Dodaqdan qəlbə: ağız və dodaqlar hansı sirlərimizi faş edir?

 
Dodaqdan qəlbə: ağız və dodaqlar hansı sirlərimizi faş edir?

Dodaqdan qəlbə: ağız və dodaqlar hansı sirlərimizi faş edir? Qadın dünyası

Dodaqlardakı incə mətləblər və səyriyən xəbərlər

Qiyafətşünaslıq elmi baxımından dodaqların quruluşu müəyyən xarakterlərin göstəricisidir. İncə dodaqlar söz anlayan və zəkalı adamlarda daha çox təsadüf olunur. Qalın dodaqlar hisslərin sıcaqlığına, fərdin ağır xasiyyət, sərt və günahlara görə adamları çətin bağışlayan olduğunu göstərir.

Kiçik ağız gözəllik və fərasətə dəlalət edər, böyük ağız isə qüvvət və şücaəti göstərir.
Dodaqların səyriməsi də bir əlamətdir. Əgər üst dodaq səyriyirsə, bu, rəqibə asan qalib gəlməkdən xəbər verir. Alt dodaq səyridikdə isə, uzaqdan qonaq qəbul edildiyini bildirir.

Dodağın sağ tərəfi səyrisə, mübahisə və münaqişə düşəcəyinə, düşmənlərin artmasına işarədir. Dodağın sol tərəfi səyirirsə, deməli, qalmaqal, dedi-qodu düşəcək.

Üst dodağın sağı səyrisə, xeyir-bərəkətə, bolluğa dəlalət edir. Üst dodağın solu səyrisə, zövq, sevinc, şənliyə işarədir.
Dodaqların sağı səyrisə, zərərə dəlalət edir. Dodaqların solu səyrisə, fayda qazanmağı bildirir.
Alt dodağın sağı səyrisə, təzə xəbər eşidəcəyinizə, faydalı təkliflərə səbəb ola bilər. Alt dodağın solu səyrisə, xoş xəbər eşidəcəyinizə bir işarədir.

Ağız ölçüsü nəyi və necə göstərir?


Böyük ağız fəna əxlaqa, pis xasiyyətə, mərhəmətsiz və şəfqətsiz bir səciyyəyə malikdir. Orta və mütənasib gözəl bir ağız mükəmməl bir təbiətdən xəbər verir.
Kiçik ağız tərbiyəli, mərhəmətli, təmizkar adamlarda olur. Gülümsər dodaqlar dünyanı ləzzətdə axtaranlara məxsusdur. Çökük ağız kədərdən, tam kipləşməyən yarımçıq dodaqlar zehin nöqsanlarından xəbər verir.

Ağızın çox kiçik olması da yaxşı deyil, yaramazlığa tay tutulur. Çox geniş ağzı olanlar üçün deyirlər ki, o, nəfsi ilə bacarmayandır. Onlar həm də hərzə danışmağa, yalançılığa meyillidirlər.
Yarıq kimi görünən ağız isə ağır və qaba fikirliyə işarədir.

Əyri ağız uğursuzluğu və talesizliyi bildirir. Böyük dodaqlar kişilərdə olarsa, onlar zarafatçıll, arvadbazdır. Qadınlarda qalın və iri dodaqlar şəhvətin çoxluğundan, tənbəllikdən, bəzən qabalıqdan, tez əsəbiləşmədən xəbər verir.

İncə dodaqlar söz anlayan, zəkalı, ehtiyatlı, incə fikirli adamlarda rast gəlinir. Çox incə dodaqlar bədbinliyə, talesizliyə əlamət ola bilər.
Üst dodağın alt dodaqdan böyük olması səbr və dözümlüyə, lütfkarlığa, ortabab zəkaya işarədir.

Hər iki dodağın orta böyüklükdə olması, işini ölçüb-biçən adamdan xəbər verir.
Alt dodağın böyük olması şəhvətpərəstliyi göstərir. Çox qalın və şiş kimi görünən dodaqlar qarınqulu və heyvani hissləri güclü adamlarda olur. Üst dodağın alt dodaqdan daha içəri olması, səbirsizliyə, tez əsəbiləşməyə işarədir. Üst dodağın alt dodaqdan azca irəli olması yaxşı əxlaq əlamətidir.

İki dodağın orta dərəcədə irəli çıxması səmimiliyi bildirir. İncə və bir-birinə bitişik kimi görünən dodaqlara inadcıl, bədxah adamlarda rast gəlinir. İncə dodaq və geniş ağız çox pis əxlaqdan xəbər verir. Çox kiçik dodaqlar təsir altına tez düşməyə işarədir.

