Halallıq

 
Halallıq


Hər bir insan doğularkən müsəlman kimi doğulur, istədiyi kimi yaşayır və yaşadığı kimi ölür. Əlbətki bugün müsəlman ölkəsində yaşayırıqsa hər birimizin ürəyində az da olsa Allah sevgisi var və necə yaşayırıq yaşayaq mömin kimi ölmək istəyirik. Hər birimizin arzusudu axirət günü gəlib çatdığı zaman əlimizə savab dolu siyahının verilməsi və Cənnətə qovuşmağımız.

Yalan

Doğulduğum gündən bu yana çox günahlar etdim. Əvvəl əvvəl yalan danışmaqla başladı günahlarım. Lap kiçik yaşlarda anadan atadan qorxdum səhvlərimi gizlətmək üçün yalan dedim. Bir az böyüdükcə müəllimlərə dərs öyrənməməyin səbəbi, evdəkilərə isə aldığım qiymətə görə yalan dedim. Daha sonra kimlərəsə özümü sevdirmək, kimlərisə itirməməkçün günahlarım haqqında yalan dedim.

Allahım bilərəkdən və bilmiyərəkdən dediyim yalanlara görə məni bağışla tövbə edirəm yalanlara.

Qeybət

Lap kiçik yaşlarda 1 dostumun yanında o biri dostumun oyuncaqlarınnan danışmaqla başladı etdiyim qeybətlər.Daha sonra özümdən böyüklərin bir yerə yığışıb danışdıqları söhbətə qulaq asmaq hərdən bir yekəbaşlıq edib onların sözünə müdaxilə edərək təsdiq və ya inkar etmək oldu etdiyib qeybətlər. Bir az böyüdüm məktəb yoldaşlarımın geyimləri, sevgililəri, hərəkətləri, bir birləri ilə küsəndə o birinin arxasınca danışdıqları oldu etdiyim qeybətlər. Bir az daha böyüdükcə, ətrafimdakı insanlar artıqca etdiyim qeybət artdı. Universitet yoldaşlarım, müəllimlər, hətta sayt istifadəçilərinin həyatı oldu qeybət mövzusu.

Allahım bilərəkdən və bilmiyərəkdən etdiyim qeybətlərə görə məni bağışla tövbə edirəm qeybətlərə.

Könül qırmaq

Lap kiçik yaşlarda dostlarımla dalaşaraq könullərini qırdım. Bir az böyüdüm valideyinlərimə cavab qaytararaq könullərini qırdım. Bir az daha böyüdüm ətrafımdakı insanları məhz incitmək üçün acı söz deyərək könullərini qırdım. Bir az daha böyüdüm məni seven insanlarla pis rəftar edərək, bəlkədə qəlbini oğurlayıb sonra cavabsız qoyaraq könüllərini qırdım. Hətta saytda belə bəzi istifadəçilərlə aqressiv davranaraq könüllərini qırdım.

Allahım bilərəkdən və bilmiyərəkdən könüllər qırdığıma görə məni bağışla tövbə edirəm könül qırmağa.

Günah


Lap kiçik yaşlardan başlayaraq günah olub olmadığını bilmədən çox günah etdim.
Allahım bildiyim və bilmədiyim günahlarıma görə məni bağışla tövbə edirəm günahlara.

Allah sizdən razı olsun və imanımızı kamil etsin.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:04
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Inciciceyi

  • 10 may 2011 11:59
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah sizdən razı olsun və imanımızı kamil etsin.

Twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Nur_Ay

  • 10 may 2011 00:04
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
tshk canım Allah razı olsun..!

--------------------

_RONALDO_

  • 9 may 2011 23:50
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
HEC VAXT HARAMI HALALA QATMA!
\
TWK ALLAH RZAI OLSUN

--------------------

Cant_Breathe

  • 9 may 2011 21:19
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Allah günahlarımızdan keçsin. Amin.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 62
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 724
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}