Azərbaycanda daha çox hansı avtomobillər yanır?

 
Azərbaycanda daha çox hansı avtomobillər yanır?

Dövlət Yol Polisinin rəsmisi avtomobillərdə baş verən yanğınların səbəbini açıqladı.

Ölkədə yol qəzalarının artması barədə çox yazılıb. Milli.Az xəbər portalının məlumatına görə, avtomobillərin iştirakı ilə olan hadisələr arasında yanğınlar da az deyil. Hüquq-mühafizə orqanlarının güngəlik informasiya xülasələrində az qala hər gün avtomobillərdə yanğın hadisələrinə rast gəlinir.

Statistika

Fövqəladə Hallar Nazirliyindən əldə etdiyimiz məlumata görə, təkcə 2011-ci ilin ilk 3 ayı ərzində nəqliyyat vasitələrində 48 yanğın hadisəsi olub. Yanğınlar zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğın hadisəsi 2 fakt, ölüm və xəsarət alanların sayı bir nəfər artıq olub.

Avtomobillər niyə yanır?

Mütəxəssislər avtomobillərdə baş verən yanğınlarda başlıca səbəbi kimi qısaqapanmanı göstərir. Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlov Milli.Az xəbər portalı bildirdi ki, qısaqapanmanın yaranmasında isə əsas amil havada rütubət və nəmişliyin çox olmasıdır. Elmlər namizədi deyir ki, rütubətli havalarda avtomobillərin elektrik avadanlıqlarında izolə qatının pozulması hesabına qısaqapanma baş verir. Belə hallarda yanğın halları daha çox olur. Avtomobil işlək vəziyyətdə olan zaman isə qısaqapanma nəticəsində elektrik elektirk gövdəyə verilir, nəticədə yanğın meydana gəlir. Son günlər havaların rütubətli və yağmurlu olmasının yanğınlarda rolu çoxdur.

Yanğın hallarının azalması üçün sürücülərin vəzifəsi

S.Gözəlovun sözlərinə görə, avtomobillərdə yanğın hallarının qarşısını almaq üçün sürücülər ilk növbədə avtomobillərini saz vəziyyətdə saxlamalıdır. Avtomobillərin elektrik təchizatı yoxlanılmalı, kabel və naqillərində gərginlik boşalmasının olub-olaması müəyyənləşdirilməlidir. Əgər bütün bunlar əməl edilsə, yanğın hadisələri kəskin şəkildə azala bilər.

“Eyni zamanda sürücülər maşınlarında yanğınsöndürən balon gəzdirməlidir. Avropa və Şərq dövlətlərində istehsal edilmiş avtomobillərinin konstruksiya dəstində bunlar nəzərdə tutulub. Əgər maşında kiçik alışma baş verirsə, sürücü özünü itirməməli və tez həmin balonla yanğının qarşısını almalıdır. İlk öncə mühərrik sondürülməlidir. Sürücü bacara bilsə, elektirik açarını akkumlyator batareyasından ayırmalıdır ki, elektrik şəbəkəsi işləməsin”, - deyə S.Gözəlov məsləhət verdi.

Ən çox yanğın baş verən avtomobillər

S.Gözəlov qeyd etdi ki, ən çox yanğın köhnə buraxılış ili olan xarici maşınlarda müşahidə olunur. Son 10 ildə apardığımız müşahidələrə görə, köhnə modelli xarici maşınlarda olan yanğın halları hətta sovet istehsalı olan avtomobillərdən də çoxdur. Həmin maşınların elektrik təchizatında nasazlıqlar baş verir ki, bu da özünü yanğınlarla büruzə verir.

DYP rəsmisi avtomobil yanğınlarının səbəbini açıqladı

Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə avtomobil yanğınların əksəriyyətinin avtomobilin elektrik sisteminə, naqillərinə müdaxilə səbəbindən baş verdiyini deyir. Şöbə rəisi portalımıza açıqlamasında vurğuladı ki, bu gün avtomobillərə əlavə qurğular, siqnallar, videomonitorlar quraşdırılır. Onun sözlərinə görə, bütün bu işlər təminatlı texniki təmir stansiyalarında həyata keçirlimir. Ona görə də belə qurğu və avadanlıqlar ayrı-ayrı yerlərdə kustar üsullarla, mütəxəssis olmayan şəxs tərəfindən həyata keçrildiyindən, avtomobillər dayandığı yerdə öz-özünə alışır. Axı avtomobilin adi halda heç bir səbəb olmadan alışması mümkün deyil.

K.Əliyev digər nöqsan kimi sürücülərin avtomobilə yanğınsöndürən balonlar qoymamasını göstərdi: “Texiniki baxışdan keçərkən bu avadanlıqlar tələb olunur. Texniki baxışdan keçən avtomobildə yanğınsöndürən balon olmaması mümkün deyil. Ola bilər ki, texniki baxışa gələn avtomiobilin sürücüsü digər sürücüdən müvəqqəti olaraq balon və ya dərman qutusunu alır, texniki baxışdan keçdikdən sonra qaytarır. Həmin şəxs fikirləşmir ki, sabah avtomobilində yanğın baş verə bilər. Özü də, bu yanğını su və qumla söndürmək mümkün deyil. Bəzən isə alovlar söndürülənə kimi avtomobil tamamilə yanır, ban hissəsi sıradan çıxır”.

Yanğınsöndürən balonu, dərman qutusu olmayan avtomobilə hansı qadağalar tətbiq olunur?

“Hər bir avtomobil sahibi, nəqliyyat vasitəsinin sürücüsü “Yol Hərəkəti Haqqında” Qanunun 1 saylı əlavəsinin tələbinə uyğun olaraq, avtomobilini müvafiq vasitələrlə təmin etməlidir. Burada tək yanğınsöndürən balondan söhbət getmir - dərman qutusu, qəza-dayanma nişanı və digər tələblərə mütləq əməl etməlidir ki, ekstremal vəziyyətlərdə aciz qalmasın. Eyni zamanda, 1 saylı əlavədə nəqliyyat vasitəsinin yol hərəkərtindən kənarlaşdırılmasına səbəb olan nasazlıqlar siyahısı var. Avtomobilin yanğınsöndürən balonu, dərman qutusu yoxdursa, həmin nəqliyyat vasitəsinin hərəkəti yolda hətta qadağan oluna bilər”, - deyə DYPİ-nin rəsmisi əlavə etdi.


Geri dön

R.M_FaNaTka

  • 12 may 2011 11:51
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
menlik deyil twk

--------------------

★Adriana★

  • 10 may 2011 15:51
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Inciciceyi

  • 10 may 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Xeber ucun twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Nur_Ay

  • 9 may 2011 23:31
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
maraqlı xeberdir chox sagol

--------------------

_RONALDO_

  • 9 may 2011 23:28
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
mene aid deyil hec bilmiremde

--------------------

jalicka

  • 9 may 2011 23:08
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
mene aid deyil hec bilmiremde

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}