Sənə səslənirəm, ey dəyərlərini itirmiş, mənəviyyatını sükuta uğratmış, alçaqlığa süqut etmiş bəşər övladı!

--------------------

Jackson_fanatı

  • 5 may 2011 18:07
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
Thanks..

sevgi_meleyim.

  • 5 may 2011 17:51
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
{awards}
recourse Xeber meni kovreltdi. Heqiqetende bizi dunyaya getiren, min cur ezab-eziyyete qatlasib bizi boyudan ana ataya bu qedermi donuk cixa biler isan? Biz korpe iken elimizden tutub bize yerimeyi oyreden, elimize qasiq alib yemek yeye bilmeyende bizi yedizdiren Valdeyinlerimize bu qedermi Vefasiz oldu insan? Bizde korpe olduq boyuduk ozumuzu tanidiq, her zaman bize sevgi ve nevazisle yaxinlasdi ana atalarimiz. Indi ise bizim vaxtimiz gelib catdi, axi insanda qocaldiqca Usaqlasir recourse . Insan hec vaxt ana atanin borcundan cixa bilmez, bes niye borclarindan cixa bilmedileri bir halda onlara bu qeder ezab eziyyet verib onlari cetinliye salirlar dahada borc ustune borc yigirlar?! Heqiqetende EY BESER OVLADI OZUNU TANI!!!

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

_Lucia_17

  • 5 may 2011 17:33
  • Məqalə: 0
  • Şərh: 415
  • Bal:
{awards}
Ozunu tani Heddini bil

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

yaz yagmuru

  • 5 may 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
tesekkürler

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

YazYamuru

  • 5 may 2011 17:08
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sənə səslənirəm, ey dəyərlərini itirmiş, mənəviyyatını sükuta uğratmış, alçaqlığa süqut etmiş bəşər övladı!
Sənə səslənirəm, bütün səslənmişlərin dili ilə...
Özünü tanı!
recourse recourse no recourse recourse

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}