Ən gözəl vəkil

 
Ən gözəl vəkil

Ən gözəl Vəkil...

Onun üçün həyatın ağır imtahanları ömrünün erkən çağlarından başlamışdı. Orta səviyyəli bir ailədə dünyaya göz açmış, elə ilk mənəvi zərbəsini də ailəsindən almışdı. Vaxtaşırı qarşılaşdığı soyuq münasibət onun səbir kasasının dolmasına səbəb olmuş, bəzən evi tərk etməyi düşünsə də qonşuluqda yaşayan yaxın dostlarının təkidi ilə fikrindən daşınmışdı.

Ailəsinin getdikcə ağıralaşan şəraiti və biganəlik onun təhsilə olan marağının üstündən xətt çəkməsi ilə nəticələnmişdi. Məhz bu səbəblə kiçik yaşlarından müxtəlif yerlərdə işləməklə həm özünün, həm də ailəsinin ehtiyacını ödəməyə çalışmışdı.
Qarşılaşdığı hadisələr, düşdüyü çətin vəziyyətlər mənəvi dünyasını da zədələyirdi. Bütün bunlardan qurtulmaq, her şeyə son verib uzaq diyarlara bir dəfəlik köç etmək istəyirdi. Özünü tənha hiss edir və təkliyin gətirdiyi kədərlərlə yuvarlanırdı ümidsizlik uçurumlarına.
İllər bir-birini əvəz etmiş, hərbi xitmədən qayıtmış və əvvəlki iş həyatına yenidən başlamışdı. Sonsuz arzuları, bitib tükənməyən istəkləri və bunun qarşılığında düçar olduğu imkansızlıq onu sarsıtsada ümidini tam almamışdı əlindən. Ailəsinə yardım edir, əllərindən tutmağa çalışır və tənha qaldığı anlarda xəyallarında canlandırdığı səadətin müvəqqəti sevinci ilə yaşayırdı.

O gün digər günlərdən adiliyi ilə fərqlənməsə də, hər gün yanından ötüb keçdiyi məscid və eşitdiyi azan səsi bu gün bir başqa idi. Eşitdiyi səs ona sanki, tək olmadığını bildirmək istəyir və onu ümidlərlə dolu bir dünyaya səsləyirdi. Tanış olduğu insanlar yeni bir həyatın, gözəl bir dünyanın formalaşmasına, oxuduğu ilk kitab isə sevinclə, fərəhlə dolu xoşbəxtlik qapılarının açılmasına səbəb olmuşdu.

O gün səma da, günəş də, buludlar da, ağaclar da başqalaşmış, dəyər qazanmışdı nəzərində. O gün insanlar da başqa idi. O gün o da başqalaşırdı. Qəlbinə heç vaxt duymadığı bir rahatlıq çökmüş, nəhayət tək olmadığını, onu görən, onu bilən, onu sevən birinin olduğunu anlamış, bütün qəlbi ilə ona bağlanmışdı. Günəşin şəfəqlərinə, səmanın mavisinə, çiçəyin ətrinə, yarpağın yaşılına heyran qalmış, bu sevinci ona bəxş edən sonsuz qüdrət sahibinə aşiq olmuş, təfəkkür dəryalarına dalmışdı. Günlər ötdükcə ümidi daha da artır və böyük fərəh hissi ilə onu tərk etməyənin hüzurunda səmimiyyətlə alnını yerə qoyurdu.
Bir neçə aydan sonra böyük şəhərlərdən birinə səfər etməyi düşünmüş və ilk işi tez-tez başvurduğu məscidin qapısını “döymək” olmuşdu. Ona şükrün özü olan iki rükət namazdan sonra əllərini uca yaradana açaraq duasını “Allahım mənə xeyirli səfər qismət et” sonluğu ilə bitirmişdi.
Qardaşından səfər üçün müəyyəm miqdar pul istəmiş, şübhəli “yoxdur” cavabı onu üzsədə ruhdan düşməmiş, hər işdə bir xeyir vardır deyərək tanışlarından aldığı borcla səfərə çıxmışdı.

Onun üçün burdada həyatın ağır imtahanları öz axarı ilə davam etməkdə idi. Lakin o artlq bilirdi ki, bu dünya sıxılma yox, dayanma dünyasıdır və Allahdan səbir diləkləri ilə həyatını davam etdirirdi.
Fəhlə olaraq işə başladığı inşaat obyektində, soyuq, hətta pəncərləri belə olmayan daş divarlar arasına gecəliyirdi. Bir tərəfdən qışın ilikləri belə donduran şaxtası, digər tərəfdən ağır iş şəraiti onu çöhrələrini soldursada qəlbinin istisini ala bilməmişdi.
Səbirlə dolu 1 il geridə qalmışdı. İşlədiyi müddətdə çox şey dəyişmişdi, qazandığı etibar və göstərdiyi mətanət öz bəhrəsini vermişdi. İnşası başa çatmış tikili də onun üçün rahat və isti bir otaq ayrılmış, işidə son dərəcə yüngülləşmişdi.

Bir gün qarşılaşdığı hadisə isə onu könlünü “yaşartmışdı”. Qardaşı ondan səfər bileti üçün müəyyən məbləğdə pul istəmişdi. O isə bir anlıq keçmişə qayıtmış qəlbinin dərinliklərindən gələn həqiqət sözlərini yada salaraq yaradanın ədalətinin yücəlyinə bir daha heyran qalaraq əlini cibinə uzatmış, ən gözəl vəkil odur... demişdi!


Geri dön

Mefistofel

  • 10 sentyabr 2011 23:33
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
xəbər üçün təşəkkür maraqlıdır..

★Adriana★

  • 6 may 2011 13:24
  • Məqalə: 238
  • Şərh: 2980
  • Bal:
{awards}
tesekkurler

--------------------

Inciciceyi

  • 6 may 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Cici-Kiz

  • 5 may 2011 21:51
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Cox Sukur Allaha. Her gunumuz ozu bir mocuzedir. TESEKKURLER!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

ASİ

  • 5 may 2011 21:12
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tewekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

nilayka

  • 5 may 2011 20:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk

--------------------

::..ONSLAUGHT::..

  • 5 may 2011 20:41
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 5 may 2011 20:26
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
tewekkurler

ZEHRA

  • 5 may 2011 20:09
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
xebere gore tewekkur
ilk serh menden

_RONALDO_

  • 5 may 2011 20:09
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SERH MENDEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 40
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}