Gündəlik dualar

 
Gündəlik dualar


Bazar ertəsi gününün duası

Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, asilər Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur; beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb); Sənin əbədi və davamlı salamın olsun peyğəmbərinə; Allahım, bu günümün başlanğıcını xeyir, ortasını qurtuluş, sonunu kama çatmaq qərar ver; başlanğıcı qorxu, ortası taqətsizlik, sonu ağrı olan gündən Sənə sığınıram; Allahım, öhdəmə götürdüyüm, amma yerinə yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, bəndələrinin haqlarına görə Səndən bağışlanma diləyirəm; bəndə və kənizlərindən öhdəmdə haqqı olan və canına, şəxsiyyətinə, malına, ailə-övladına sülm-sitəm qıldığım, qeybətini etdiyim, azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, haqqını qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola ya yaxında, sağ ola ya ölmüş - ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə yetər; salam göndər Məhəmməd və onun əhli-beytinə, həmin şəxsləri istədiyin şəkildə məndən razı sal, mənə mərhəmət əta et; bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər vurmaz, ey mehribanların mehribanı; ya Rəbb, hər doşənbə günü mənə iki nemət əta et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik, günün sonunda bağışlanma və əfv; ey yeganə məbud; Ondan savayı günahları bağışlayacaq kəs yox!

Çərşənbə axşamı gününün duası

Həmd Allaha məxsusdur və Ona layiq olduğu kimi Onun haqqıdır; sığınıram Allaha öz nəfsimin şərindən – həqiqətən nəfs pisliyə sövq edir - yalnız Allahın rəhm etdiyindən başqa! Sığınıram Allaha günah üstən günah artıran şeytanın şərindən; Ona sığınıram hər günahkar asinin, sitəmkar hakimin, qəzəbli düşmənin şərindən; Allahım, məni öz firqəndən qərar ver, çünki yalnız sənin firqən doğru yoldadır; məni övliyalarından qərar ver, çünki yalnız övliyaların üçün qorxu yoxdur, onlar qəm-qüssə bilməzlər; Allahım, dinimi islah et, çünki din mənim işlərimi qoruyur; axirətimi islah et, çünki daimi mənzilim, məlunlardan qaçacağım yer oradadır; mənim üçün həyatı hər xeyirdə artım səbəbi buyur; ölümü hər bir şərdən asudəlik qərar ver; Allahım, salam göndər peyğəmbərlərin sonuncusu, elçilər sırasını tamamlayan Məhəmmdə, onun pak-pakizə ailəsinə və seçilmiş səhabələrinə! Çərşənbə günü mənə üç nemət əta et: bütün günahlarımı bağışla, bütün pərişanlıqları məndən uzaqlaşdır, bütün düşmənlərimi dəf et; adların ən üstünü olan Allah adıyla, yer və göyün Rəbbinin adıyla, başlanğıcı Onun qəzəbi ilə olan hər pislikdən uzaq dayanıram! Başlanğıcı Allahın razılığı olan hər xeyir işi özümə doğru çəkirəm; Allahım, işimi öz tərəfindən bağışlanma ilə başa çatdır; ey ehsan sahibi!

Çərşənbə gününün duası

Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha; sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın; istəsəydin yuxumu həmişəlik edərdin; elə bir sitayiş ki daimidir, qırılmaz, insanlar onu hesablaya bilməz; sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, xəstələndirdin, şəfa verdin, sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin; Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vəsitəsi gücdən düşmüş, çarəsi kəsilmiş, ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, süstlükdə əfsusu və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur; salam göndər peyğəmbərlərin sonuncusu Məhəmməd və onun pak-pakizə ailəsinə; Məhəmməd salavatullahın şəfaətini mənə ruzi et; məni onunla yoldaşlıqdan mərhum etmə, Sən ərhəmər-rahiminsən; Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevuncimi Sənə ibadətdə, rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver; həqiqətən sən istədiyinlə müdara edirsən!

Cümə axşamı gününün duası

Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün nurunu gətirən Allaha məxsusdur – nemətlərinə qərq oluğum halda; Allahım, məni bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru; salam göndər Məhəmməd və onun ailəsinə; bu gündüz və gecə, sonrakı günlər haram işlərə əl uzatdığıma, günahlarıma görə məni cəzalandırma; bu günün xeyri və onda olanları, sonrakı günlərin xeyrini mənə ruzi et; bu günün şəri və onda olanları , sonrakı günlərin şərini məndən uzaqlaşdır; Allahım, mən İslam əhdi ilə Səninlə ünsiyyət axtarıram, Quran ehtiramla Sənə etimad edirəm; Məhəmməd-Mustafa salavatullah və onun ailəsi vasitəsilə Səndən şafaət soraqlayıram; Allahım, istəyimin yerinə yetməsində ümid etdiyim əhdi qəbul et; ey mehribanların mehribanı; Allahım, cümə axşamı mənim beş istəyimi qəbul et; yalnız Sənin böyüklüyünlə onlar həyata keçər; yalnız Sənin nemətlərinlə onlara güc çatar: vasitəsilə Sənə itaət gücü qazanacağım sağlamlıq, məni mükafatına nail edəcək pərəstiş, halal ruzi ilə bolluq, bərzəx və qiyamətin təhlükəli dayanacaqlarında məni öz amanında saxla, qəmli hadisələrdən öz pənahında qoru; salam göndər Məhəmməd və onun ailəsinə; o həzrətə təvəssülümü (onu vasitə seçməyimi) qiyamət günü mənə şəfaət və faydalı qərar ver; həqiqətən Sən mehribanların mehribanısan!

