Əliağa Şıxlınski

 
Əliağa Şıxlınski

Əliağa Şıxlinski 1863-ci il mart ayının 3-də Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzası Salahlı kəndinin Qazaxlı obasında (indiki Aşağı Salahlı kəndi) anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi idi.

1883-cü ildə orduda hərbi xidmətə başlayan Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyə çalışırdı. Bütün bu uğurlu addımlar onu Peterburq artilleriya məktəbinə gətirdi. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Ə. Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmağa başladı. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırıldı.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə o, Azərbaycanın ilk hərbi generallarından oldu, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.

1914-cü ildə baş verən I dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olundu.

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırıldı. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edildi. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səyləri ilə Azərbaycan ordusu yaradıldı. Ordunun xeyli cəbbəxanası formalaşdı.

1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Düşmən öz hiyləgərliyindən istifadə edərək müqavimətsiz təslim olmaq üçün gənc Azərbaycan Demokratik Respublikasına altı şərt irəli sürdü. Bu şərtlərdən biri də Azərbaycan ordusunun ləğv olunmaması idi. Əliağa Şıxlinski qan tökülməsinin qarşısını almaq üçün, həm də 72 minlik qoşunla vuruşmağın mümkünsüz olduğunu nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə vermədi. İşğaldan sonra isə imperiya yetkililəri verdikləri sözlərə əməl etmədilər. Azərbaycan ordusu hissə-hissə dağıdıldı. Sovet imperiyası iki dahi şəxsiyyətə - Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə isə toxunmadı. Ən azı ona görə ki, hərbi ixtisasçı kimi onlar əvəzolunmaz idi


Geri dön

kiskanc

  • 3 iyul 2011 00:15
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
dersliklerden melumatim var idi daha genis oldu tesekkurler

xXxboykaxXx

  • 3 iyul 2011 00:00
  • Məqalə: 0
  • Şərh: 112
  • Bal:
{awards}
maraqli idi xosuma geldi

barbie doll

  • 8 may 2011 11:30
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
TESEKKURLER .........

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

jalicka

  • 8 may 2011 11:25
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
maraqli melumata gore tesekkurler

_RONALDO_

  • 8 may 2011 00:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
superv ellerine saglikTEWEKKURLER.

--------------------

panki

  • 7 may 2011 23:26
  • Məqalə: 3
  • Şərh: 87
  • Bal:
{awards}
bunun haqqinda oxumusam

--------------------
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır
_Kaş ki heç böyüməsəydim...yixilib dizim qanasaydi qəlbimin yerine .._.

calal_klas11@mail.ru

::..ONSLAUGHT::..

  • 7 may 2011 23:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
superv ellerine saglik

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 7 may 2011 22:43
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
COX SAG OL smile

--------------------

_Lucia_17

  • 7 may 2011 22:25
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
men bunlari coxdan bilirem yenede xatirlatdigin ucun coxsagol

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

lider

  • 7 may 2011 21:56
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER.

samir_252

  • 7 may 2011 21:54
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
buyrun














İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}