Mən sənsiz ölmədim

 
Mən sənsiz ölmədim

Boğazımda düyünlənmişdi sözlərim. Gərgin bir iş günündən, üstəlik qanımım it qanı olduğu bir vaxtda sahildə gəzmək və dənizi seyr etmək ən yaxşı çıxış yolum idi………sahil boyunca gəzə-gəzə, addımlarımı saya-saya onu nə qədər çox sevdiyimi düşünürdüm……əvvəllər dost idik…….havadan sudan danışırdıq, mənə yoldaşlarını izah edirdi……..nələri sevdiyini anlatmışdı. Sonra???sonra sevdim, dediyinə görə o da məni çox sevirdi………sonra????…..hmm…….yox, daha sonrası olmadı…….işdən tez çıxmışdım, evə getmək heç ağlımın ucundan da keçmirdi, həm evə getsəm nə olacaqdı ki???????

Bu it sifətiylə, üstəlik bu əhvalla evdəkilərin də qanını it qanına döndərmək fikrində deyildim…..həm də dənizi seyr etmək bütün fikirlərimi işğal etmişdi……sanki bir dəqiqə də olsa dənizi görsəydim, onu görəcəkdim kimi gəlirdi mənə. İri addımlarla dənizə doğru irəliləyirdim………dənizə çatırdım…….arxamca da kölgəm mənə çatmağa çalışırdı. Dənizi izləyirdim, bir az gün batmağa doğru gedirdi…….günəşin qırmızılılığı ətrafa qəribə bir rəng qatmışdı…….şəhər işıqların boz parıltısı və günəşin qırmızı rənginə boyanmışdı, insanların üzündə isə bu qırmızı və boz rənglər kölgələr şəklində görünürdü. Bu cox darıxdırıcı idi, nə olursa olsun bu an onu bu rənglərin qarışığında görməyi arzulayırdım. Qırmızı rəng, şəhərin boz işıqları, sahil……..və O……Bu an nəyin bahasına olursa olsun görməliydim onu……..sonra bu istəyimi içimə basdırdım…….amma özümdən asılı olmayaraq gözlərim axtarırdı onu. Hər telefonum zəng çalanda yerimdən atılacaq kimi olurdum……….mənə elə gəlirdi ki, alo deyəndə “mən də burdayam, səni görürəm” sözlərini eşidəcəm…….amma bu mənim uydurmalarım idi……….belə olmayacaqdı əlbəttə……bu mütləq anam olacaqdı. Evə belə gec getdiyimdən narahat olduğu üçün zəng vururdu, ya da hansısa tanışım……….bu zənglər canımı sıxmağa başlamışdı……..sonra mücərrəd deyil, konkret fiziki bir ağrı hiss etməyə başladım. Nə edəcəyimi də bilmirdim………ürək ağrılarım da lap məni zara gətirmişdi, anlatılamayacaq bir ağrı idi bu…………oturdum……..oturduğum skamyadan baxanda dəniz görünürdü…………fikirləşirdim, axı mən onu itirmək istəmirdim……..

İndi zamanlara nifrət edirəm…. Hər kəsin bir şeylərini qısqanan və hər kəsdən bir şeylər oğurlayan, uşaqlığımızı, sevinclərimizi, ümidlərimizi, xülyalarımızı, sevdiklərimizi hiyləgər kimi əlimizdən alan, üsyankar bir uşaqdır zaman……Bizə qalib gələr, bizləri udar, bəzən qisas alar zaman, bəzilərinə isə tərs gələr. Zaman sizin istədiyiniz zaman deyil, ya doğulmamısınız ya da ölmüsünüz………Bəlkə də heç bir şeydir zaman. Edən həyatdır, edən insanın özüdür, O, bir əliylə yaşanan dünəni alır, yaşanmışların üzərini ağ kəfənlə sarıb bağlayır. Digər əliylə yaşanacaq sabahı bizlərin xidmətinə verir. Başqa bir şey etmir. Onun vəzifəsidir; ağrılı şirin hər şeyə pərdə çəkmək………Sevgililərin və sevginin baş tacı edildiyi, həyatın həmişə bahar təzəliyində yaşandığı……….Zamanlar!!EHHHHHHH!!Bəzən ayrılıqlara səbəb zamanlar, bəzən amansız ayrılıqlara logman olan zamanlar, bəzən gün uzunu bitməyən saatlarda donan zamanlar və bəzən bir göz qırpımında yaşanan anları donduran, bitirən zananlar…….Fikirləşirəm ki, bəlkə də üzümüzə çırpılan qapılardan, üzümüzə açılan qapılar daha qorxuludu. Sonra onu bağışlamaq istədim, amma Onun “bağışla” yalvarışlarını düşünəndə, bunun yenidən başlamaq üçün icazə istəyi olmadığı, sadəcə “əlvida”dan qabaq istənmiş halallıq sözü olduğunu xatırladım. Onun “bağışla” xahişi təzə səhərlər arzusu deyil, əksinə, düşən əbədi axşamın son sözü olacaqdı. Ölüm talenin ən ağır, ən “bəlkə”siz sözüdü. Bir ömürdə neçə-neçə insan ölür. Mən də öz içimdə hamıdan uzaq bir ömür yaşayaraq öldürmək stəyirəmm zamanları. Bəzi vaxtlar olub ki, ona yalvarmağım gəlib, amma qürurum buna heç, həm də heç yol verməzdi……mənim üçün qürur axı hər şeydən yuxarıda dayanır)))))))) Bir gün olar ata bilmədiyin o son bir addımın qabağında diz çöküb, hönkür-hönkür ağlayarsan………Faydasız………Amma mən həmişə inanmışam ki, yalvarış da insanın ehtiyacıdı. Dağlar göylərə yalvaran kimi, eləcə yalvarmaq istəyirik birdən. Bunu edə bilməyəndə isə boğuluruq tənhalıqdan. Çox sevdiyim şair Ramiz Rövşən şeirlərinin birində belə deyir:
“Mən elə bilirdim, sənsiz ölərəm. Mən sənsiz ölmədim, məni bağışla”……….Bunu edə bilmədiyim üçün isə utanıram!!!!!!!


Geri dön

_RONALDO_

  • 7 may 2011 21:09
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
TEWEKKURLER

--------------------

nilayka

  • 7 may 2011 19:28
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
winked smile

--------------------

HaMuSHaN

  • 7 may 2011 19:16
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
tewekkurler

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

lovely girl

  • 7 may 2011 19:02
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
tesekkur.................

_Lucia_17

  • 7 may 2011 18:47
  • Məqalə: 0
  • Şərh: 415
  • Bal:
{awards}
“Mən elə bilirdim, sənsiz ölərəm. Mən sənsiz ölmədim, məni bağışla”……….Bunu edə bilmədiyim üçün isə utanıram!!!!!!! superrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

lider

  • 7 may 2011 18:42
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ilk wehr menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}