Ölümün gözlərinə yaşarkən baxmaq

 
  Ölümün gözlərinə yaşarkən baxmaq

Sevimli həyat:sən başlayınca səmaya parlaq, yeni bir ulduz doğulur, doğrumu??
Sevimli ölüm... Sən gəlincə, o ulduzu da səmadan qopardıp yerə salrmısan. İnsanlar səni yalnız "həyatları acı çəkincə gözləyər, həyatları rahat olunca düşünməz, həyatları məna tapınca özlərmiş" eləmi?

Sevgili ölüm. Həqiqətən nə üçün geridə qalanlar, yalnız gözlənilməyən bir qonaq kimi insanlara gəlib, onları həyat qabıqlarından sıyırdığında və qazandıqları hər şeyi əllərindən götürdüyündə səni xatırlayarlar? Nə üçün, heç istəmədikləri halda həmişə sənin üzünü görərlər. Sən özünü xatırladınca diksinər və həyatı daha mənalı, daha gözəl yaşamanın sirləri üzərində cümlələr qurarlar?
niyə bu cümlələrini də "həyatın az sonra oyanılacaq bir yuxu kimi olduğunu unudub, səni xatırladacaq hər şeylə birlikdə yenidən tozlu rəflərə qoyarlar?"
Sevimli ölüm niyə, "ən tez və ən çox gələn olmağına baxmayaraq, ən tez və ən çox unudulansan? “

Sevimli ölüm... Yaxşı ki, bu qədər qaranlıq qapıların ardında görə bildiyimiz, sənin kimi kimsənin inkar edə bilmədiyi bir gerçək var. Bilirəm: sanki sənin gələcəyindən kimsə xəbərdar deyilmiş kimi davranıb, bu dünyadan gedənlərdən ötəri səni məsul tuturuq. Amma yenə də iki günü yaşanmış bu üç günlük yalan dünyada, sənin narın bir sevimli kimi bir gün mütləq gələcəyin günü heç amma heç unutmayanlarda var Biz onlara, "insanlıq səmasının sönməyən ulduzları" deyirik. Onlar səninlə qarşılaşdıqları gün, aparacağın yerə xəcalətli getməmək üçün həyatlarını sənin gözlərinə baxa baxa keçirib gedəcəkləri yerə hazırlıq edənlərdir. Onlar "ölümlə həyatın birlikdə yaşadıqları ürəklərin sahibləri", Onlar, ölmədən əvvəl ölənlər.
Düşünün ki, "bir anlıq bir yuxudur həyat az sonra oyanacağımız".

Sevimli zaman... İnsan, həyatın titrədiyi ölüm mövsümlərində, ayrılmağı heç düşünmədiyi dostlarını öz əlləriylə bir-bir ölüm tarlalarına basdırdığı halda, içindəki səsi çoxaldaraq sıranın özündə olduğunu nə üçün xatırlaya bilməz? Niyə ölüm özü gəlmədən, kimsə sıranın özündə olduğunu düşünə bilməz. Və niyə insan ölüm gəlincə də "kaş ki" deyə başlayan peşmanlıq duyğularının hamısıyla üzləşər?
''Ölümün gözlərinə həyatdaykən baxsanız, O da sizə mənalı olan sonsuz bir
həyatla baxar."


Sevimli həyat, həqiqətən sən ölümü sevərsənmi?
Qazandığın hər şeyi əlindən alıb, səni belə sənsiz buraxan Ölümü. Bu gecə və gündüz kimi bir-birinizi dayanmadan qovduğunuz, kaş ki olmasaydı dediyin əkiz qardaşını?? Yəqin "sən ölümü sevməzsən. Səni yaşayanlar onu sənə ya sevdirər, ya da tənqid etdirər!"

Sevimli Mən, "kaşkilərin və bir dahaki səfərlərin" etibarlı olmayacağı o gündə, kabuslarından gerçəyə cənnətlə oyanmış və bir-birindən utanmayan insanlardan olmamız üçün çox işliyik... çünki: "Dostlarımıza Ölüm unutduqlarımızı xatırlatmaq üçün gəlir. Ölüm bizə dostlarımızı unutduqlarını xatırlatmaq üçün gəlir. Amma ölüm, hər vaxt və hər yerdə hamımıza etdiklərimizin qarşılığını götürəcəyimiz o yerə aparmaq üçün gəlir'…
Qorxutmadan gəlib, qorxutmayacaq yerə aparmağın diləyi ilə…


Geri dön

Narka E-ZaDe

  • 26 avqust 2011 11:59
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
menali yaziya gore minnetdaram

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Yusif

  • 7 avqust 2010 09:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Cox beyendim xeberI

CrazyGirl

  • 6 avqust 2010 05:50
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Cox beyendim xeberi..Muellife tesekkur

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 5 avqust 2010 22:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fikirlerinze gore her birinize tesekkur

STORM MEN

  • 5 avqust 2010 22:04
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Çox doğru sözlərdi xoşuma gəldi bu xəbər bundanda yaxşılarını yazarsan inşallah.

--------------------

_LeGenDa_

  • 5 avqust 2010 13:20
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
superdiii baciii cox gozel sozleri varrr..ellerin derd gormesin

--------------------

FERID

  • 5 avqust 2010 12:54
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
sen yazmisansa xeberi yaxshi omalidi cunki sen her zaman secilen xeber yazirsan:) tewekkur

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}