9 Mayı bayram etməliyikmi?

 
9 Mayı bayram etməliyikmi?

Bu gün 9 may faşizm üzərində qələbənin ildönümü bayram edilir. İkinci Dünya savaşı Azərbaycan xalqı üçün də ağır keçib. Müharibədə 600 min insanını itirib. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçiblər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

Hər il ölkəmizdə 9 may qələbə günü müxtəlif formalarda bayram kimi qeyd olunur. Lakin artıq Sovetlər Birliyi dağılıb. O üzdən son illərin bir sualı da budur ki, ümumiyyətlə müstəqil Azərbaycanda mayın 9-u Qələbə bayramı kimi qeyd olunmalıdırmı?
Keçmiş hərbiçi, Qarabağ veteranı Üzeyir Cəfərov suala təsdiqi cavab verdi: “Çünki Azərbaycan 600 min vətəndaşını həmin müharibəyə göndərib. Həmin müharibədə bizim xeyli itkimiz olub. Həmçinin Azərbaycanda çox az sayda Böyük vətən müharibəsi iştirakçısı qalıb. Həmin insanların vətən qarşısında çox böyük xidmətləri olub. Ona görə də bu bayram qeyd olunmalı və əsasən də müharibə iştirakçılarının problemləri həll olunmalıdır. Hər bir dövlətin şərəf borcu olmalıdır ki, xidmət göstərmiş həmin insanların problemini həll etsin, onlarla maraqlansın. Böyük vətən müharibəsindən qalan 110 yaşlı son döyüşçü də dünyasını dəyişdi. Bizdə müharibənin iştirakçılarına 500 manat yardım edildi. Ancaq mən hesab etmirəm ki, bu pul böyük məbləğdir. Dövlət həmin şəxslərin bütün qayğılarını üzərinə götürməlidir. İndiki gənclik müharibə zamanı şücaət göstərənlərin çoxunun ad və soyadını bilmir. Rusiyada, İtaliyada, Ermənistanda bu bayram yüksək səviyyədə qeyd olunur. Buna görə də bu qədər iqtisadi imkanları olan dövlətimiz həmin müharibə veteranlarının qayğısına qalmalıdır. Belə ölkə üçün 5-10 veteranı saxlamaq o qədər də problemli deyil. Bizim millət vəkilləri həyatlarını kreslo arxasında keçirtməkdə görürlər. Deputatların aldıqları təqaüdlər müharibə veteranlarının aldığı təqaüdlərdən 10-15 dəfə çoxdur. Amma müharibə veteranlarının problemlərinə diqqət ayrılmır. Bu üzücü haldır”.
Yazını hazırlayarkən oxucuların köməkliyi ilə 100 yaşlı müharibə veteranı da tapdıq. Nəzərə aldıq ki, 9 mayın həmin insanlara doğma olduğu üçün 100 yaşını haqlayan mayor Allahverdi Əliyevin də fikirlərini öyrənək. Böyük müharibə görmüş Allahverdi kişi deyir ki, 9 may onun üçün çox əziz gündür: “1912-ci ildə Bakının Türkan kəndində anadan olmuşam. 1941-ci ilin oktyabrında cəbhəyə yola düşdüm. Müharibədə iki dəfə yaralanmışam. ”Qırmızı ulduz", “Döyüş xidmətinə görə”, “İkinci dərəcəli vətən müharibəsi” və bir çox medallara layiq görülmüşəm. 41-45-ci illər veteranlarından bir neçəsi qalıb ki, onlardan ən yaşlısı mənəm. Sentyabrın 15-də 101-ci yaşa qədəm qoyacağam. 9 may mənim üçün çox qiymətli gündür. Hər il 9-u mayda bayram olsun, şənlik olsun. Ən böyük arzum da Qarabağın ermənilərin işğalından azad olunmasıdır. Çünki Qarabağ bizimdir".
70 ildir ki, bir yerdə yaşadığı həyat yoldaşı da Allahverdi Əliyevdən danışırdı. Həyat yoldaşının sözlərinə görə, mayor çox səliqəli və şux görünməyinə baxmayaraq səhhətində problemləri var: “Çox səliqəlidir. Neçə illərdir ki, qəzet və kitablarda yoldaşım haqqında yazılar dərc olunur. Allahverdi də həmin yazıların hamısını yığıb saxlayır. Nəvəsi ilə çox fəxr edir. Özü də müharibə vaxtı kəşfiyyatçı olub. Ona görə də hər il mayın 9-da çox sevincli olur”.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:40
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

music_angel

  • 28 avqust 2011 16:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

mirkamal97

  • 9 avqust 2011 23:36
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

Inciciceyi

  • 10 may 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkur no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 9 may 2011 23:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Q MAY NEDIEY SUSA QALIB ORDA

--------------------

Dj_Tural

  • 9 may 2011 20:53
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
xebere gore tesekkurler ...o vaxti her iki terefden azerbaycanlilar doyusubler her iki terefden doyusenlerin doyusme sebebi Azerbaycaniazad gormek uucn idi...ama ruslar terefden doyusenler sehv yolda olduqlarinin bilmirdiler...ama buna baxmayaraq yene canlarini qurban verdiler...onlara gore bu bayrami qeyd etmek lazimdi ama adi bir bayram kimi...bu bayrami temteraqnan qeyd etmekde olar ama Isgal altinda olan torpaqlarimiz alindiqdan sora...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

lider

  • 9 may 2011 20:41
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER. SABAHIN REKLAMI NECE DENE OLACAQ GOREN?

TEWEKKURLER. SABAHIN REKLAMI NECE DENE OLACAQ GOREN?

Bu Menem

  • 9 may 2011 19:52
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

HaYaT_GuZeL

  • 9 may 2011 19:52
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
maraqli xeberdi

hellgirl

  • 9 may 2011 19:50
  • Məqalə: 2
  • Şərh: 61
  • Bal:
{awards}
Dunen Susani alinma gunu bu gun ise bayram ne derecede bayramdisa..Ama 2-ci dunya muharibesinde tekce ruslar yox Azerbaycanlilarda vurusublar...Hele bu yaxsidi bezi saytlarda 9May xeberinin ana sehifesine hansiki 1991-ci ilde bizi qiran rus ordusunun emblemi var fellow ..tesekkurler lazimli movzu idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}