Şəhvət və eşq xəstəliyi (1-ci hissə)

 
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)

Xəsislik və həsəd insana fayda verən şeylərə nifrət bəsləməsini və əksinə, onun zərərinə olan şeyləri sevməsini zəruriləşdirən xəstəliklərdir. Buna görə, həsəd, kin və qəzəb həmişə bir yerdə olur.
Şəhvət və eşq xəstəliyi isə insanın özünə zərər verən şeyləri sevməsidir. Bəzən bunlarla yanaşı insana fayda verə bilən şeylərə qəzəblənməsi də burada təsir göstərə bilər.
Eşq – psixi və nəfslə bağlı bir xəstəlikdir. Bədəndə təsiri artdıqca orqanizmdə bu xəstəliklər əmələ gəlir. Bu, ya beyin xəstəliklərindən olan malxulya kimi bir patologiyadır. Məhz buna görə, eşq mərəzi qarasevdaya oxşar təqibedici ideya, şəkk-şübhə və vəsvəsə doğuran bir xəstəlikdir deyilmişdir. Yaxud da can xəstəliklərindən olan zəiflik, gücsüzlük və əhvalsızlıqdan və bunlara bənzər çatışmazlıqlardan törəyir. Burada əsas məsələ - qəlbin xəstələnməsidir. Çünki o, insan nəfsinin özünə zərər verən şeyi sevməsinin əsasıdır. O, eynilə özünə zərər verən şeyləri arzulayan bədən xəstəliyidir. Belə xəstə həmin arzuya çatmasa, əzab çəkəcək, əgər arzusuna çatsa da, yenə xəstəliyi artıb ağırlaşacaq.


