Uşaqlığın Sonuna Yaxın

 
Uşaqlığın Sonuna Yaxın

Bu neçə ili irəli addımladığı yolda ona məxsusları pinti qızcığazlar kimi,gah yerə tökür gah yığırdı...Əvvəl çox simic idi.Alnını düyünləyib balaca əllərində saxlayırdı bütün “dözülməzlərini”.İnsanları əsəbləşdirmək hər gün ən tez-tez etdiyi iş idi.Anasını gördü yanında.Həmişə hər şeyin ən yaxşısını əlinə verən anası,ilk dəfə idi ki,əlindən alırdı.Nəyi?Kini,nifrəti,insanlara olan inamsızlığı,kobudluğu.Aldı əlindən və uzaqlara tulladı.O gündən başladı yeni dəftərini açmağa.Təptəmiz ağ vərəqə yeni doğulmuş uşaq gözlərinin baxdığı həyatını köçürdü.Orda qeyri –adi halda dəyişən insanın həyatı həkk olunurdu.O artıq insanları sevirdi,güvənirdi,aha gülümsəməyi də öyrənmişdi.Diqqət ayırmağı da bacarırdı,əzizlərini sevməyi,qorumağı.Nifrət etdiklərini isə sadəcə unutmağı,qisassız.

O amma hələ özünün olanları tam əlinə almamışdı.Oyuncaqlarını gah yola səpələyir gah da dəli kimi qaçıb yenidən əlinə alıb,bərk-bərk sıxırdı özünə.Təzad onun ömründə hökm sürürdü.Ən çox fikirlərinə nüfuz edirdi.Sona yaxınlaşırdıq...Özünə ünvanladığı ritorik suallar yeyirdi beynini...Qərar verməli idi,nəyi götürəcək nəyi aparacaq...Düşündü,müşahidə etdi...
Üsyanla qışqıran qızcığaz artıq sadəcə ironiya ilə gülümsəməyi seçmişdi.
Ağlamaq?Yox onluq deyildi.Heç vaxt bacarmamışdı.
Əlacsız körpə baxışları ilə baxmaq ona haqsızlıq edənlərə ?Yox o nifrət parlayan baxışla məhv edən gözləri seçmişdi.
O həmişə saçlarını bərk, arxadan yığırdı.İndi isə itirmədiyi tək şeyi,dəyərlilərinin vurduğu sillərədən dolan gözləri qalmışdı.Bunu heç kəs görməməli idi.Axı onu insafsız,kobud, biri kimi tanıyırlar.Qoy belə də qalsın.Gözlərini gizlətmək üçün artıq dalğalı saçlarını gözlərinə tökürdü.

O qərar verdi nəyi seçəcək:qüruru,iradəsi,gücü,məqsədi,insanlara olan sevgisini aldı əlinə...Uşaqlığın sonuna yaxın düşündü nə götürməlidir?Bircə inamı seçmək istəyirdi atdıqları arasında.Yox bu zəhər nüfuz etmişdi içinə.O daim gözü geridə yaşamağa öyrənmişdi,arxadan vurarlar deyə.Yorulmuşdu,çox yorulmuşdu inamsızlıqdan amma anlayırdı ki tezdir inamı bu qapıdan özü ilə keçirmək üçün.Qərarını verdi,uşaqlığın sonuna yaxın.Yox,İnam qalsın...Mən atılıram yeni dünyaya,əgər o sehrli dünyadakı insanlar inama layiqdirlərsə qayıdıb götürəcəm “inamı”mı.Amma indi yox,indi yox...Qapını çırpdı və çıxdı...Ürəyində sadəcə bir sual aparırdı:Görəsən o qoyduğunu götürmək üçün qayıdacaqmı?...


Geri dön

Inciciceyi

  • 10 may 2011 11:53
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkur edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 9 may 2011 23:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Bu neçə ili irəli addımladığı yolda ona məxsusları pinti qızcığazlar kimi,gah yerə tökür gah yığırdı...Əvvəl çox simic idi.Alnını düyünləyib balaca əllərində saxlayırdı bütün “dözülməzlərini”.İnsanları əsəbləşdirmək hər gün ən tez-tez etdiyi iş idi.Anasını gördü yanında.Həmişə hər şeyin ən yaxşısını əlinə verən anası,ilk dəfə idi ki,əlindən alırdı.Nəyi?Kini,nifrəti,insanlara olan inamsızlığı,kobudluğu.Aldı əlindən və uzaqlara tulladı.O gündən başladı yeni dəftərini açmağa.Təptəmiz ağ vərəqə yeni doğulmuş uşaq gözlərinin baxdığı həyatını köçürdü.Orda qeyri –adi halda dəyişən insanın həyatı həkk olunurdu.O artıq insanları sevirdi,güvənirdi,aha gülümsəməyi də öyrənmişdi.Diqqət ayırmağı da bacarırdı,əzizlərini sevməyi,qorumağı.Nifrət etdiklərini isə sadəcə unutmağı,qisassız.




BU ABZAS COX MARAQLIDIR

--------------------

lider

  • 9 may 2011 23:18
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
bawqa?

bawqa?

panki

  • 9 may 2011 21:34
  • Məqalə: 3
  • Şərh: 87
  • Bal:
{awards}
gozeldi sagol
feel

--------------------
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır
_Kaş ki heç böyüməsəydim...yixilib dizim qanasaydi qəlbimin yerine .._.

calal_klas11@mail.ru
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}