Ibrətli hekayələr

 
Ibrətli hekayələr

Kərbəla müsibətindən bir az sonra kufəlilərin bir dəstəsi Abdullah ibn Ömərin yanına gəlib ondan soruşurlar: «Ağcaqanadı öldürmək günahdırmı? Əgər bir nəfər bədəninə qonmuş ağcaqanadı öldürsə, ondan çıxan qan pak sayılar, ya murdar?»

Abdullah ibn Ömər onların cavabında qəzəblə söyləyir: «Vay olsun sizə! Peyğəmbər nəvəsinin qanını tökəndə bunun günah olub-olmadığını heç düşünmədiniz. Indi ağcaqanad qanının hökmü ilə maraqlanırsınız!».

****
Bişr Hafinin təsəvvuf yoluna necə qədəm qoyması barədə yazırlar:

Bir gün yol gedərkən, üstündə «bismillah» yazılmış kağızın yerə düşdüyünü görüb qaldırır. Dükandan bahalı ətir alıb kağıza səpir, sonra kağızı əl-ayaqdan uzaq, hündür bir hasarın üstünə qoyur. Həmin gün yuxuda qeyb aləmindən səs eşidir: «Ey Bişr, sən Mənim adımı ətirlədin. Mən də sənin adını dünyada və axirətdə şərəfli edəcəyəm».

****
Bir nəfər Həzrəti Muhəmməd Peyğəmbərin (s) yanına gəlib soruşur: «Mən niyə ölümdən qorxuram?». Peyğəmbər xəbər alır: «Var-dövlətin varmı?». O adam cavab verir: «Bəli, var». Peyğəmbər yenə soruşur: «Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)». Adam «Xeyr» deyə cavab verir. Peyğəmbər belə buyurur: «Bax, elə buna görə də ölümdən qorxursan!»

****
Məhəmməd Haşimi adlı bir nəfər belə rəvayət edir: Qurban bayramı günü anamın yanına gedib gördüm ki, köhnə əyin-başlı bir qarı ilə söhbət edir. Anam onu mənə göstərib dedi: «Bilirsənmi bu, kimdir? Bu, Cəfər Bərməkinin anasıdır». Mən qarını dindirdim, xeyli söhbət etdik. Soruşdum: «Bu dünyanın qəribə işlərindən yadında nə qalıb?». Cavab verdi: «Oğlum, vaxt var idi ki, elə bu Qurban bayramı günündə 400 kəniz mənə xidmət edirdi. Mən isə onların azlığından hey şikayət edib deyirdim ki, oğlum Cəfər mənə yaxşı baxmır. Yenə Qurban bayramı günüdür. Amma indi iki qoyun dərisinin arzusundayam ki, yatanda birini döşək kimi altıma sərim, o birini yorğan əvəzinə üstümə çəkim».

****
Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan öz sarayında, pəncərənin qabağında can verirdi. Sarayın qabağından axan çayın sahilində bir paltaryuyan muzdla camaatın paltarlarını yuya-yuya zümzümə edirdi. Əbdülməlik paltaryuyanın qayğısız halını görüb həsədlə deyir: «Kaş, mən xəlifə yox, paltaryuyan olaydım». Xəlifənin sözlərini o dövrün məşhur ariflərindən olan Ibn Hazimə çatdırırlar. Ibn Hazim söyləyir: «Allaha həmd olsun ki, biz (rəiyyət) öləndə onların (xəlifələrin) yerində olmağı arzu etmirik, onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlər».

****
Bir gün məşhur alimlər Molla Feyz Kaşani ilə Molla Xəlil Qəzvininin arasında elmi mübahisə düşür. Iki alimin fikri toqquşur, hər biri öz nəzəriyyəsini isbat etmək üçün dəlillər gətirir. Axırda Qəzvini Feyz Kaşanini öz fikrindən dönməyə və onun nəzəriyyəsini təsdiqləməyə məcbur edir. Bununla mübahisə sona çatır və tərəflər ayrılıb hər biri öz şəhərinə yola düşür (Feyz Kaşanda, Molla Xəlil isə Qəzvində yaşayırmış).

Bir neçə gün keçdikdən sonra Molla Xəlil Qəzvini bir daha araşdırma aparıb bu nəticəyə gəlir ki, həmin mübahisədə Feyz Kaşaninin dedikləri doğru imiş.

Qəzvini öz nəzəriyyəsinin səhv olduğunu anlayıb, payi-piyadə Kaşana gəlir.

Molla Feyz onu səmimi qarşılayır. Qəzvini apardığı araşdırmanın nəticəsini Feyzə bildirib üzr istəyir və səhv etdiyini etiraf edir. Bundan dərhal sonra Molla Xəlil, Feyzin evini tərk edib Qəzvinə doğru qayıdır. Feyz Kaşani ona qonaq olmağı və dincəlməyi təklif etsə də, Qəzvini razı olmayıb söyləyir: «Mən bura dincəlməyə görə yox, səndən üzr istəməyə görə gəlmişəm. Əgər indi başqa məqsədlə sənin evində qalsam, həmin niyyətim pozulmuş olacaq».

****
Rəvayət edirlər ki, bir gün Həzrəti Muhəmməd Peyğəmbər (s) qoyun kəsdirib ətini müsəlmanlara paylayır. Əti payladıqdan sonra zövcəsi Həzrəti Aişədən soruşur:

- Qoyunun ətindən nə qaldı?

Aişə cavab verir:

- Bircə kürək hissəsi qalıb.

Peyğəmbər onun sözünə düzəliş verib buyurur:

- De ki, bircə kürək hissəsindən savayı, bütün cəmdək bizə qaldı!

(Peyğəmbər bununla demək istəyirdi ki, onlara qalan ən böyük qazanc – payladıqları ətin savabıdır).


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:39
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

music_angel

  • 28 avqust 2011 16:27
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

mirkamal97

  • 9 avqust 2011 23:36
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

miniwinx

  • 3 iyun 2011 23:27
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
maraqlı idi twk

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

buddy

  • 11 may 2011 10:42
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
yazilanlar ekranda tam gorunmur axi.yarisi o biri sehifenin altta qalir.nece oxuyum???

Inciciceyi

  • 10 may 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqli hekayeye gore twwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Nigar

  • 10 may 2011 00:08
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
{awards}
Allah razi olsun

_RONALDO_

  • 9 may 2011 23:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
AXIRA KIMI OXUDUM GOZEL YAZIDI

--------------------

Nur_Ay

  • 9 may 2011 23:32
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
maraqlı idi chox sagol

--------------------

barbie doll

  • 9 may 2011 23:15
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
maraqli hekayeye gore tesekkurler

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

lider

  • 9 may 2011 22:44
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

HaYaT_GuZeL

  • 9 may 2011 22:08
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
xebere gore twkler

panki

  • 9 may 2011 22:05
  • Məqalə: 3
  • Şərh: 87
  • Bal:
{awards}
tewekur maraqli idi

--------------------
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır
_Kaş ki heç böyüməsəydim...yixilib dizim qanasaydi qəlbimin yerine .._.

calal_klas11@mail.ru
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}