Elm haqqında

 
Elm haqqında

Peygember (s) buyurur : Ey Ebazer,her kes evinden cixib elimden bir fesil oyrense,atdigi her addima gore ALLAHTEALA bir Peygemberin ibadet savabini onun ucun yazar .Ewitdiyi ve ya yazdigi her herfin muqabilinde cennetde ona on bir weher verer ..
Her kes evden cixib axiret menfeeti ucun elimden bir fesil oyrense ve bawqasina oyretse ,ALLAHTEALA her qedemine gore min illik orucun savabini onun ucun yazar .
.Demeli her bir emelin savabi elmin savabina catmaz .. Telebenin getdiyi yol cennet yoludur .. IMAM BAQiR (e) buyurur .. Bir gun PEYGEMBER mescidindeydik ..Bu zaman Ebuzer daxil odu mescide ,,, ve Peygember (S) -e dedi .. Ey ALLAHIN Resulu ! Sizin yaninizda bir abi-din cenazesi bawinda hazir olmaq yaxsidir ,,yoxsa alim meclisinde hazir olmaq ..?
PEYGEMBER (s) buyurdu : EY EBAZER ! elm oyrenmek ucun bir saat oturmaq min wehidin cenazesi bawinda olmaqdan ALLAH yaninda daha yaxwidir ,,ELM ucun bir saat oturmaq min defe peygemberle yanawi cihad etmekden ve QURAn oxumaqdan daha yaxsidir ...
Ebuzer : - Ey ALLAHIN Resulu ! Elm oxumaq Quran oxumaqdanda yaxsidir ..?
PEYGEMBER (s) buyurdu :- ELM oxumaq ucun bir saat oturmaq QURANI oniki min defe xetm etmekden daha yaxsidir ..
PEYGEMBER buyurdu : ELM OYRENIN , cunki elm halali haramdan ayirir ,,,Bir saat elm oyrenmek gunduzleri oruc tutub ,geceleri namaz qilmaqdan daha yaxsidir ,,,Alimin uzune baxmaq min bende azad etmekden daha yaxsidir ..!
ELM HAQQINDA
Elm haqqında

Ey Rəsulum! Qurani-Kərimi bütün məxluqati yoxdan yaradan Rəbbimin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. “Qurani-Kərim”-dən

Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Həzrəti Mühəmməd (Səlləllahu əleyhi və alıhı vəsəlləm)

Ağaclar coxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. Həzrəti İsa əleyhissalam

Hər qab içinə bir şey qoyulduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənər. Həzrəti Əli əleyhissalam (Birinci imam)

Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. Həzrəti Əli əleyhissalam (Birinci imam)

Könlüm elmlərdən qalmadı məhrum,
Sonda bildim heç nə deyilmiş məlum. Nəsirəddin Tusi (Azərbaycan alimi və dövlət xadimi)

Kim özündən çox bilənə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar. Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

“Pərvərdigara, mənim elmimi artır”, - de. “Qurani-Kərim”dən

Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, ədəbi səadət verilmişdir. “Qurani-Kərim”dən

Beşikdən məzara qədər elm istəyin. Hz.Məhəmməd

Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. Hz.Məhəmməd

Alimin mürəkkəbi və şəhidin qanı göylər üçün eyni rəngdədir. Hz.Məhəmməd

Yazıqdır o adam ki, bir şeyi bilmir, yazıqdır o adam ki, bildiyinə əməl etmir. Hz.Məhəmməd

Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir. Hz.Məhəmməd

Sən 3 yolla ağıllı ola bilərsən... 1. Təcrübə yolu ilə - bu ən ağır yoldur. 2. Tənqid yolu ilə - bu ən asan yoldur. 3. Düşüncə yolu ilə - bu ən nəcib yoldur. Nəsrəddin Tusi

Elm səbəb, əməl isə nəticədir. Nəsrəddin Tusi

O adam ki bilir və biliyi ilə başqalarını heyran edir, o alimdir; ona ehtiram edin.
O adam ki bilir və biliyinə güvənmir, o özündən xəbərsizdir; onu tənqid edin.
O adam ki bilmir və öyrənməyə cəhd edir, o zəhmətkeşdir; ona kömək edin.
O adam ki bilmir və öyrənmək də istəmir, o ağılsızdır; ondan uzaq olun. Nəsrəddin Tusi

Elmə iki yanaşma vardır: yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik. İndi bir çox ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Mən düşünürəm ki, Azərbaycanda romantiklər, hər halda qalmışlar. Ola bilsin ki, bu, pulun elə bir böyük əhəmiyyətə malik olmadığı sovet dövrünün mirasıdır. Bu gün dünyada romantik kimi qalmaq olmaz – biz praktik olaraq cəngəlliklərdə yaşayırıq. Lütfizadə

Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək. Lütfizadə

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Ə.H.Bəhmənyar

Muhəmməd Qəzzalidən soruşdular:
- Elmdə bu dərəcəyə necə çatdın?
Dedi:
- Bilmədiyim şeyi soruşmaqdan utanmadım. Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Elmin, hünərin, mərifətin varsa, buyur gəl!
Yoxsa bu həyat aləmində olma bir əngəl.
Ərbabi-kəmalın yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan. Məhəmməd Nadi (Azərbaycan şairi)

Bütün elmlərin açarı sual işarəsidir. Onore de Balzak (Fransız yazıçısı)

Həyatda ən böyük mürşid elmdir.Mustafa Kamal Atatürk

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət
Alimin rütbəsi ucadır əlbət. Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən uzaqlaşmaq kimi insan ömrünü məhv etmir. Həzrəti Loğman (Hikmət sahibi)

