Ana evim

 
Ana evim

Deyirəm həyat necə də qəribədir.Dünyaya gəldiyin,böyüyüb boya-başa çatdığın ailəndən nə vaxtsa ayrılacağını heç düşünmürsən.Orta məktəb oxuyursan,tələbə olursan,işləyirsən....və 1 də gözünü açırsan ki,vağzalı sədaları altında doğma Ana evini tərk edirsən...o an bizim də,Analarımızın da nələr hiss etdiyini bütün bunları yaşayanlar daha gözəl bilirlər.Əzizlərim,mən şəxsən öz fikirlərimi yazacam.Bildiyiniz kimi,ailədə 4 uşaq olmuşuq və Anam bizi təkbaşına,çox əzab-əziyyət çəkə-çəkə böyüdüb,heç kimdən yardım istəməyib,heç kimə ağız açmayıb.Hamımıza ali təhsil verib,ailə yiyəsi edib.Mən onun əziyyətlərini heç vaxt itirmərəm.

Ərə gələndən sonra Ana evimdən ötrü dəhşətli dərəcədə darıxmağa başladım.8 ildir ailə həyatı qurub uzaqlara gəlmişəm.İnanın mənə, bu illər ərzində Ana evimə doyunca gedib-gəlməmişəm.Hər dəfə Anamgildə olanda otaqların hamısını gəzirəm,uşaqlıq,gənclik illərimin kiçik də olsa 1 parçasını tapanda çox sevinirəm,baxıram,yada salıram,kədərlənirəm...Heç olmasa 1 həftə Anamgildə qalaydım deyə xəyal edirəm...

Acılı,şirinli ömür keçmişəm,

Yaxşını,yamanı görüb seçmişəm,

Evli-eşikliyəm var işim-peşəm,

Uşaqlıq həsrətim Anamgildədir!

***

Ürək ağrısına hey dözə-dözə,

Duranda nadanla bəzən üz-üzə,

1 səs eşidirəm,qızım,gəl bizə,

Dizimin taqəti Anamgildədir!

***

Neçə anaya da anam Anadır,

Aləm 1 yanadır,o 1 yanadır,

O açan süfrədə şor da bal dadır

Ağzımın ləzzəti Anamgildədir!

***

Gəlinin,yeznənin bilir yerini,

Çəkir qardaş-bacı dərdi-sərini,

Ərköyün böyüdüb nəvələrini

Hər kəsin qisməti Anamgildədir!

***

Qızına bilmirik oduna qazın,

Havası isinmir otağımızın

İndi duyuram ki,ocağımızın

Közü,hərarəti Anamgildədir!

***

Ömrün qar vaxtıdır,ağarıb saçım,

Məni ata bilir qardaşım-bacım

Çətində mən kimin yanına qaçım?

Ata şan-şöhrəti Anamgildədir!


Geri dön

weyla

  • 8 may 2011 14:26
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
[b]ayten566,
elbette ki.daha bundan artiq ne edecek.utanmadan-qizarmadan bu xeberleri bu sayta derc etdiribse,daha menim hec sozum yoxdu.
hecolmasa haradan,hansi saytdan goturduyunu qeyd edeydin,Ay Jasmin...onda kim sene ne deyecekdi ki...[/b]

weyla

  • 7 may 2011 23:11
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Yuxarida qeyd etmisiniz ki,emeye hormet werh yzin!!!AMMA SIZ DE EMEYE HORMET OLARAQ BAWQASININ XEBERINI OZELLEWDIRIB OZ ADINIZA VERMEYIN,AYIB OLSUN!!!!BU XEBER QADIN.NET SAYTINDAN GOTURULUB,ELECE DE BAWQA XEBERLERINIZ...SIZIN REDAKTORLAR BUNA NECE YOL VERIR ANLAMIRAM!!!!!!!!

_wampirella_,
ELBETTE KI OZU YAZMAYIB.GIR QADIN NET SAYTINA ORDA OXU BU XEBERI OZUN WAHID OLACAQSAN

nilayka

  • 6 may 2011 20:26
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk xeber ucun

--------------------

_RONALDO_

  • 6 may 2011 15:51
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Aləm 1 yanadır,o 1 yanadır,

--------------------

_Lucia_17

  • 6 may 2011 14:21
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
cox kederli seirdi

Ürək ağrısına hey dözə-dözə,

Duranda nadanla bəzən üz-üzə,

1 səs eşidirəm,qızım,gəl bizə,

Dizimin taqəti Anamgildədir!

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

YazYamuru

  • 6 may 2011 14:04
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Aləm 1 yanadır,o 1 yanadır,

O açan süfrədə şor da bal dadır

Ağzımın ləzzəti Anamgildədir!
feel təşəkkür gözəl yazıdı~~~~~~~~~

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}