Aşiq də belə bir vəziyyətdədir. Sevgilisi ilə görüşü, onun səsini eşitməsi və ona təmasla yaranan münasibətlər özünə zərər verir. O hətta sevgilisini arzuladığı, düşündüyü və xəyalında canlandırması hallarında da bundan ziyan çəkir.
Bu istəklərindən uzaqlaşdırıldıqda isə qəlbi ağrıyır, əzab çəkir. Əgər arzuladığı ona verilərsə, xəstəliyi daha da şiddətlənir və ağrı-acılarının artmasına səbəb olur. Bir hədisdə belə deyilir:
“Allah mömin qulunu bu dünyadan, siz xəstənizi yemək-içməkdən uzaq saxladığınız kimi, uzaq saxlayar”. (Əhməd, 5/428; Tirmizi, hədis N 2036)
Əhmədin “Zuhd” kitabında Vəhbdən Musa əleyhissalamın münacaatı ilə bağlı belə bir rəvayət nəql edilir:
“Uca Allah buyurur ki, Mən həqiqətən dostlarımı, şəfqətli bir çobanın dəvələrini zərərli otlaqlardan uzaqlaşdırdığı kimi, bu dünyadan uzaqlaşdırıram və bir də, çobanın dəvələrini təhlükəli yerlərdən çəkib apardığı kimi, çəkib aparıram. Bu, onların Mənim dərgahımda dəyərsiz olmalarına görə deyildir. Lakin Mən bunu – dərgahımda onlara nəsib olacaq kəraməti möhkəm və bütövlükdə tamamlamaq və bu dünya onları yaralamamış, istəkləri onları soyutmamış, onlara vermək üçün edirəm”. (Əhməd, “Zuhd”, hədis N 341)
Xəstənin sağalması, xəstəliyin yox olması ilə - bilavasitə bu pis sevginin qəlbindən büsbütün çıxması ilə baş verir.
İnsanların eşq haqqındakı dedikləri iki hissədən ibarətdir. Bəziləri deyir ki, “Bu, iradəyə aid bir mövzudur”. Yaxşı məlum olan nəzər nöqtəsi də elə budur. Başqaları isə deyirlər ki, bu “təsvirlərlə bağlı bir məsələdir”, eşq xəyalpərəstlikdən qidalanan bir pozuqluqdur.
Belə ki, aşiq məşuqunu olduğu vəziyyətdən fərqli halda təsəvvür edir. Onlar deyirlər ki: “Məhz buna görədir ki, Allah eşq ilə vəsf edilmir və O, vəsf edilməz, O, bundan uzaqdır, pakdır. Pozulmuş düşüncəsi ilə Onun haqqında xəyala dalan Ona həmd edə bilməz.
Bir sıra başqaları isə belə deyirlər: “Allah eşqlə vəsf edilə bilər. Çünki eşq tam bir sevgidir. Allah isə həm sevir, həm də sevilir”.
ƏbdulVahid b. Zeyd bir hədisdə Uca Allahın belə buyurduğunu rəvayət edir: “Qulum Mənim ona, onun Mənə olan eşqi ilə Mənə yaxınlaşmaya davam edir”.
Çoxluğun yekdil olduğu rəy belədir ki, eşq sözünü Allah barədə işlətmək olmaz. Çünki eşq yaraşmayan, həddi aşan, artıq bir şeydir. Allahın sevgisi sonu olmayan, həddini aşmaq mümkün olmayan bir sevgidir.
Onlar deyirlər ki: “Eşq qəti şəkildə pislənmişdir. Nə Yaradanın sevgisində, nə də məxluqatın sevgisində təriflənməz. Çünki o sərhədləri məlum olan səviyyəni aşan ifrat sevgidir”.
Eyni formada eşq sözü, bir qayda olaraq, insanın qadını və övladını sevməsində istifadə edilir. Ailəyə, var-dövlətə, vəzifəyə, mövqeyə, peyğəmbərlərə və əməlisalehlərə bəslənən sevgidə işlədilməyən bir sözdür.
Eşq ümumiyyətlə haram olan bir əməllə bərabər dayanır. Bu ya əcnəbi qadına olan sevgidir, ya da oğlana olan sevgidir. Bununla bərabər haram baxış, haram təmas və yaxud da buna oxşar digər haram hərəkətlər də vardır.
İnsanın öz arvadını və ya cariyəsini ədalətsizcəsinə sevməsində ümumi olan da budur. Ona görə də halal olmayanı edir, sevdiyini isə qoyub gedir. Hətta yeni evləndiyi arvadına görə, köhnə arvaddan olan uşağına da zülm edir və yenə, onun istəyini yerinə yetirmək üçün dininə və dünyasına zərər verən şeyləri həyata keçirir.
Məsələn, haqqı olmayan əmlakı təzə arvada verir və yaxud sevdiyi xanımına verdiyi səlahiyyətdə mal-mülkdə Allahın qoyduğu hüdudları aşır. Ona çəkdiyi xərclərdə israfçılığa yol verir və ya dininə, dünyasına zərər verən şeyləri etməsinə imkan yaradır. Məhz bu, birlikdə olması halal sayılana bəslədiyi eşqdir.
Belə olduğu halda, bəs onda əcnəbi bir qadına və ya oğlana duyduğu eşqdən ötrü nələri etməz? Bu haldakı günahkarlığın hüdudlarını ancaq aləmlərin Rəbbi olan Allah bilir. Baxın, eşq elə bir xəstəlikdir ki, aşiqin dinini və namusunu puç edər. Sonra isə, növbə ilə, ağlını və canını məhv edər.
Uca Allah buyurur:
“...Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər...” (Əhzab, 33/32).
Qəlbində şəhvət xəstəliyi olan şəxsin arzuladığı qadın onunla nazla danışdıqda bu xəstəlik onda baş qaldırar. Tamah (güclü istək) iradəni və nəfsi qüvvətləndirir və beləliklə, xəstəlik də artır.
Lakin arzuladığı adama ümid etməyən kəs belə deyil. Çünki ümidsizlik arzunu yoxa çıxarır və bu minvalla iradə zəifləyir, ardıyca da sevgi öləziyir. İnsan iradəsinə uyğundur və arzuladığı bir əməlin olmamasını qətiyyən qəbul etməz. Əksinə öz-özünə danışar. Sonra buna danışıq, baxış və bunlara oxşar şeylər əlavə olunur.
Lakin eşqə mübtəla olub özünü namusla aparan, səbr edən şəxs, Allahdan qorxduğuna görə mükafatlandırılır. Bir hədisdə belə rəvayət edilir: “Kim aşiq olduqdan sonra ismətlə dolanıb eşqini gizlədərək səbr edərsə və sonra da ölərsə, şəhid sayılar”.
Amma şəriət dəlillərindən məlum olduğuna görə, baxış, söz və hərəkət kivi haramlar müqabilində ismətini qoruyub, eşqini gizlədərək, ondan hər hansı bir qula (Burada: Allahın qulu, bəndəsi nəzərdə tutulur şikayət etməzsə, bu günahını kiməsə bildirməzsə və məşuqundan haram bir şey istəməklə bağlı araya bir söz çıxmasına yol verməyib onu gizlədərsə və başına gələn digər bədbəxtliklərə səbir etdiyi kimi, qəlbindəki eşq ağrısına, Allaha asi çıxmamaqla dözərsə, bax onda o, Allahdan çəkinən və səbir edənlərdən sayılar. Bu barədə Uca Allah belə buyurur:
“...Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. (Yusuf, 12/90)
Nəfs xəstəliklərindən olan həsəd və digər qəlb azarlarında da vəziyyət eynilə səciyyələnir. Nəfs, Allahın qəzəbi tutduğu şeyləri tələb etdikdə, insan, Allahın qorxusundan onlardan çəkinərsə, o, Allahın aşağıdakı vədinə ümid edə bilər:
“Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq”. (Naziat, 40-41)
İnsan bir şeyi istəyərkən əldə edilməsi mümkün olan şeylərə nail olmağa çalışır. Hətta bu arzu ilə bağlı olan bir çox şeyləri də əldə etməyə səy göstərir. Kim ki, qınanan bir üsulla sevər və pislənən bir tərzdə nifrət edərsə və ona müvafiq hərəkət edərsə, günahkar olar.
Deyək ki, bir nəfər bir şəxsə həsəd çəkdiyinə görə qəzəblənir və ona aid olan məsələlərdə onu incidir. Belə ki, haqqını vermir, düşmənçilik edir, onu məhz öz maraqları xatirinə sevdiyi üçün haram bir iş görməklə və yaxud Allah naminə etməli olduğu bir əməli Onun üçün deyil, öz şəxsi istəyinə görə yerinə yetirməklə günah edir.


Geri dön

nilayka

  • 6 may 2011 20:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
twk xebere gore

--------------------

samir_252

  • 6 may 2011 19:44
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
yariya kimi oxudum mencede ele beledi .tewk..

_RONALDO_

  • 6 may 2011 15:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler canik cox maraqlidi

--------------------

panki

  • 6 may 2011 15:27
  • Məqalə: 3
  • Şərh: 87
  • Bal:
{awards}
sevgide etiarsdan bawqa her wey yalandi

--------------------
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır
_Kaş ki heç böyüməsəydim...yixilib dizim qanasaydi qəlbimin yerine .._.

calal_klas11@mail.ru

lider

  • 6 may 2011 15:12
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKkurler

TEWEKkurler

R.M_FaNaTka

  • 6 may 2011 15:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ilk sehr menden
tesekkurler canik cox maraqlidi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}