Sevmek varken,niye incidirik bir-birimizi

 
Sevmek varken,niye incidirik bir-birimizi

Sevmək varkən, niyə incidirik bir-birimizi?!

Biz körpəykən həyat nə qədər də sadə idi... Həyat nə qədər də gözəl görünürdü gözlərimizə... Necə də gözəl gülüşlə qarşılayırdı bir təbəssümlə, şux bir bizi həyat... Günəş necə də parlaq idi, şüaları nə gözəl işıq açırdı ətrafa...
Sonra biz yavaş-yavaş böyüməyə başladıq.Həyat addım-addım mürəkkəbləşdi,çətinləşdi. Ancaq yenə də gözəldir həyat... Sanki bu mürəkkəblik,bu çətinlik onu daha da dəyərli edir.Amma artıq əvvəlki tək gülümsəmir həyat,əvvəlki tək parlaq deyil günəş elə bil... Sanki bir kölgə qaplamış üzünü,heç cürə çəkilmək bilmir...Təbiət də nəsə başqalaşıb sanki...
Amma gülüşünü də görürəm,gözəlliyini də görürəm həyatın! Bax onda mən də gülürəm,yaşamaq eşqi baş qaldırır içimdə... Ümidlərim, arzularım sığmaz olur ruhuma, yaratmaq istəyi oyanır qəlbimdə...
Lakin birdən elə bir hadisə ilə qarşılaşıram ki, elə bir insan gözlərini görür ki gözlərim... O gözlərdə sönməkdə olan, lakin itməmək üçün dirənən,yaşamaq üçün bəlkə də sadəcə bir gülümsəməyə ehtiyacı olan bir ümidlə qarşılaşır gözlərim. Bax o an ağlayan bir həyat görürəm qarşımda. Acımasız insanlarla dolu olan bir həyat götürəm qarşımda. Bir sual qopur ta qəlbimin içindən: “NİYƏ AĞLAYIR GÖRƏSƏN HƏYAT? “. Gülmək varkən,bir-birini sevmək,yardımlaşmaq varkən ,niyə ağlamalıdır axı bu həyat?!

Axı böyük Yaradan belə yaratmayıb dünyamızı, nə də bizi! O, sevgilə qoyub bu dünyanın təməlini! Bəs biz özümüz necə? Biz özümüz də hansısa bir sevginin nəticəsi deyilikmi?
Axı, Allahım gözəl yaradıb hər şeyi... Niyə pis əməllərimizlə bu gözəlliyi pozub, ləkələyirik? Onun bizə bəxş etdiyi neçə-neçə lütflərə qarşı bu qədər nankorluq edirik. Onun sevgisinə biganə yanaşırıq?

Xöşbəxtlik nisbi bir anlayışdır,o sadəcə bir andır, yaşanır və bitir.Xöşbəxtliyi bir dəfə daddıqmı onun əsirinə çevrilir,gedəni geri qaytarmaq üçün,O anı bir daha yaşamaq üçün çalışır,vuruşuruq. Dünya ehtirası gözlərimizi elə bürüyür ki, ,bu yolda önümüzə nə gəldi məhv edirik. Yetərki,o xöşbəxtliyi bir daha dadaq!!! Biz qərib bir xöşbəxtlik axtarışındaykən anlamırıq ki, özümüzü, mənliyimizi və əsl xöşbəxtliyimizi itiririk!.. Bunu anlamaq istəmirik ki,hər şeyin,hər şeyin bir sonu var həyatda.Gələn bir gün gedir,var olan bir gün yox olur və ən nəhayət dünyanın da bir sonu var,hislərin də xöşbəxtliyin də... Elə isə nə vaxtsa itirəcəyimiz bir şey üçün nədir bu qədər cəhdlər? Nəyə lazımdir qırılan qəlblər, nəyə lazımdır acı sözlər, məhv edilən həyatlar ?!

Sonsuz olan bir tək ODUR,bir tək Onun sevgisidir heç bitməyən, tükənməyən,heç aldatmayan,xəyananət etməyən!!! Bir tək ONUN sevgisidir sonsuz olan!!! Elə isə ömrümüzü boş-boş işlərə sərf etməkdənsə,Rəbbimizin sevgisini qazanmaq üçün, gözəl bir əbədiyyət qazanmaq üçün çalışmaq daha məntiqli deyilmi? Bax onda əsl sonsuz xöşbəxtliyə qovuşmarıqmı?
Bu dünyada ağlatdığımız həyatlar yarın heç ummadan qarşımıza çıxacaq,bax,o zaman heç bitməyəcək əbədiyyətimiz ağlayacaq!!!
Mən artıq istəmirəm yaşadığım dünyada yalan görmək, zülm görmək, ümidsiz ümidlər görmək istəmirəm daha!.. Dərd dinləmək, dərd görmək istəmirəm daha!.. Amma bu mümkün deyil bilirəm! Nə qədər ki, dünya duracaq,bədxah insanlar daim olacaq...Bəlkə də onlarsız həyatın bir anlamı olmazdı,bəlkə də onlar olmadan Allahıma bu qədər çox tapına bilməzdim!...

AMMA GƏLƏCƏK BİZİM ƏLİMİZDƏDİR! GƏLİN ƏN AZINDAN BU BƏDXAHLARI BİRAZ DA OLSA AZALDAQ GƏLƏCƏK DÜNYAMIZDA! ONLARIN AÇDIQLARI YARALARI HƏRƏMİZ BİR YANDAN QAPATMAĞA ÇALIŞAQ Kİ, DAHA ÇOX QANAMASINLAR... GƏLİN ELƏ EDƏK Kİ, GƏLƏCƏK DÜNYAMIZDA BU SUALI ÖZÜMÜZƏ DAHA AZ VERƏK: “ NİYƏ AĞLAYIR GÖRƏSƏN HƏYAT? “


Geri dön

_NaZaN_

  • 22 yanvar 2012 19:26
  • Məqalə: 0
  • Şərh: 227
  • Bal:
axira qeder oxudum maragli idi twkler..

Bu Menem

  • 9 may 2011 19:38
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

TARZAN_86

  • 9 may 2011 14:29
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
DUNYA GORUNDUYU QEDER GOZEL OLSAYDI KORPE ILK DUNYAYA GELENDE AGLAMAZDI...
AMA MEN BOGULMUWDUM:)))))))

--------------------
1 gün gelip "ben mi dünya mı" die soracaksın Ben dünya diyeceğim we sen çekip gideceksn ama blmeyeceksin ki benim dünyam sensin

jalicka

  • 9 may 2011 14:26
  • Məqalə: 27
  • Şərh: 1988
  • Bal:
{awards}
dogrudur tesekkurler

nilayka

  • 9 may 2011 14:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli yazidi sag ol

--------------------

_RONALDO_

  • 9 may 2011 14:03
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler

--------------------

hazal kaya

  • 9 may 2011 13:46
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
twk winked

lider

  • 9 may 2011 13:45
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

qaraqan_girl

  • 9 may 2011 12:50
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
Sitat: Ba_T_yA
Tewekkurler


Ba_T_yA

  • 9 may 2011 12:37
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
Tewekkurler

beren saat

  • 9 may 2011 11:57
  • Məqalə: 30
  • Şərh: 445
  • Bal:
{awards}
wink tsk

--------------------

Nigar

  • 9 may 2011 11:45
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
{awards}
tesekkurler

samir_252

  • 9 may 2011 11:27
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 35
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}