Peyğəmbərimiz (s) diş təmizləmək haqqında nə buyurub?

 
Peyğəmbərimiz (s) diş təmizləmək haqqında nə buyurub?

Ağzın və dişlərin gigiyena məsələsi bu gün mühüm məsələlərdən biridir ki, diqqət olunmalıdır.
Mütəxəsislər deyirlər ki, bədənin və cismin bir çox hissəsinin sağlamlığı dişlərin və ağzın
gigiyenasından asılıdır. Allah Təalaın insana verdiyi dişlər
çox qiymətli bir nemətdir və insan sağlamlığında mühüm amildir.

Həzm prosesi dişlər vasitəsilə həyata keçir və əgər çeynəmə əməliyyatı yaxşı həyata keçirilərsə,
çeynəmə aparatının sağlamlığının uzunömürlüyünə və nəhayət, insan sağlamlığına səbəb olar.
Eyni zamanda, keyfiyyətsiz dişlər ağızdan gələn iyə görə başqa insanlarda həmin insana
qarşı qiciq hissi yaradır. Həmin bu pis iy dişlərin və ağzın gigiyenasına diqqətsizliyin
məhsuludur, çünki bu iy dişlərin arasında qalan yemək qalıqlarından gəlir.


Piorre xəstəliyi çox təhlükəli bir xəstəlikdir, dişləri və damağı məhv edən bir xəstəlikdir və
bir çox xəstəliklərin, o cümlədən daxili xəstəliklərinin köküdür və bütün bunların nəticəsi diş
və ağzın gigiyenasına diqqətsizlik edilməsidir. İnsanlar öz dişlərinə az bir vaxt ayırmaqla hər
dəfə yemək yeyəndən sonra dişlərini yusalar və gözəl dişlərini fırçalasalar və bir qədər duzlu
su ilə qarqara etsələr - bu yolla dişlərin, ağzın və boğazın sağlamlığına kömək etmiş olarlar,
başqa tərəfdən də dişləri düzəltdirməyə görə küllü miqdarda pul xərcləməzlər və
bu yoldan istifadə etsələr uzun zaman dişlərindən istifadə edə biləcəklər.

Baxmayaraq ki, İslam susuz və ot-ələfsiz bir məkanda zühur etmişdi, elə bir mühitdə
zühur etmişdi ki, insanların əksəriyyətinin yazmaq və oxumaqdan xəbərləri yox idi,
ancaq insanların hərtərəfli sağlamlığını hifz etməsi üçün, eyni zamanda dişlərin və ağzın
sağlamlığını hifz etmələri üçün qaydalar təqdim edir. Bu da həmin məktəbin böyüklüyündən
xəbər verir və sübut edir ki, bu dinin təbliğçisi Mehriban Allah tərəfindən insanların
hidayəti üçün məbus olunmuşdur və bu məktəbin on iki İmamı Onun tərəfindən seçilmişdir.


Din rəhbərlərinin bəzilərinin diş və ağız gigiyenasına aid göstərişlərinə diqqət edək.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər ümmətimə çətin
olmasaydı, hər namazda onlara dişlərini sürtməyi əmr edərdim”.

Altıncı İmam (ə) buyurur: “Dişləri sürtmək və ağzın gigiyenasına riayət etmək ilahi peyğəmbərlərin əxlaqındandır”.

İmam Baqir (ə) buyurur: “İnsanlar bilsə ki, diş sürtməyin nə qədər faydası var,
onu özləri ilə gecədən səhərə qədər yataqlarına aparardılar”.

İmam Sadiqə (ə) sual verilir ki, “Görəsən bütün adamlar insandır?”
O, cavab verir: “Onların ki, diş sürtməklə arası yoxdur, burax getsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayıl mənə daim diş sürtməyi sifariş etdi,
o yerə qədər ki, qorxurdum dişlərimi sürtməsəm, dişlərimdən məhrum ola bilərəm”.

Başqa bir yerdə Rəsuli-Əkrəm (s) buyurur: “Cəbrayıl məni daim
düş sürtməyi sifariş etdi, təsəvvür etdim ki, istəyir onu vacib qərar versin”.

İmam Sadiq (ə) buyurur: “Diş sürtməyin on iki xüsusiyyəti var:
dini bir işdir, ağzı pak edəndir, gözləri aydınlaşdırandır, Haqqı razı salandır,
dişləri ağardandır, çürüməyi aradan aparandır, diş ətini möhkəmləndirəndir,
iştaha gətirəndir, çeynəmə aparatından bəlğəmi çıxarandır,
hafizə qüvvəsini gücləndirəndir, yaxşılıqları artıran və mələkləri sevindirəndir”.

Diş sürtmək qaydası haqqında diş və ağız xəstəlikləri üzrə həkimlər və mütəxəsislər
bu günlərdə deyirlər ki, dişlər gərək yavaş-yavaş, bir neçə dəqiqə sürtülsün.
Peyğəmbərdən (s) bu haqda maraqlı bir məlumat çatıbdır ki, besət dövrünə nəzər salınsa,
Peyğəmbərin (s) möcüzəsi adlandırmaq olar:
“Misvakı dişlərin eninə vurun, uzununa diş sürtməkdən çəkinin”.


Peyğəmbər (s) hər axşam üç dəfə diş sürtərdi: yatmazdan əvvəl,
yataqdan durandan sonra, o zaman ki, Quran mütaliə etmək istəyərdi və sübh
namazı üçün məscidə getməmişdən qabaq. Cəbrayıl misvak çubuğu ilə misvak etməyi buyurmuşdu.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:01
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

be-mine

  • 6 may 2011 23:57
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

★Adriana★

  • 6 may 2011 13:23
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrr

--------------------

Inciciceyi

  • 6 may 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

feni

  • 5 may 2011 23:40
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
tew.cox maragliydi

MY LOVE ZZ

  • 5 may 2011 21:45
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Cox Maraqlidi tewekkurler

_RONALDO_

  • 5 may 2011 21:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TEWEKKUR. ALLAH RAZI OLSUN

--------------------

Tarik

  • 5 may 2011 21:04
  • Məqalə: 4
  • Şərh: 157
  • Bal:
{awards}
Bu məqaləni oxumuşam... Təşəkkürlər...

nilayka

  • 5 may 2011 20:49
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 5 may 2011 20:41
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Sitat: SkYlInE
ALLAH razi olsun


--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 5 may 2011 20:22
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKUR. ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}