Dodaqları görünməz dərəcədə az bilinən adamlar mətin və dözümlüdür. Alt dodağın ortasında çatlaq və ya çuxur varsa, nəzakətə, adamlarla davranma məharətinə işarədir.
Mütənasib, orta, təbii qapanan dodaqlar adil, mətin, camaatın haqqını gözləyən adamdan xəbər verir.

"Dodağın üstə müşki-xalın gördüm"


Dodaqlardan hər hansı birinin üstündə xal olması həyat sevgilsilə dolu nikbin adamı göstərir. Onlar həssas və bayram ovqatını sevən adamlardır. Ehtiraslı və çılğındırlar, sevgidə isə sabitqədəmdirlər.

Əgər xal iridir və alt dodaqdadırsa, bu adamlar öncəgörmələr söyləməkdə mahir olurlar. Bu əlamət qadınlarda olarsa, naz-qəmzələri dünyaya sığmaz, kişilərin qəlbini ram etməkdən zövq alarlar.

"Bir simsarü-ləb girmiş idi röyama..."

Yuxuda dodaq görməyin də öz yozumları var. Əgər dolu, qırmızı dodaqlar yuxunuza giribsə, sizi gözəl gələcək gözləyir, yox əgər solğun və nazik dodaqlar görmüsünüzsə, tezliklə kədərlə üzləşəcəyinizdən xəbər verir. Böyük ağız dövlətdən, kiçik isə yoxsulluqdan bir əlamətdir.

Dişlənmiş dodağı yuxuda görmək ailədaxili münaqişənin düşəcəyindən xəbərdarlıq edir.

Əsəblərin ağrısını çəkən dodaqlar

Əbu Əli ibn Sina «Əl-Qanun fit-Tibb», ("Tibbin qanunları") əsərində yazırdı: «Dodaqlar ağız və dişləri örtmək, ağız suyunu saxlamaq, insanlarda isə danışmağa yardım etmək və gözəllik üçündür. Onlar ət və əsəbdən əhatələnmiş əzələdən ibarətdir».

Əsəbləri boğmaq üçün dodaqları yüngülcə dişləyirlər. Dodaqlar bədənin zərif və həssas üzvləri olduğu üçün insan o dəqiqə özünü ələ ala bilir.
Parlaq, dolu, içi qanla dolu qırmızı dodaqlar sağlamlıqdan xəbər verir.

Dodaqlar quru və kobuddursa, mayeyə ehtiyacı var, çoxlu su için. Yaxşı olar ki, qazsız mineral su, ya da çay içəsiniz.
Dodaqlar solğun rəngdədirsə, anemiyadandır. Meyvə-tərəvəz qəbul edin, Günəşin altında dincəlin.

Dodaqlarda açıq qəhvəyi ləkələr varsa, həzm sistemi problemlidir. Qurdların əmələ gəlmə ehtimalı da ola bilər.
Dodaqların göy rəngdə olması oksigen çatışmazlığından əmələ gələn ürək ağrılarına işarədir. Təmiz havada çox qalın, siqaret çəkməyin.

Dodaqlar sarı rəngdədirsə, hepatitdən xəbər verir. Həkimə gedib təcili analiz verin.
Dodaqlar tündləşib çatlaqlar yaranırsa, qurulaşırsa, qabarcıqlar və yara əmələ gəlirsə, dalaq və mədədəndir.
Dodaqların künclərində yarıqlar yaranırsa, B vitaminin çatışmazlığındandır.

Bir sözlə, qarşınızdakı insanın dodaqlarına fikir verməyi əsla unutmayın. Çünki dodaqlar insanın xasiyyətinin ört-basdır edilməyən nişanəsi də sayıla bilər.


Geri dön

RoMaNTiK SerSeRi

  • 18 fevral 2012 18:54
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

★Adriana★

  • 7 may 2011 16:31
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

ASİ

  • 7 may 2011 09:09
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

nilayka

  • 6 may 2011 20:38
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
smile

--------------------

lovely girl

  • 6 may 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
TESEKKURRRRRRRRRRRRRRRRRRRR

beyaz melek

  • 6 may 2011 17:50
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
SUKURLER TIBBE AID BIR SEY OLDU


TESEKKURLER

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

_Lucia_17

  • 6 may 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
romantik xeberdi :wink:

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

YazYamuru

  • 6 may 2011 16:27
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
hhhmmm gözəl maraqlı xəbər idi təşəkküüüüüürrr smile

--------------------



AYKA87

  • 6 may 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
tesekkurler. love

_RONALDO_

  • 6 may 2011 16:12
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler.

--------------------

Aslim

  • 6 may 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
tewekkurler. wink

--------------------
Olum hec vaxt onu gozluyenlerin kapisini calmiyor
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}