Maraq dairəmizi biraz da genişləndirək

 
Maraq dairəmizi biraz da genişləndirək

1.Evlilik üzüyünü nə üçün sol ələ taxırlar?

Bizdə düzdü bu adət çoxda ciddiyə alınmasa da...Dünyanın bir çox yerində evlilik üzüyü taxmaq vacibdir. Bunun mənası nədir və nə ücün sol ələ taxılır?
İnsanların evləndikdən sonra üzük taxmaları qədim Misirlilərin inanclarından meydana gəlib. Milatdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, baılanğıc ve bitiş
nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu ifadə etdiyinə inanırdılar. üzük evliliyin sonsuza kimi davam edəcəyini bir növ işarə edirdi... Sonra bu inanc ve adət Romalılar vasitəsi ilə daha da yayıldı.?
Evlilik üzüyünün sol ələ və sondan bir əvvəlki, barmağa taxılmasə səbəbi isə müasir tibbin inkişafından əvvəl səhv bilinən insan anotomiyasının nəticəsidir. O zamanlar qan dolaşımı sistemindəki, əsas damarların sol əldə ki, barmaqlardan başlayıb, ürəyimizə getdiyi hesab edilirdi. Beləliklə buraya taxılan üzüklər evli cütlüyün bağlılığını təmsil edirdi.


2. İnsanlar nə ücün əl verib salamlaşırlar?

Çox qədim dövrlərdən, bütün kişilər bir silah daşıyırdılar və əksəriyyəti silahı sağ əli ilə istifadə edirdi. Bir kişi digərinə dost olduğunu, əlində silah olmadığını göstərmək ücün, boş sağ əlini uzadırdı, digəridə eyni ilə hərəkəti təkrarlayırdı... Ama hər iki tərəf də özünü müdafiə etmək ücün, digərinin gözləmədiyi hada ona silah cəkməyinə mane olmaq ücün, bir birindən əmin olanadək, birlikdə əllərini yüngülcə sızaraq dururdular. Salamlaşarkən əllərini yelləmək alişqanlıgı isə, əlləri daha yaxşı
qavrayaraq rəqibin gözləmədiyi vaxtda cəld hərəkətlə silah cıxartmağına mane olmaq ücün ola bilər. Ancaq sonraları dostluğun bir ifadəsi oldu.

3. İngiltərədə nəqliyyat nə ücün soldan hərəkət edir?

Yüz illər əvvəl Yolun qarşısından gələnin düşmən olma ehtimalını nəzərə alaraq, insanlar ( çoxu sağ əlindən istifadə etdiyi ücün) yolun solundan gedərək sol tərəflərini qoruyurdular, sağ əlləri ilə qılınclarını çəkəcək şəkildə hazır olurdular.
18-ci yüzillin sonlarında ABŞ da bir çox atın çektiyi poçt arabalarında, sürücü oturacağı yox idi və sürücü ən arxada otururdu. Bu da yolun solundan gedildiyi zaman yolun kontrolunu çətinləşdirirdi. Çox keçmədən ABŞ da nəqliyat sağdan işləməyə başladı.
Fransız liderlərindən Maximilien Robespierre, böyük bir ehtimalla Katolik kilisəsinə qarşı çıxanlar jest olsun deyə, Parislilərdən yolların sağından getməklərini istəmişdi. Bir müddət sonra Napolyon, ordularındakı arabalarına yolların sağından getmələri əmrini verdi və zəbt etdiyi hər ölkədə də bu qanunu həyata keçirdi. İngiltərə heç bir zaman Napolyon tərəfindən zəbt edilmədiyindən İngilislər yolun solundan getmə alışqanlıqlarından əl çəkmədilər.Avstralya, Hindistan kimi bütün ölkələr də bu üsulu davam etdirdilər.


4. Matəmdə bayraqlar nə ücün yarıya endirilir?

Köhnə dəniz müharibələrinin olduğu dövürlərdə hər bir savaş gəmisinin dirəyinin təpəsində dalğalanan özünə məxsuz rəngli bayrağı var idi. Bir dəniz müharibəsindən sonra məğlub olan gəmi, qalib tərəfin bayrağını asmağa məcbur idi, bunun üçün də öz bayrağını yarıya çəkərək üstdə yer saxlayırdı. Hal-hazırda Bayraqları yarıya endirmək bir hörmət əlaməti olaraq qaldı. Millətlərin matəm günlərində, vacib dövlət adamlarının ölümündə, digər millətlərin də bayraqlarını yarıya endirmələri, matəmə qoşulmaq mənasında beynəlxalq ənənə halina gəlib. Hansı dövlətdən olur olsun dənizdə bir birinin yanindan keçən gemilərin, Keçiş müddətində bayraqlarını yarıya endirmə ənənələri, hörmətin bir ifadəsi olaraq dövrümüzə qədər davam etməkdədir.


Geri dön

_RONALDO_

  • 7 may 2011 21:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
BUNLARI COXDAN HARDASA OXUMUSDUM XATIRLATDIGIN UCUN COXSAGOL

--------------------

nilayka

  • 7 may 2011 19:31
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidi sag olun

--------------------

Grace_Angel

  • 7 may 2011 19:20
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem...maraqli melumatlar ucun... minnetdaram...

--------------------

lider

  • 7 may 2011 19:14
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
men bunlar haqqinda melumat almiwdim. tewekkur

men bunlar haqqinda melumat almiwdim. tewekkur

_Lucia_17

  • 7 may 2011 19:12
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
BUNLARI COXDAN HARDASA OXUMUSDUM XATIRLATDIGIN UCUN COXSAGOL

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}