Eldar və Nigardan Düsseldorfda “Küçələrə su səpmişəm” – VİDEO

 
Eldar və Nigardan Düsseldorfda “Küçələrə su səpmişəm” – VİDEO

Azərbaycanın “Eurovision 2011” təmsilçiləri Eldar və Nigar Düsseldorfda “Esprit Arena”da baş tutan ikinci məşqdən sonra mətbuat konfransı keçiriblər. ANS telekanalının məlumatına görə, təmsilçilərimizin mətbuat konfransında ötən dəfə olduğu kimi, bu dəfə də soxsaylı jurnalist iştirak edib.

Mətbuat konfransı “Runnig scared” mahnısına çəkilmiş klipin nümayişi ilə başlayıb. Klipin nümayişindən sonra Eldar və Nigar mətbuat konfransının iştirakçılarına mahnının akustik versiyasını canlı ifa ediblər. Onları gitarada Moldavanın “Zdob si Zdub” qrupunun gitaraçısı müşayiət edib. Eldarla Nigarın ifası mətbuat nümayəndələrinin alqışları ilə qarşılanıb.

İfadan sonra jurnalistlər suallarını verməyə başlayıblar. Almaniyalı jurnalistin sualı daha maraqlı olub. O bildirib ki, sorğu keçirərək Azərbaycan təmsilçilərinin mahnısına olan münasibətlə maraqlanıb və “Runnig scared” mahnısının hər kəs tərəfindən bəyənildiyini öyrənib.

“Sizin mahnıya “xoşum gəlmir” deyən olmadı. Qalib olacağınıza inanırsınız?”, sualına Eldar və Nigar birlikdə, “Əlbəttə inanırıq. İnanmasaydıq, bu günə qədər gəlib cıxmazdıq”, deyə cavab veriblər.

Təmsilçilərimizə ünvanlanan digər sual “Azərbaycan və paytaxt Bakı müsabiqəni qəbul etməyə hazırdırmı?” olub. Duetimiz bu sualı “biz hər şeyə hazırıq” deyə cavablandırıb.

Daha bir sual, daha doğrusu istək məhz Eldara ünvanlanıb: “Bilirik ki, Bakı Slavyan Universitetinin tələbəsisiniz. Hazırda dərslərinizdən uzaq düşmüsünüz. Bəlkə müəllimləriniz üçun kiçik canlı ifa göndərəsiniz”. Eldar və Nigar bu istəyin qarşısında “Küçələrə su səpmişəm” xalq mahnısını ifa ediblər.




Geri dön

naz

  • 8 may 2011 16:39
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
Her ikisini cox beyenirem,xususile de Eldari.Ugurlar arzulayiram

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

_RONALDO_

  • 8 may 2011 15:52
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
bes niye dalasmisdiz?

--------------------

lider

  • 8 may 2011 15:15
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
YERI YOXDU

nilayka

  • 8 may 2011 13:53
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk maraqli xebere gore

--------------------

E_M_O

  • 8 may 2011 13:02
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWK EDIREM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}