Cümə gününün duası

Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, movcudların fənasından sonra sonu olan Allaha məxsusdur; Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz; Onu çağıranı naümid etməz; ümid edənin ümidini qırmaz; Allahım , mən Səni şahid götürürəm, Sənin şahidliyin bəs edər; şahid götürürəm mələkləri, səma sakinlərini, ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid götürürəm) ki, şəhadət verirəm: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv, dəyişiklik yoxdur; şəhadət verirəm ki, Məhəmməd salavatullah Sənin bəndən və rəsulundur; bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə lazımınca çalışdı; haqqı olana yaxşı mükafat vəd etdi, haqqı olanı pis aqibətlə qorxutdu; Allahım, Sənsən məni həyatda saxlayan; məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra azdırma; mənə öz tərəfindən mərhəmət nəsib et; həqiqətən Sənsən bağışlayan; salam göndər Məhəmməd və onun ailəsinə; məni onların ardıcılı, şiələrindən qərar ver; onların sırasında məşhur et, qiyamət səhnəsinə gətir; məni cümədə vacib olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et; Sənsən iqtidar və hikmət sahibi.

Şənbə gününün duası

Sığınanların sözü və danışığı olan Allahın adı ilə; sığınıram Allah-taalaya sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən, zalımların düşmənçiliyindən; sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə Ona sitayiş edirəm; Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah ki, bu padşahlığı bir başqası verməmiş – Sənin fərmanın qarşısında ziddiyyət olmaz, səltənətində keşməkeş baş verməz; Səndən istəyirəm salam göndərəsən bəndən və rəsulun Məhəmmədə; nemətlərin müqabilində şükür yolunu elə öyrədəsən ki, məni Sənin son həddə razılığına çatdırsın; Sənə itaətdə, ibadətinə ardıcıllıqda, lütfünlə mükafatına çatmaqda mənə kömək göstərəsən; həyatda ikən günahdan uzaqlığı mərhəmət edəsən; dünya həyatında saxladığın müddətdə xeyrimə olacaq işlərdə müvəffəq edəsən; öz kitabın vasitəsilə köksümü genişləndirəsən; onu oxumaqla günahlarımı yuyasan, mənə dinim və canımda sağlamlıq əta edəsən; həmdəmlərimi mənə dəhşətli etmə; qalan ömrümdə mənə ehsanını sona çatdır, necə ki keçmişdə ehsan etmisən; ey mehribanların mehribanı!

Bazar gününün duası

Yalnız fəzlinə ümid etdiyim, yalnız ədalətindən qorxduğum, bir Onun dediyinə etimad göstərdiyim, bir Onun ipinə sarıldığım Allahın adı ilə! Ey əfv və razılıq sahibi, Sənə sığınıram (insanlar tərəfindən) sitəm və düşmənçilikdən, dövrün keşməkeşlərindən, ard-arda düzülən qəmlərdən, gecənin acı hadisələrindən, hazırlaşmamış və azuqə toplamamış ömrün başa çatmasından; mənim xeyirim və islahım üçün olan göstərişi yalnız Səndən istəyirəm; kama çatmağa yaxınlıqda Səndən yardım diləyirəm; tam sağlamlıq libası geyinmək və daimi sağlamlıq üçün Sənə ümid edirəm; Ey Rəbbim, sığınıram Sənə şeytanların vəsvəsələrindən; Sənin səltənətin vasitəsilə sultanların sitəmindən qorunmaq sorağıncayam; (Ey Rəbbim) namaz və orucumu qəbul et; sabahımı və ondan sonranı bu saat və bu günümdən üstün et; məni qohum-əqrəba arasında əziz buyur; məni oyaq olduğum və yatdığım vaxt hifz et; Sən Allah olaraq ən yaxşı qoruyansan; Sən mehribanların mehribanısan; Allahım, bu gün və başqa bu günlər (yekşənbələr) şirk və dinsizlikdən Sənə doğru qaçıram; duamı xalis edirəm ki, qəbul olunsun; Sənə itaətdə davamlıyam; ən üstün yaratdığın, haqqa doğru çağıran Məhəmmdə (s) salam göndər; məni bitib-tükənməyən izzətinlə əziz et; yuxu bilməyən nəzərinlə qoru; xalqdan çəkindirib özünə yönəltməklə işimi sona çatdır; ömrümü bağışlanmaqla sona yetir; Sənsən bağışlayan və mehriban!

ALLAH BÜTÜN DUALARINIZI QƏBUL ETSİN. AMİN


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:03
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Dunya_Sevgi

  • 29 avqust 2011 15:14
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.........

_RONALDO_

  • 9 may 2011 14:07
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
men bir kitab var orda bu dualar yazilib yenede ALLAH razi olsun

men bir kitab var orda bu dualar yazilib yenede ALLAH razi olsun

--------------------

YazYamuru

  • 9 may 2011 00:44
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
~~~~oxudum bu günün duasini cooox sagolun deyerli mövzuya göre te$ekkürler~~~~

--------------------



beyaz melek

  • 8 may 2011 23:45
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
ALLAH KOMEYINIZ OLSUN.TESEKKUR EDIREM

AMIN INSALLAH

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

_RONALDO_

  • 8 may 2011 23:09
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
men bir kitab var orda bu dualar yazilib yenede ALLAH razi olsun

--------------------

nilayka

  • 8 may 2011 21:24
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
deyerli movzudu Allah razi olsun

--------------------

Bu Menem

  • 8 may 2011 21:16
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

lqasimova

  • 8 may 2011 21:07
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
Teshekkur.

_Lucia_17

  • 8 may 2011 20:17
  • Məqalə: 0
  • Şərh: 415
  • Bal:
{awards}
men bir kitab var orda bu dualar yazilib yenede ALLAH razi olsun

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 51
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}