Elm öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz. Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən çətin yaşayan olmazdır. Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Nursuz göz kimidir elmsiz ürək,
Nadan insanlıqdan uzaqdır gerçək. Marağalı Rüknəddin Əvhəli (Azərbaycan şairin və mütəfəkkiri)

Elm haqqında

Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan. Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Elm öz mənbəyi etibarilə əbədidir; fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmayıb: həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur. Andre Berte (Fransız yazıçısı)

Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. Pyer Buast (Fransız dilşünası)

Elmdir cümlə-sənətin dəyəri,
Elmsiz sənətin nədir dəyəri? Abbas Səhhət (Azərbaycan şairi)

Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil. Naməlum

Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrənirlər. Frensis Bekon (İnqilis alimi və humanisti)

Elm kamil alimlərdən öyrənilir.
Alimlərin məclislərində ədəblə oturun. Onların məclislərinə elm və irfanlardan faydalanmaq məqsədi ilə gedin. Başqa niyyətlə getməyin. Əbdülqadir Geylani (İslam mütəfəkkiri)

Elm əməl üçündür. Sırf əzbərləmək və insanlara anlatmaq üçün deyildir. Əbdülqadir Geylani (İslam mütəfəkkiri)

Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır. Sinoplu Diogen (Qədim yunan filosofu)

İnsanlar təəccüblənməyi sevirlər və bu, elm üçün toxum rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir. Ralf Emerson (Amerika şairi və filosofu)

Elm özünü bilməkdir. Yunus Əmrə (Türk şairi)

Elmi oğru apara, əcəl də öldürə bilməz. Marağalı Rüknəddin Əvhəli (Azərbaycan şairin və mütəfəkkiri)

Elmli olan güclü olar. Əbülqasım Firdovsi (İran şairi)

Elmdən keçməyən yolun sonu qaranlıqdır. Hacı Bəktaş Vəli (Türk mütəfəkkii və şairi)

İnsanın ən böyük sərvəti pulu deyil, elmidir. Ceyms Harrinqton (İngilis yazıçısı və filosofu)

Elm öyrənmək heç vaxt gec deyil. İbn Sina (Şərq filosofu və həkimi)

Könül əhlinin elmi onları daşıyar, bədən əhlinin elmi isə özünü onlara daşıtdırar. Cəlaləddin Rumi (Türk mütəfəkkiri və şairi)

Elm haqqında

Elm sahilsiz bir dəryadır, alim də sahilsiz dəryaya dalmış bir dalğıcdır. Cəlaləddin Rumi (Türk mütəfəkkiri və şairi)

Elm o dünyaya aparılacaq ən böyük sovqatdır. “Kəlilə və Dimnə”-dən

Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu, kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur. Vasili Osipoviç Klyuçevski (Rus tarixçisi)

Qədimdə insanlar elim kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün dünyanı fəth etmək naminə öyrənirlər. Konfutsi (Qədim Çin mütəfəkkiri)

Elm insanın həm beynini, həm də cismini şövqləndirir. Mişra Krişna (Hind dramaturqu)

Elmdən alver məqsədilə istifadə etsəniz, bütün elm aləmini təhqir etmiş olarsınız. Con Qay (İngilis şairi)

Elmsiz iş şoran yerə səpilmiş toxum kimidir. Həmdullah Mustövfi Qəzvini (Fars tarixçisi və şairi)

Həqiqi elm nə rəğbət bilir, nə ədavət – onun yeganə məqsədi həqiqətdir. Arturo Qraf (İtalyan yazıçısı və alimi)

Elmdə həqiqət həmişə özünə yol açır. Lev Davidoviç Landan (Bakılı fizik, Nobel mükafatı laureatı)

Elm mahiyyət etibarilə həqiqət axtarışıdır. Fransua de Laroşfuko (Fransız yazıçısı)

Elm əhli heç vaxt qaranlıqda qalmaz. Çarlz Marden (Amerika dilşünası)

Elmlə məşğul olmadan dünyanın sirlərini necə öyrənə bilərsən? Moris Meterlink (Belçika şairi və dramaturqu)

Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur. Corc Mut (İrland yazıçısı)

Puç inanclar cahillikdən doğur və onlardan qurtulmaq üçün hökmən elmə yiyələnmək gərəkdir. Naməlum

Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik. İsaak Nyuton (İngilis fiziki və astronomu)

Elm dərkdən başqa bir şey deyildir. Platon (Qədim yunan filosofu)


Geri dön

Nigar

  • 9 may 2011 18:51
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
tewekkurler

_RONALDO_

  • 9 may 2011 14:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
bele gozel yaziya gore coxsagol

--------------------

lider

  • 9 may 2011 14:06
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

Lindo

  • 9 may 2011 10:14
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər əladı

beyaz melek

  • 8 may 2011 23:15
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
COOX MARAQLIDIR TESEKKURLER

TESEKKURLER

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

_RONALDO_

  • 8 may 2011 23:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
bele gozel yaziya gore coxsagol

--------------------

nilayka

  • 8 may 2011 21:28
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox gozel movzudu GOZEL MOVZUYA GORE MINNETDARAM winked

--------------------

Bu Menem

  • 8 may 2011 21:12
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

-=EFSANE-XANIM=-

  • 8 may 2011 21:00
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
COX MUDRIK KELAMLARDIR

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

_Lucia_17

  • 8 may 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
bele gozel yaziya gore coxsagol

Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan. Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 535
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}