FFS LCD Ekranla Təchiz Olunacaq Amazon Planşeti İlin II Yarısında Satışa Çıxarılacaq

 
FFS LCD Ekranla Təchiz Olunacaq Amazon Planşeti İlin II Yarısında Satışa Çıxarılacaq

DigiTimes resursunun verdiyi xəbərə görə, Tayvan istehsalçısı Quanta Computer şirkəti Amazon-dan planşet istehsalı üçün sifariş almışdır.

Belə ki, Amazon şəxsi brendi altında alıcılara öz internet dükanından rahat istifadə etməyə imkan verəcək planşet təqdim etmək niyyətindədir. Bundan öncə belə güman edilirdi ki, qurğunun hazırlanması üçün sifariş Samsung şirkətinə veriləcək. Amma yayılan məlumatlardan aydın olur ki, istehsal Quanta Computer-ə həvalə olunmuşdur.

Ekran

Verilən məlumata əsasən, planşet Fringe Field Switching (FFS) LCD ekranı ilə təchiz olunacaq. E-Ink - Hydis şirkəti tərəfindən istehsal olunan bu panellər IPS texnologiyasını xatırladır və iri görmə bucaqları və yüksək parlaqlığı ilə seçilir.

Proqram Təminatı

Gəzən şayiələrə görə planşet Android əməliyyat sistemi və ya hər hansı bir digər Linux versiyası ilə təchiz olunacaq.

Proqnozlaşdırılan Satış Həcmi

Belə gözlənilir ki, satışların pik həddə çatacağı mövsümdə Amazon planşetindən ayda 700-800 000 sayda tədarük görüləcək.

DigiTimes-a istinadən, Quanta ilk məhsul təchizatına artıq bu ilin ikinci yarısında başlayacaq. Amma bu barədə şirkət özü heç bir rəsmi açıqlama verməyib.


Geri dön

Inciciceyi

  • 11 may 2011 10:49
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkur edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Online-Boy

  • 10 may 2011 12:29
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
tewekkurler.............

_RONALDO_

  • 9 may 2011 16:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWK MARAQLLIDIR

--------------------

nilayka

  • 9 may 2011 15:35
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
smile twk xeber ucun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}