Xəyanəti düşünmə

 
Xəyanəti düşünmə

Xəyanət əslində çox qəribə bir haldır.Bütün ətrafın xəyanətlə dolu olduğu anda bəzən elə özümüzdə xəyanətə uğrayırıq,və hətta dəfələrlə.
Və əlbət elə bir hiss keçirir ki insan o zaman,sanki dünya dağılıb,sanki artıq yenidən nəyisə qurmaq mümkünsüzdü,qəlbində dərin bir acı olur,hər xatırladıqda yenilənən bir ağrı.
Belə bir hissi yaşayan insan fərqli hərəkətlərə əl atır.Bəzən qisas hissini keçirir,bəzən özünə qəsd edir (özünü artıq lazımsız biri saydığından),bəziləri münasibətə aydınlıq gətirir,bəziləri sadəcə ayrılıb gedir.Və əlbət heçdə ayrılıq bu situasiyada ən doğru bir addım deyil.
İlk öncə sakitləşmək (əlbət ki bu heçdə asan deyil) və sonra düşünmək lazımdı:nədən oldu?necə oldu?səbəb nə?


Xəyanəti düşünmə


Xəyanətin bir çox səbəbi ola bilər:
1. Ölmüş bir sevginin bədəli.
Əlbət ki bu halda sən qarşındakı insanla sakit halda sönbət etməli və doğrunu öyrənməlisən. Bəzən bir çox insan özündə güc toplayıb qabaqcadan artıq sevginin olmadığını söyləyə bilmir. Və siz onu sadəcə sizə doğrunu demədiyinə görə günahlandıra bilərsiz, əsla sevginin öldüyünə görə deyil.


Xəyanəti düşünmə


2. Qarşılıqlı münasibətlərdə problemlərin bədəli.
Qarşılıqlı münasibətdə problemlərin olması heçdə sevginin ölməsi və ya olmaması demək deyil. Bəzən ailədə hansısa səbəbdən problem olduqda öz hirsini xanımında çıxarmamaq üçün bir çox kişilər xəyanətə əl atır. Və sonrada sakit halda evə qayıdır. O öz düşüncəsində problemi həll etmiş olur. Psixoloqlara görə bu tip xəyanəti bəzən mehribanlığın stabilizatorudur. Bu hissi yaşayan ailələr sonra daha çox bir-birinə qayğılı, səbrli və anlayışlı olur, artıq belə bir halın yaşanmaması üçün əlindən gələn hər şeyi edir.


Xəyanəti düşünmə


3. İnsanın daxilində ki problemlərin bədəli.
Bu tip problemlər əlbət saysız-hesabsızdır. Bəzən insanlar ciddi münasibətə hazır olmur. Və qarşısındakı insan onu tələsdirdikdə o daxilən sıxılır və xəyanətə əl atır. Bəzən insanlar özlərinə güvənmir. Və onlar intim yolla özlərinə inamı artırmaq istəyirlər. Və bəzəndə bir çox kişi elə düşünür ki, əsl kişinin həm həyat yoldaşı, eyni anda sevgilisidə olmalıdı. Hətta bəzən deyirlər ki, bir insana sadiq qalmaq ondan asılı vəziyyətdə qalmaq anlamını verir. Bu səbəbdən onlar xəyanətə əl atır.
Bütün səbəbləri araşdırdıqdan sonra birdəfəlik ayrılıq bəzən doğru seçim olmur, çünki əgər səbəb hansısa problemlərdisə, onların həllini tapmaqla nəyinki əvvəlki münasibəti yenidən qurmaq, hətta ondanda dərin və gözəl münasibət yaratmaq mümkündür.


Xəyanəti düşünmə


Əlbət xəyanət hər zaman tək intim münasibətlə ölçülmür. Xəyanət bəzən fikirlərlə olur, yanında ailən olsada onun qucaqlarkən başqasını düşünməkdə xəyanətdir. İnsan sevdiyi bir insana, ailəsinə xəyanət etməklə sadəcə özünü aldatmış, özünə xəyanət etmiş olur.

Bu səbəbdən gəlin xəyanəti heç düşünməyək..


Geri dön

AYKA87

  • 21 may 2011 19:01
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
ozune reva bilmediyini basqasina etme
eger biri sevdiyine xeyanet edirse emin olsun gunun birinde onada xeyanet edilecey
ama en pis xeyanet senin yaninda olarken basqasini dusunmesi bax bu insani pis incider

nmnm

  • 9 may 2011 00:24
  • Məqalə: 35
  • Şərh: 169
  • Bal:
{awards}
gerek insan ozu ucun istemediyini basqasina etmesin.....

_RONALDO_

  • 8 may 2011 23:19
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Bu səbəbdən gəlin xəyanəti heç düşünməyək.

--------------------

_Lucia_17

  • 8 may 2011 20:10
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
Bu səbəbdən gəlin xəyanəti heç düşünməyək..

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

kiss love

  • 8 may 2011 18:15
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurlerrrrrr

--------------------

Bu Menem

  • 8 may 2011 17:40
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

tekna_297

  • 8 may 2011 16:44
  • Məqalə: 37
  • Şərh: 527
  • Bal:
{awards}
hammiya salamlar butun dunyaya salamlar love

--------------------
emo

_RONALDO_

  • 8 may 2011 15:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
MARAQLI XEBERE GORE TEWEKKUR.!

--------------------

lider

  • 8 may 2011 14:35
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
MARAQLI TWKKUR.

nilayka

  • 8 may 2011 14:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli yazidi twkler

--------------------

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 8 may 2011 14:22
  • Məqalə: 1144
  • Şərh: 331
  • Bal:
{awards}
MARAQLI XEBERE GORE TEWEKKUR.!

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 87

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 536
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}